Eksklüziv

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
Dağlıq Qarabağda narkotik maddələr istehsal edilir
"İran düşmən dövlət deyil"
Metroda intihara cəhd edənlərin vəziyyəti qənaətbəxşdir


Dağlıq Qarabağda narkotik maddələr istehsal edilir
Azərbaycan prezidenti işğal olunmuş ərazilərimizdə narkotik maddələrin istehsalı və daşınması barədə danışacaq

Soçidə MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan prezidentinin digər MDB ölkələri rəhbərləri ilə ikitərəfli görüşü olacaq.
Bu barədə prezident Heydər Əliyev dünən Bakı hava limanında Soçiyə yola düşməzdən öncə jurnalistlərə bildirib. O deyib ki, Soçidə Ermənistan prezidenti Robert Köçəryanla da görüşü nəzərdə tutulub. Əliyev həmçinin bildirib ki, Soçidə narkotik maddələrin qanunsuz dövriyyəsi məsələsi də müzakirə ediləcək. Bununla bağlı dövlət başçısı Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən bu məqsədlə istifadə olunması məsələsini qaldırmaq niyyətindədir.

"İran düşmən dövlət deyil"

"Azərbaycan hava hücumundan müdafiə (HHM) sistemi istənilən an havadakı təhlükənin qarşısını almağa hazırdır. HHM hər şeyə reaksiya verir," - deyə müdafiə naziri Səfər Əbiyev İran təyyarəsinin Azərbaycanın hava məkanını pozması faktını jurnalistlərə şərh edərkən bildirib.
"Sərhəd pozucuları nə üçün vurulmayıb?" sualının cavabında nazir bildirib ki, "İran düşmən dövlət deyil. Buna görə də belə tədbirlər məqsədyönlü sayılmır".
Nazir müavini Qorxmaz Qarayev daxil olmaqla bir qrup yüksək vəzifəli zabitin işdən çıxarılması faktını təsdiq edib. Lakin o, zabitlərin mənimsəmə faktına görə vəzifədən uzaqlaşdırılması barədə mə’lumatları təkzib edib.

Metroda intihara cəhd edənlərin vəziyyəti qənaətbəxşdir
Onların maddi sıxıntı üzündən bu addımı atdıqları bildirilir

Axşam saat 18.00 radələrində metronun "20 yanvar" stansiyasında bir nəfər yeniyetmə özünü "Me`mar Əcəmi"-"Əhmədli" xətti ilə hərəkət edən qatarın altına atıb.
Qatar vaxtında dayandırıldığından sərnişini xilas etmək mümkün olsa da o, ağır yaralanıb. Metropoliten Baş İdarəsinin rəis müavini Ağaismayıl Orucov intihara cəhd edən şəxsin Astara rayon sakini, 1980-ci il təvəllüdlü Ramil Seyidəliyev olduğunu bildirdi. Onun dediyinə görə, R.Seyidəliyev yaralı vəziyyətdə M.Nağıyev adına TTYX-na çatdırılıb.
Bu hadisədən iki saat sonra isə analoji fakt metronun Əzizbəyov stansiyasında baş verib. Növbəti dəfə intihara cəhd göstərən şəxs 1955-ci il təvəllüdlü Fətəli Nağıyev olub. O, özünü Əhmədli stansiyası istiqamətində hərəkət edən qatarın altına atıb. Qeyd edək ki, F.Nağıyev Bakı şəhəri A.Şaiq küçəsindəki 5 saylı ünvanda yaşayır.
Bu dəfə də sürücünün qatarı vaxtında saxlaması F.Hacıyevin sağ qalması ilə nəticələnib. Bu şəxs də dərhal xəstəxanaya çatdırılıb. Hazırda hər ikisinin vəziyyəti qənaətbəxşdir. Aldığımız mə`lumata görə, hər iki şəxsi intihara məcbur edən səbəb maddi vəziyyətin ağırlığı olub. nÜLVİYYƏ

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd