|
|
|
|
02 avqust, 2001-ci il. Cömə axşamı
|#84(308)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
AXCP (islahatçılar) ilə AMİP arasında imzalanacağı gözlənilən əməkdaşlıq sazişi düyünə düşüb. Hər iki tərəf sözügedən sazişi imzalamağa hazır olduğunu bildirsə də hələlik konkret nəticə yoxdur. Bildirilir ki, partiyaların əməkdaşlıq sazişi imzalamayacağını söyləyən AXCP Rəyasət Hey`ətinin üzvü Qüdrət Həsənquliyevin mövqeyi bu məsələdə həlledici rol oynayır. Son açıqlamasında da Həsənquliyev sazişin imzalanmasına "xeyir-dua" verməyəcəyini bildirib. E`tibar Məmmədovun səmimiliyinə inanmadığını deyən Qüdrət Həsənquliyev ÿbildirir ki, sazişdə vahid namizəd məsələsi ilə bağlı müddəanın olması düzgün deyil.
AMİP-də isə hamı sazişin imzalanmasını dəstəkləyir.ÿAMİP sədrinin müşaviri Məhərrəm Zülfüqarlı hesab edir ki, Qüdrət Həsənquliyevin mövqeyi heç nəyi dəyişdirməyəcək:
- Bu məsələ hər iki partiyada ayrı-ayrılıqda və bir yerdə dəfələrlə müzakirə edilib. Müzakirələrin hamısından belə nəticə çıxıb ki, hər iki partiyanın rəhbərliyi və sıravi üzvləri AMİP-lə AXCP arasında əməkdaşlıq sazişinin imzalanmasını istəyir.
Qüdrət Həsənquliyevi
narahat edən əsas məsələ sazişdə vahid namizəd məsələsi ilə bağlı müddəanın olmasıdır.
- Bu məsələ hələ də müzakirə olunur. Ortada dəqiq bir nəticə yoxdur.
Sazişdə həmin
müddəa olacaq?
- Bütün bunlar müzakirələrin nə cür bitəcəyindən asılıdır. Sazişdə vahid namizəd məsələsi ilə bağlı müddəa ola da bilər, olmaya da.
Qüdrət Həsənquliyev
iddia edir ki, hər bir partiyanın öz namizədi olmalıdır...
- Əgər biz müttəfiq partiyalarıqsa, seçkiyə bir yerdə gediriksə, onda məntiqlə belə çıxır ki, bizim vahid namizədimiz olmalıdır. Seçkidə ayrı-ayrı namizədlərlə ancaq rəqiblər iştirak edir. Bu, aksiomadır. Əgər müttəfiqiksə, onda prezident seçkisində vahid namizədi müəyyənləşdirməliyik. Hesab edirəm ki, nə vahid namizəd, nə də ki, saziş məsələsində heç bir problemimiz olmayacaq.
Əgər bu məsələdə
heç bir problem yoxdursa, bəs sazişin imzalanması niyə düyünə düşüb?
- Açığı, AMİP-lə problemi olan adamlar bu gün AXCP-də yoxdular. Əli Kərimovla E`tibar Məmmədov bu məsələ ilə bağlı bir neçə dəfə görüşüblər. Hər şey bizim istədiyimiz səviyyədədir.
Axı Qüdrət
Həsənquliyev sazişin imzalanmasına mane olur. Sizə elə gəlmir ki, Qüdrət Həsənquliyev istədiyinə nail olacaq...
- Minlərlə üzvü olan partiyada bir nəfərin çoxluqdan tamam fərqli fikir söyləməsi heç nəyi dəyişə bilməz. Mənə hələ bir şey aydın deyil - onu birdən-birə nə dəyişdirdi? Mən belə hesab edirəm ki, Qüdrət Həsənquliyev hakimiyyətdəkilər tərəfindən idarə olunur. Hətta istisna deyil ki, partiyanın qərargahının alınması və Qüdrət Həsənquliyevin bu cür danışması eyni mərkəzdən idarə olunur. O, MSK-ya katib seçiləndən sonra dəyişib tamam başqa adam oldu.ÿAmma o, unutmasın ki, sabah MSK-nın tərkibi dəyişəcək.
Sazişin imzalanmasına
Qüdrət Həsənquliyev mane olursa, bəs E`tibar Məmmədov niyə AXCP ilə AMİP-in birləşməsinə razılıq vermədi?
- Hesab edirəm ki, Qüdrət Həsənquliyevin "AXCP ilə AMİP birləşməlidir" təklifi qeyri-ciddi və bu gün üçün reallıqdan uzaqdır. İndiki mərhələdə əməkdaşlıq sazişi gündəlikdədir. Sizcə, adicə əməkdaşlıq sazişinin imzalanmasını istəməyən bir şəxsin "bu partiyalar birləşməlidir" təklifinin səmimiliyinə nə dərəcədə inanmaq olar? Qüdrət Həsənquliyev həqiqətən də partiyaların birləşməsini istəyirsə, AXCP-AMİP sazişinin imzalanmasına mane olmamalıdır.
"Dördlər"in (Eldar Namazov, Tofiq Zülfüqarov, Nazim İmanov, Sabit Bağırov) hazırladığı xartiyaya imza atmaqdan birmə`nalı şəkildə imtina edən AXP sədri Pənah Hüseynov növbəti gözlənilməz addım atıb. Mətbuata açıqlama verən Pənah Hüseynov ÿbildirib ki, "Dördlər" bir nəfərin təşəbbüsü, göstərişi ilə yaradılıb. Konkret ad çəkməkdən imtina edən Hüseynov həmin şəxsin aparıcı müxalifət lideri olduğunu söyləyib: "Hətta mən bu təşəbbüsün nə zaman, hansı gündə və harada yarandığını da dəqiq bilirəm".
"Dördlər"dən biri - Eldar Namazov isəÿ Pənah Hüseynovun nə demək istədiyini başa düşə bilmir: "Pənah Hüseynov müsavatyönlü Demkonqresin üzvüdür. Elə bu günlərdə həmin Demkonqresdə təmsil olunanlardan bir nəfər - Akif Nağı açıqlama verərək deyib ki, bu, birbaşa iqtidarın sifarişidir. Bunun üstündən bir neçə gün keçməmiş Pənah Hüseynov iddia edir ki, bunu müxalifət liderlərindən biri yaradıb. Əslinə qalsa, burda kimisə axtarmağın mə`nası yoxdur. Çünki bu ideya nə iqtidarın, nə də müxalifətindir. Bu, birbaşa cəmiyyətin sosial sifarişidir. Yadınızdadırsa, həmin xartiyanı hazırlayanda dedik ki, bu, heç bizim də sənədimiz deyil. Həmin sənəd bütün cəmiyyətə məxsusdur. Fikir verdinizsə, müxalifət liderlərinin də böyük əksəriyyəti həmin sənədi dəstəklədilər. Amma bu o demək deyil ki, həmin sənədÿmüxalifət liderlərindən kiminsə təşəbbüsü ilə ərsəyə gəlib".
Eldar Namazovun sözlərinə görə, Pənah Hüseynov "bir nəfər" dedikdə İsa Qəmbəri nəzərdə tutursa, ciddi səhvə yol verir. AXP sədrinin xartiyaya imza atmamasına gəlincə, prezidentin sabiq köməkçisi dedi ki, məntiqlə düşünmək lazımdır: "Sizcə, İsa Qəmbər bu sənədə imza atıbsa, Pənah Hüseynovun bundan imtina etməsi bizim işimiz üçün zərərli ola bilər? Üstəlik, nəzərə alsaq ki, Pənah Hüsyenov iddia edirsə ki, bu, İsa Qəmbərin sifarişi ilə yaradılıb, onda gülməli bir mənzərə alınır".
"Azərbaycanın İsraillə əməkdaşlığı və normal münasibətləri yeni hadisə deyil. Ona görə də İranın son addımlarını bununla bağlamaq düzgün olmazdı". Bu sözləri Azərbaycanın Ukraynadakı keçmiş səfiri, millət vəkili Nazim İbrahimli əməkdaşımıza verdiyi eksklüziv açıqlamasında deyib. Keçmiş səfir hesab edir ki, İranın Xəzər dənizinin Azərbaycana aid sektoruna və hava sərhədlərinə müdaxiləsində Bakının ABŞ və İsraillə əməkdaşlığı məsələsi səbəb deyil.
İbrahimlinin sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və kimlərlə münasibət qurmaq onun öz daxili işidir: "Kimlərinsə istəyindən asılı olmayaraq, Azərbaycanın öz dövlətçilik maraqları var. Hesab edirəm ki, Azərbaycan ABŞ və İsraillə münasibətlərini davam etdirməli və bu münasibətləri daha da gücləndirməlidir".
İndiki halda Azərbaycanın çıxış yolu nədədir - Rəsmi Bakı İrana qarşı mövqeyini daha da sərtləşdirməli, yoxsa yumşaltmalıdır? Nazim İbrahimli bildirir ki, Azərbaycan bu günə kimi onsuz da İrana qarşı heç bir kobud addım atmayıb: "İran Azərbaycanın hava və su sərhədlərini pozub. Ona görə də hesab edirəm ki, belə bir situasiyada Azərbaycanın mövqeyinin yumşaldılmasından söhbət gedə bilməz. Azərbaycan həmişə öz mövqeyini, mənafeyini qorumalıdır. Hətta yeri gələrsə, mövqeyimizi kəskin şəkildə bildirməliyik. Hesab edirəm ki, Azərbaycanın Xəzərdə baş verən bu cür fəsadlara və İrana cavab verməyə gücü çatacaq".
Bununla belə, millət vəkili vəziyyət kəskinləşərsə belə, İranla-Azərbaycan arasında müharibənin başlayacağı versiyasını istisna edir. Onun sözlərinə görə, hazırda vəziyyət o qədər də gərgin deyil. Çünki bu cür nüanslara dəfələrlə rast gəlinib. Hesab edirəm ki, İran dövləti bu cür addımları ilə öz siyasətində çox ciddi səhvlərə yol verir".
|