Sənət

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
"Gümüş şir" kimin olacaq?
"Avropa filmlərində qadına baxış"
Milli kino günü qeyd ediləcək


"Gümüş şir" kimin olacaq?
Venesiya kinofestivalında 140 film nümayiş etdiriləcək

Bu il avqustun 28-dən sentyabrın 8-dək keçirilməsi nəzərdə tutulan Venesiya kinofetivalı bir qədər ən’ənədən kənara çıxmaq fikrindədir. Müsabiqənin proqramı bu dəfə iki hissəli olacaq - müsabiqənin həmişəki proqramından əlavə "Müasirliyin yeni kinosu" üzrə də yarışma gözlənilir.
Artıq mə’lum olduğu kimi, birinci hissədə filmlərin nümayişini Alehandro Amenabarın Nikol Kidmanın iştirakı ilə çəkdiyi "Başqaları" filmi, Kristofer Eklestonun "60 saniyəyə çatmalı" və "Yelizaveta" filmləri açacaq. Festivalın bu dəfəki qalibinə təqdim ediləcək "Gümüş şir" uğrunda həmçinin Vudi Allenin "Nefrit əqrəbin qarğışı" və Stiven Spilberqin "Sün’i intellekt" filmləri də daxil olmaqla İspaniya, İtaliya, Fransa, Honkonq, Meksika, Niderland, Hindistan, Rumıniya, Braziliya, ABŞ istehsalı olan 20-dək film mübarizə aparacaq. Festivalın "Müasirliyin yeni kinosu" adlanan ikinci hissəsi haqqında isə bir o mə’lumdur ki, bu bölümdə müasir janrlarda işlənmiş, novatorluğu və yaradıcılıq orijinnallığı ilə seçilən tammetrajlı filmlər yarışacaq. Venesiyanın ən gözəl guşəsində - kurort adası olan Lidoda keçiriləcək festivalda bütövlükdə 140 film nümayiş etdiriləcək. Münsiflər hey’ətinə bu ilki Kann festivalının qalibi rejissor Nanni Moretti rəhbərlik edəcək. Qeyd edək ki, Venesiya festivalı 1932-ci ildən keçirilir. Və qaliblərə müxtəlif illərdə "Qızıl şir", "Gümüş şir" və "Bürünc şir" mükafatları, həmçinin qızıl meddallar və xüsusi mükafatlar təqdim edilir.

Milli kino günü qeyd ediləcək
Təntənəli tədbirdə ölkə rəhbərinin iştirakı gözlənilir

Bu gün Respublika sarayında Azərbaycan kinosu gününə həsr olunmuş bayram tədbiri keçiriləcək. Bakı meriyasının verdiyi mə’lumata görə, bayram günü milli kinematoqrafçılarımızdan bir neçəsinin mükafatlanacağı da gözlənilir. Bu gün həmçinin Cəmil Fərəcovun Azərbaycan kinematoqraçılığı tarixinə həsr etdiyi sənədli filminə baxış da keçiriləcək. Təntənəli tədbirdə ölkə rəhbəri Heydər Əliyevin iştirakı da gözlənilir.
Bayram tədbiri "Sinema-klub"da kinematoqrafçılarımızın şərəfinə veriləcək şam süfrəsilə davam edəcək. Tədbirlər ölkəmizin Mədəniyyət Nazirliyi, paytaxt meriyası və Kinematoqrafçılar Birliyinin birgə əməyi sayəsində ərsəyə gələcək. Qeyd edək ki, son bir ilə qədər milli kinomuzun tarixi 1916-cı ildən hesablanırdı. Ancaq araşdırmaların nəticəsi kimi mə’lum olub ki, Azərbaycanda ilk kinolentlərinin tarixi 1898-ci il avqustun 2-ə təsadüf edir. Elə bu nəticəyə görə də ötən il ölkə rəhbəri 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-nin milli kino günü kimi qeyd edilməsi barədə qərar verib.

"Avropa filmlərində qadına baxış"
Türk qadınları bu mövzuda müzakirə açıblar

Bu arada Türkiyədə Avropa filmlərinə xüsusi maraq ortaya gəlib. Bu dəfə qabartma nöqtəsi Avropa filmlərində qadın obrazlarıdır. Belə ki, türk qadınları bir araya gəlib "Avropa filmlərində qadına baxış" mövzusunda diskussiya aparmaq qərarına gəliblər.
Qadınların çağdaş dövrümüzdə sür’ətlə inkişaf edən cəmiyyətdə rolu və Avropanın kino sənətində hansı şəkildə işıqlandırılması Türkiyənin zərif cinslərini maraqlandırıb. Onlar hər ayın bir həftəsi görüşərək bir neçə filmə baxmaq və öz fikirlərini bölüşmək niyyətilə yekdil qərara gəliblər.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd