İş günü

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Reportaj
Sənət
Avanqard
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
02 avqust, 2001-ci il. Cömə axşamı |#84(308)|Həftədə II, IV, VI günlər təzələnir
VISION firması əhalini necə soyur?
37 Azərbaycan vətəndaşı kompensasiya alıb


VISION firması əhalini necə soyur?
Metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən firma 5 aydır bu işlə məşğuldur

Maliyyə piramidaları dağılır. Onların dağıntıları altında, necə deyərlər, şəbəkə marketinqi ilə məşğul olan şirkətlər ərsəyə gəlir. Bu tip ən böyük Rusiya piramidası VISION firmasıdır. Ötən il sentyabrda firmanın yaradılmasının 4 illiyi qeyd olunub. Bu fırıldaqçı firma nə az, nə çox düz 5 aya yaxındır ki, Bakıda öz "təbliğat maşını"nı işə salıb, paytaxta emissarlarını səpib, gündə onlarla insanı "öz toruna" salır. Küçədə addımbaşı rastımıza çıxan qaraçıların əlindən qurtulmaq bu firmadan və onun rezidentlərindən yaxa çəkməkdən çox asandır. Külli miqdarda gəlir götürmək və`dləri ilə VISION-a cəlb edilən "təzələr" çox vaxt hətta anlamırlar ki, onlar 200 dollar vəsaitlərini 1 qutu mal və tə`limatlar qovluğu ilə dəyişəcəklər.

Fırıldaq və Buryak
VISION - bu, biznesdən də artıqdır. Bu, demək olar ki, dindir. Onun özünün müqəddəs tarixi var. Sözügedən din təbliğ edir ki, Dmitriy Buryak peyğəmbərlər kimi VISION-u vəhy nəticəsində icad edib. 5 il bundan əvvəl avtomobil qəzasından mö`cüzə nəticəsində sağ çıxan Buryakın birdən "beyninə batıb" ki, insanları necə xoşbəxt etmək olar və qərara alıb ki, ömrünü bu işə həsr etsin. O, universal dərmanlarla qidalandırmaqla insanları sağlam, dərmanları satmağı öyrətməklə isə varlı etmək istəyir. Cənab Buryak VISION firmasını 1996-cı ildə qeydiyyatdan keçirib. 1997-ci ildə isə firma bu bazarda liderə çevrilib. Formal olaraq VISION-un mərkəzi ofisi Moskvada - Taqankada yerləşir. Lakin şirkətin real strategiyası Kann şəhərində planlaşdırılır. Çünki Dmitriy Buryak orada yaşayır. Onun dəbdəbəli villası var. Firmanın zavodları və plantasiyaları isə İrlandiyada yerləşir. Şirkətin prezidenti uzun müddət müxtəlif ölkələrdə ekoloji şəraiti öyrənib və qənaətə gəlib ki, istehsal üçün optimal şərait məhz İrlandiyadır. Kobud dildə desək, bu şirkətin yaranmasının rəsmi əfsanəsidir. Real tarixçə isə təbii ki, rəsmi tarixçədən fərqlənir.

Hamını inandır!
Şəbəkə biznesi - bu, adi ticarət deyil. Müştərini çağıranda şəbəkəçilər malı almağı deyil, onu kiməsə satmağı təklif edirlər. Belə marketinq strategiyasında malın keyfiyyəti əhəmiyyət kəsb etmir. Hamını inandır ki, sən havanı sərfəli satmağı öyrənmisən və onu səninlə birgə satmaq istəyənlərdən də gəlir əldə edə bilərsən. Şəbəkə malını təkcə alıcılar deyil, satıcı-distribütorlar alır. Firmanın işinin əsasını hər bir distribütorun malı mərkəzi ofisdən alması şərti tutur. Ən çox təzələr (ildə 2 min 944 dollardan az olmamaq şərtilə) almalıdır. Həmin şəxs özü distribütor "verbovka" etməyə başladıqdan sonra 2-ci dərəcəli distribütor olur və o, artıq ildə 2732 dollarlıq mal ala bilər. 7-ci dərəcəyə çatdıqdan sonra onun norması ildə 1272 dollar təşkil edir. 12-ci dərəcəyə çatdıqda isə o, artıq mal almaya bilər və yalnız faizlərə yaşayır.

Distribütor, yoxsa "verbovşik"
VISION şirkətinin əməkdaşını distribütor deyil "verbovşik" adlandırmaq daha düzgün olardı. Çünki onun əsas vəzifəsi malın satışı deyil, təzələri "verbovka" etməkdir. Bu vəzifə distribütorun qarşısına çox sərt şəkildə qoyulur. Axı o, firmadan mal almağa borcludur. Başqa sözlə desək, firmaya pul yatırmalıdır. Nəzəri cəhətdən o bunları birbaşa satışla da çıxarda bilər. Lakin praktikada buna çox çətinliklə nail olunur. Malın bir hissəsini özü istifadə etmək, yaxud evdə saxlamaq məcburiyyətində qalır. Distribütorların "Bizim ƏSR"ə danışdıqlarına görə, onlar çox həvəssiz şəkildə mal alırlar. Lakin VISION-un uçotunda qalmaq, "verbovka" etdikləri şəxslərin aldıqları mallardan faizlər götürmək üçün onlar bunu etmək məcburiyyətindədirlər. Bə`zi distribütorların bəxti gətirmir: malı aldıqdan sonra onlar nə onu sata, nə də kimisə "verbovka" edə bilmirlər. Belə olan halda onlar VISION-a yatırdıqları pulu itirərək "biznes"dən çıxırlar. Distribütorların işi asan deyil. VISION-da işləmək istəyənləri tapmaq üçün o, kadr agentliklərini, əmək birjasını gəzir, qəzetlərdə e`lanlar verir, hətta internetdə sayt yaradır. "Verbovşik"in "ovu" elə də böyük deyil. Həftə ərzində o, 100 nəfəri tapsa belə, onlardan azı firmaya pul yatırmağa razılıq verir. Distribütor-"verbovşik" onları metronun "Nizami" stansiyasının yaxınlığında, C.Cabbarlı küçəsində yerləşən ofisə aparır. Orada təzələr "uçota alınır". Onlar 23 dollara startkit (təzələr üçün tə`limatlar qovluğu) minimum 106 dollar dəyərində mal dəstini - bir "distribütor çemodanı" almalıdırlar.

"Sonsuz faizlər" uğrunda...
Nüşabə M. "Bizim ƏSR"ə danışır. "Mən öz malımın maya dəyərinin neçəyə başa gəldiyini bilmirəm. Ancaq təbii ki, onun qiyməti çox aşağıdır. Hər satışdan bütöv bir qol qidalanır. Şirkətin texniki işçilərindən tutmuş prezidentə qədər. Ofisdən hər bir mal satılan kimi kompüterin mə`lumat bazasında qeyd olunur. Bu mə`lumatlar əsasında bu və ya digər distribütorun ay ərzində nə qədər qazanması hesablanır. Həmin pulları distribütor hər ayın 15-də ofisdən alır. Təzə başlayan distribütor ayda 50-100 dollar qazana bilər (?). Stajlı distribütorun qazancı isə 150-200 dollar və daha artıq ola bilər (?)". 7-ci dərəcəyə qədər qalxmış distribütor daha işləmir onun gəlirləri isə artır. Ona görə ki, yaratdığı qol da uzanır. Belə adamlar şəbəkəçilər "sonsuz faizlər alan" adlandırırlar. Bəli, "sonsuz faizlər" almaq arzusu şirkətə yeni-yeni adamları cəlb edir. Yeni seçilmişlərin əksəriyyəti bir həftə ərzində 200 dollara aldığı malı satmaq qabiliyyətində olmadığını başa düşürlər. O adamlar qalıb işləyir ki, onları özlərini və başqalarını aldatmaq bacarığı var.

VISION firma deyil, təriqətdir
Uğursuz distribütor Marina K. deyir: "VISION totalitar təriqətə çox bənzəyir. Hər bir yeni insan kəskin psixoloji pressinqə mə`ruz qalır. Hər bir şəxs "Sponsor (VISION firması) həmişə haqlıdır" sözləri ilə başlayan davranış qaydalarını mənimsəməlidir. Sonra təzə gələn bir həftə ərzində hər dəfə 1 saat bilgilər alır. O, bütün tanışlarını, nə vaxtsa gördüyü şəxsləri, ümumiyyətlə hamını yada salmalı onların telefon nömrələrini firmaya verməlidir. Sonra isə müştərilərlə görüşlər başlayırdı. Hər yerdə məni firmanın nümayəndələri - məni şirkətə cəlb edən qadın və onun rəfiqəsi müşayiət edirdilər. Onlar mənə kiminlə necə danışmağı öyrədirdilər. Hər axşam bizdə toplantı keçirilirdi. Həmin toplantıda təzələr öz uğurları haqda mə`lumat verirdilər. Hər gün keçirilən məşğələlərdə bizə maldan şübhələnməmək, Buryaka sonsuz inam, hər bir yeni tanışa potensial alıcı kimi baxmaq öyrədilirdi. Mənə qalanda isə artıq 3-cü gün aydın oldu ki, bizim mallar heç kimə lazım deyil və burada hamı bunu yaxşı bilir. 4-cü gün mən planlaşdırılmış görüşlərə getmədim. 2 gün evimə zəng vurdular sonra ara verildi. Firmadan aldığım mal dəstini isə bibimə bağışladım". Firmanın qolları artıqca prezentasiyalar üçün ayrı-ayrı mərkəzlər yaradılır. Prezentasiyalarda malın unikallığı qeyd olunur. Məsələn, həmin mal hansı keyfiyyətdədir və s. VISION-nun məhsulları qida əlavələri, müalicəvi kosmetika, elektromaqnit qurğular hansı ki, yayıcıların dediyinə görə, mənfi şüalardan qorumağa qadirdir, müsbət enerji verir və s. Bundan başqa, VISION mis sapla tikilmiş "müalicəvi" cinslər istehsal edir. Guya mə`də xorasını sağaldan "müsbət enerji verən" (əslində sadəcə olaraq zəif elektromaqnit sahə yaradan) qurğular -brelok və plastik kartlar cəmi 120-150 min manatdır. Etil qarışıqlı məhsullar isə 150-170 dollara başa gəlir. Qeyd edək ki, VISION-un işçiləri heç vaxt öz məhsullarından istifadə etmirlər.

37 Azərbaycan vətəndaşı kompensasiya alıb

1996-cı ildən bu günədək 37 Azərbaycan vətəndaşı II dünya müharibəsi zamanı faşist Almaniyasında qul kimi işlədildiyinə görə, 600-dən 1500 alman markasınadək kompensasiya alıb. Onların əksəriyyətini ruslar və yəhudilər təşkil edir, cəmi 3-ü azərbaycanlıdır.
Qeyd edək ki, kompensasiya almaq üçün 90 nəfər müraciət etsə də, "Qarşılıqlı anlaşma və barışıq" fondunun Rusiya və Belorusiya şö`bələri onlardan 53-nə kompensasiya ödəməkdən imtina ediblər.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Reportaj | Sənət | Avanqard | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd