Ana sehife

ULDUZ FALI  
(2 - 3 Avqust)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Nə işiniz varsa, günün birinci yarısında görüb qurtarmağa çalışın. Bu vaxt ovqatınız yüksək, işgörmə bacarığınız üstün olacaq. Vəzifə borclarınızı təcrübəli adam kimi yoluna qoyacaqsınız. Gələcək işlərinizi planlaşdıra bilərsiniz. Yəqin ki, daha az səhvlər buraxmağa nail olacaqsınız. Günortadan sonrakı işləriniz daha çox vaxt tələb etdiyindən sizə başağrıları gətirəcək. Vasvasılığınızdan əyləncə vasitələrindən imtina edəcəksiniz.

Buğa
[21 aprel - 20 may]

Taurus Nostalji hissləri keçirirsiniz. Ötən zamanlarda əziziniz olmuş adamla görüşməyə hazırlaşın. Kəsilmiş əvvəlki əlaqələri bərpa etməyə gücünüz çatacaq. Ünsiyyət dairəsini genişləndirin. Yeni tanışlara arxalanaraq, köhnə problemlərinizi həll edəcəksiniz. Hisslərinizi nəzarət altında saxlayın. Xoşagəlməz münasibətlər yarana bilər. Səhhətinizlə bağlı tələb olunan tə`xirəsalınmaz işləri görün, idmanla məşğul olun.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Günlərinizdən şikayətlənməyə ixtiyarınız yoxdur. Təşkilatçılıq qabiliyyətinizi yüksəldib vəziyyətə uyğunlaşdırmalısınız. İşlərə yaradıcı yanaşın. Fərdi qabiliyyətinizi, hörmətinizi yüksəldəcək işlər görəcəksiniz. Ömür yolunuzu təhlil edib günahlarınızı tapacaqsınız, tövbə edib düz yola qayıdın. Yaxın ətrafınızdakı adamlarla mübahisəsiz ötüşməyə çalışın. Ümumiyyətlə, münaqişə vəziyyətindən qaçın. Müdrikliklə problemlərinizi həll etməyə cəhd göstərin.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Planlaşdıranda ən zəruri işlərinizi ön plana çəkin. Çox güc tələb edən, yorucu məsələləri qabartmayın. Ola bilsin ki, həyata keçirməyə gücünüz yetməsin. Dözün. Həyatın verdikləri ilə kifayətlənin. Artıq bir şey istəyəndə mütləq müxtəlif şəbəkələri işə salmaq lazımdır. Əldə etdikləriniz böyük zəhmətlər bahasına yaranır. Ovqatınız o qədər də dözülməz deyil. Əgər yaxın adamların problemlərini üzərinizə yükləməsəniz, demək olar ki, heç bir dərdiniz yoxdur.

Şir
[23 iyul - 23 abqust]

Leo İşdə nə probleminiz varsa, gün batana qədər görüb qurtarın. Dostlarınızla görüşəcəksiniz. Çoxdan görmədiyiniz yaxınların əhatəsində olacaqsınız. Böyük işləri həyata keçirmək, bahalı alqılar üçün uğurlu vaxtlardır. Nahardan sonra istirahət vaxtınızı düşüncəli keçirməyinizi məsləhət bilərdik. Bu vaxt yaxşı olar ki, və`d verməyəsiniz. İnsanlara həddən artıq e`tibar edib, yerlərinə zamin dursanız, mütləq əziyyətini çəkəcəksiniz. Hər bir addımınızı ölçüb-biçin.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Əsəbilik ovqatı günün ikinci yarısına düşür. Bu vaxt çalışın əsəbiləşib nə özünüzün, nə də yaxın adamların ovqatını korlamayasınız. Baş verən hadisələri soyuq beyinlə, filosofyanə qarşılamağı öyrənin. Təhsillə bağlı probleminiz meydana çıxacaq. Anlaşılmaz vəziyyət yarandıqda özünüzdən çıxmayın, sakitliklə yoluna qoymağa çalışın. Məqsədyönlü şəkildə sizə hər şey mane olur, qarşınızı alırlar. Təslim olmayın.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Aktivlik göstərməlisiniz. Tənbəllik qətiyyən yaramaz. İşləməyə, adam arasına çıxmağa elə də böyük həvəsiniz qalmayıb, ancaq fəaliyyətsiz durmaq da yaramaz. Gücünüz çoxdur, onu faydalı işə yönəldin. Dost-tanışla yersiz mübahisələr gücünüzü özünüzə qarşı çevirər. Fala baxmaq vərdişini tərgidin. Yaxşı işlər arzulayıb, ona doğru gedin. Diqqətinizi dağıtmayın. Maliyyə artımı olacaq. Qabiliyyətlərinizi qiymətləndirəcəklər.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Vacib müqavilələr bağlamaq, bahalı texnika almaq üçün xeyirli vaxtlardır. Gözəl şanslarınız düşəcək. Diqqətinizi cəm edib çıxış yolunu tapmaq istəsəniz, mütləq buna nail olacaqsınız. Evdə tə`mir işləri görə bilərsiniz. Bahalı alqılarınızdan da narazı qalmayacaqsınız. Səhhətinizdən muğayat olun. Təbiətin şıltaqlığından bəhrələnməyə çalışın. Özünüzə inamı bərpa edin. Dağınıqlığı özünüzdən qovun.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Yaradıcılıq gücünüz çoxalacaq. Yeni iş yoldaşları, həmkarlar və həmfikirlər tapacaqsınız. Vəzifə pilləsində ucalmaq üçün şərait yaranacaq. Yaradıcılıq iste`dadınızı tam göstərməyə çalışın. Hörmətinizi artırmaq, ətrafdakıların gözündə böyümək üçün şərait yetişəcək. Keçdiyiniz yolu təhlil edib, səhvlərinizi görəcək, doğru hesab etdiyiniz istiqaməti bir qədər də dəqiqləşdirəcəksiniz. Təhsillə bağlı əməliyyatlarda uğursuzluq var.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Vacib məsələləri həll edib qurtarmalısınız. Ailə qurmaq, bahalı alqılar etmək xeyirli olacaq. Gücünüzü düzgün bölüşdürüb faydalı iş əmsalını yüksəldin, yə`ni əməli nəticəsi çox olan işlər görün. Bu, bədxahların maneələrindən sizi qoruyar. İti ağlınız, həssas öngörmələriniz məqsədinizə çatmaqda sizə yardımçı olar. Yeni işə başlamaq, təhsil məsələləri o qədər də ürəyinizcə olmayacaq. Səhhətinizdə ehtiyatı əldən verməyin.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Deyəsən, şəxsi həyatınızla ciddi məşğul olmağa imkanınız yoxdur. İşlərinizdə o qədər vaxt itirirsiniz ki, başqa şeyə həvəsiniz qalmır. Maddi imkanınız azdır, hətta ən zəruri tələbatınızı ödəmir. Səhhətinizdən muğayat olmasanız, soyuqlayacaqsınız. Xroniki xəstəliklərin qarşısını almaq üçün irəlicədən tədbirlər görün. Bahalı heç nə almayın. Risqlərə getməyin, avantüralara qouşulmayın. Ətrafdakılardan çox fərqlənməyə can atmayın.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Həyatsevərliyiniz yüksələcək. Arzularınızın həddini bilin. Nə istədiyinizi dəqiqləşdirin. Ruhi vəziyyətinizi tənzimləməyə çalışın. Təkliyə qapılıb nəyi düz, nəyi əyri etdiyinizi özünüz üçün aydınlaşdırın. Ünsiyyətlərinizdə anlaşılmazlıq yaranacaq. Həm evdə, həm də işdə bu anlaşılmazlıq öz mənfi nəticələrini göstərəcək. Ətrafdakılarla münasibətlərinizi uyarlı edin. Təzə xəbərlər eşidəcəksiniz.



 
Copyright © by Media LTD,2001 E-mail:webmaster@media-az.com