|
|
|
|
#85(309)
|
 |
Ermənistanda təlatüm
Ermənistanın radikal partiyaları rəsmi Yerevandan
Azərbaycanın ərazi bütövlüyünün tanınmasını tələb edir
|
Ermənistanın aparıcı radikal müxalifət partiya liderləri bu günlərdə mövqelərini açıqlayaraq bildiriblər ki, rəsmi Yerevan əvvəl-axır Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Erməni liderləri Almaniyanın Fridrix Ebert fondunun maliyyə dəstəyi ilə Ermənistanda keçirdiyi forumda bu barədə açıqlamalar veriblər. Azərbaycan və erməni tərəfinin iştirakı ilə keçirilən forumun mövzusu "Qarabağ konfliktinin sülh yolu ilə nizamlanması" olub.
Xatırladaq ki, forumda Lideral Demokrat, Yeni Yol, Demokratik Vətən partiyaları, Ermənistan Ümummilli Hərəkatının nümayəndələri və tarixçilər iştirak edib.
Forumda mə`lum olub ki, Ermənistanın aparıcı müxalifət partiyaları təxminən Azərbaycanın mövqeyini dəstəkləyir. Yə`ni forumun nəticələri rəsmi Bakı üçün kifayət qədər qəaətbəxş hesab edilə bilər. Əvvəla ona görə ki, Ermənistanın sağ liberal mərkəzçiləri birmə`nalı şəkildə bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Onlar həmçinin iddia ediblər ki, bundan sonra Dağlıq Qarabağ probleminin və oradakı ermənilərin haqları müzakirəyə çıxarılmalıdır. Əsas maraqlı məqam ondan ibarətdir ki, forumda iştirak edən bütün partiya liderləri Daşnaksütyunun və prezident Rabert Köçəryanın Qarabağ məsələsində tutduğu mövqeyi kəskin şəkildə pisləyiblər. Hətta belə bir fikir də səslənib ki,
Daşnaksütyunun bu siyasəti erməniləri məhvə, milli faciəyə sürükləyir.
nForumun başqa bir iştirakçısı David Şahnazaryan isə açıq şəkildə bildirib ki, Ermənistanın "soyqırım" məsələsindən siyasi məqsələr üçün istifadə etməsi rəsmi Yerevanın ən yanlış addımlarından biridir: "Bundan əlavə biz ərazi iddialarımızdan da əl çəkməliyik. Və 29 min kvadrat kilometr ərazi ilə kifayətlənməliyik". Şahnazaryanın ardınca çıxış edən Aşot Bleyan isə deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir. Ermənistan Liberal Demokrat Partiyasının lideri Bayen Xaçaturyan da Köçəryan hökumətinin siyasətinin həddindən artıq qüsurlu olduğunu söyləyib. Onun sözlərinə görə, bu siyasət nəticəsində Ermənistan fəlakətə və müharibəyə sürüklənir. "Nə qədər ki, Köçəryan hakimiyyətdədir, Qarabağ probleminin həllindən danışmaq olmaz" deyən partiya sədri açıq şəkildə bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır.
2003-cü il prezident seçkiləri yaxınlaşdıqca müxalifət partiyaları arasındakı uzaqlaşma meylləri daha da güclənir. Elə bu günlərdə AXCP (klassiklər) sədri Mirmahmud Mirəlioğluna istinadən "prezident seçkisində partiyamızın öz namizədi olacaq" xəbərinin yayılması Müsavatla münasibətlərə yeni baxış tələb edib. "Klassiklər"in dəstəyinə ümid bəsləyən Müsavat Partiyası rəhbərliyinin Mirəlioğlundan bu gür açıqlama eşitməsi narazılıq yaradıb.
Maraqlıdır, az qala indiyə kimi bütün cəmiyyətdə "AXCP-də lider problemi var" fikri ilə razılaşan "klassiklər"in prezident seçkisində namizədi kim olacaq?
Partiyanın Ali Məclisinin sədri Əli Mə`simov bizimlə söhbətində prezident seçkisi üçün namizəd məsələsini müzakirəyə çıxarmadıqlarını dedi. Onun sözlərinə görə, bu cür müzakirələr nə AXCP-də, nə də ki, Demkonqresin iclaslarında müzakirə edilməyib: "Bunun da yeganə səbəbi ondan ibarətdir ki, AXCP-nin daxili nizamnaməsinə görə, prezidentliyə namizəd ancaq qurultayda müəyyənləşdirilir. Prezident seçkisi keçirilən zaman qanun bizə imkan verir ki, prosesə istədiyimiz şəkildə hazırlaşaq. Həmin hazırlıq mərhələsində öz qurultayımızı çağıracağıq. Və qurultay üzvlərinin iradəsi ilə müəyyənləşəcək ki, AXCP prezident seçkisində kimin namizədliyini irəli sürsün və ya dəstəkləsin".
Qurultaya seçilmiş nümayəndələrin böyük əksəriyyəti kimi dəstəkləsə, Əli Mə`simov da onun tərəfində olacaq. Bir də ki, AXCP-nin namizəd problemi yoxdur. Bu cür sözlər sadəcə olaraq oyundur. Əgər bu oyuna son qoymasalar, AXCP bir yox, min namizəd irəli sürəcək və başqa partiyalara müraciət edəcək. Komanda nöqteyi nəzərdən onların qarşısına komanda çıxara bilən varsa, gəlsin, söhbət edək".
Prezident Heydər Əliyevin "Azərbaycan dilinin tətbiqinin təkmilləşdirilməsi haqqında" fərmanı dünən pozuldu. Həmin fərmana görə, avqust ayının 1-dən e`tibarən Azərbaycanda nəşr olunan bütün qəzetlər latın qrafikalı əlifba ilə çap olunmalıdır. Avqustun 1-dən bütün qəzetlər latın qrafikası ilə nəşr olunmağa başlasalar da, "İmpuls"un baş redaktoru Mətanət Əliyeva sözünün üstündə durdu. "Heç kim latın qrafikası ilə nəşr olunmağımıza mə`cur edə bilməz" deyən baş redaktor yeni fərmana tabe olmayacağını söylədi. Xatırladaq ki, "İmpuls" kiril əlifbasında çıxan yeganə azərbaycandilli qəzetdir.
Qəzetin baş redaktoru Mətanət Əliyeva bizimlə söhbətində bildirdi ki, həmişəki kimi "CBS" mətbəəsində çap olunmaq istəsələr də, ortaya müəyyən problemlər çıxıb. Mətbəə rəhbərliyi deyib ki, ancaq latın qrafikalı əlifba ilə nəşr olunan qəzetlərin nəşri qəbul edilir: "Biz də gedib "BBP" mətbəəsində çap olunduq. Deyirdilər ki, kiril əlifbası ilə çıxan qəzetləri heç bir mətbəə qəbul etməyəcək. Müraciət etdiyimiz birinci mətbəə bizi qəbul etdi".
Mətanət Əliyevanın sözlərinə görə, nə qəzet çap ediləndən, nə də ki, satışa çıxandan sonra problemlə rastlaşmayıblar: "Günün sonudur, amma bizə hələ də heç bir təziyq olmayıb. Bir də ki, problem nəyə görə olmalıdır? Əgər oxucular qəzetimizin kiril əlifbası ilə çap olunmasını istəyirsə, niyə latın qrafikalı əlifbada nəşr olunmalıyıq. Həm də hələ ki, heç bir mətbəəyə rəsmi şəkildə müraciət olunmayıb ki, kiril əlifbası ilə çıxan qəzetləri qəbul etməsinlər.
Açığı, heç inanmıram ki, rəsmi şəkildə belə bir göstəriş verilsin. Əgər rusdilli qəzetlər kiril əlifbası ilə nəşr olunursa, bizə niyə imkan verilməməlidir? Ona görə də latın qrafikası ilə nəşr olunmaq fikrimiz yoxdur.
Hesab edirəm ki, belə bir göstəriş olsa, əksər mətbəələr də bizi müdafiə edəcək. Çünki onlar müştərilərini itirirlər". "İmpuls"un baş redaktoru daha sonra dedi: "Dəqiq bilirəm ki, latın qrafikasına keçsək, qəzetimiz iflasa uğrayacaq".
"Rusiya prezidenti Vladimir Putin söz verdi ki, Türkmənbaşı da cəlb edilməklə 4 Xəzəryanı ölkə başçılarının birgə toplantısı keçiriləcək. Elə son görüşdə də bəyan edildi ki, həmin 4 dövlət Xəzər dənizində keçmiş SSRİ ilə İran sərhədlərini tanıyır".
Bu sözləri dünən MDB dövlət başçılarının Soçidə keçirilən qeyri-rəsmi görüşündən dönən prezident Heydər Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib.
Heydər Əliyevin sözlərinə görə, görüşdə iştirak edən prezidentlərin demək olar ki, hamısı son günlər Xəzər dənizində baş verən olaylardan narahat olduğunu bildirib. Buna baxmayaraq, prezident 4 Xəzəryanı dövlət başçısının birgə keçiriləcək görüşünün tarixini açıqlamayıb. Heydər Əliyev həmçinin prezidentlərin görüşündə hansı məsələlərin müzakirəyə çıxarılacağı barədə də əlavə mə`lumat vermədi. Prezidentin sözlərinə görə, Azərbaycan indiyə kimi imzaladığı bütün neft müqavilələrinin hamısını həyata keçirmək fikrindədir.
|