|
|
|
|
#85(309)
|
 |
20 klubdan yalnız biri...
ÇL-də mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayan Bolqarıstan
çempionu "Levski" 3-cü mərhələyə vəsiqə qazanan yeganə komandadır |
Çempionlar Liqası ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən görüşlərin nəticələri:
"Şerif" (Moldova) - "Anderlext" (Belçika) - 1:2 (ilk oyunda 0:4)
"Visla" (Polşa) - "Skonto" (Latviya) - 1:0 (2:1)
"Makkabi" (Hayfa, İsrail) - "Haka" (Finlandiya) - 4:0 (1:0)
"Kopenhagen" (Danimarka) - "Torpedo" (Kutaisi, Gürcüstan) - 3:1 (1:1)
"İnter" (Slovakiya) - "Slaviya" (Belarus) - 1:0 (1:0)<>br
"Halmstad" (İsveç) - "Bohemians" (İrlandiya) - 2:0 (2:1)
"Srvena Zvezda" (Yuqoslaviya) - "Omonya" (Kipr) - 2:1 (1:1)
"Sloqa Yuqomaqnat" (Makedoniya) - "Styaua" (Rumıniya) - 1:2 (0:3)
"Hayduk" (Xorvatıstan) - "Ferentsvaroş" (Macarıstan) - 0:0, penaltilərlə - 5:4 (0:0).
"Barri Taun" (Uels) - "Porto" (Portuqaliya) - 3:1 (0:8)
"Reyncerz" (Şotlandiya) - "Moribor" (Sloveniya) - 3:1 (3:0)
"Brann" (Norveç) - "Levski" (Bolqarıstan) - 1:1 (0:0)
"Luqano" (İsveçrə) - "Şaxtyor" (Ukrayna) - 2:1 (0:3)
Göründüyü kimi, birinci təsnifat mərhələsini dəf etmiş 10 klubdan 9-u növbəti addımda büdrəmişlər; yalnız Bolqarıstan çempionu "Levski" kollektivi ikinci kvalifikasiya mərhələsini də adlamağa müvəffəq olmuşdur. "Şəmkir"i mübarizədən kənarlaşdırmış "Barri Taun"un ilk görüşdəki acınacaqlı məğlubiyyətin (0:8) müqabilində cavab qarşılaşmasında güclü "Porto"ya qalib gəlməsi də xüsusi qeyd edilməyə layiqdir. Keçmiş SSRİ təmsilçilərindən Moskva spartakçılarının ÇL-in qrup yarışlarında iştirakı dəqiqdir: klub komandalarının reytinq cədvəlində 7-ci pillədə qərarlaşan Rusiyanın 1 nümayəndəsi - ölkə çempionu mübarizəyə birbaşa qrup turnirindən başlayır. ÇL-də Rusiyanın digər təmsilçisi, vitse-çempion - "Lokomotiv" (Moskva), habelə Ukrayna nümayəndələri "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandaları 3-cü təsnifat mərhələsində qitənin 32 ən güclü klubu sırasına düşmək uğrunda mübarizə aparacaqlar.
Dünən AFFA-nın mənzil-qərargahında futbol üzrə XI milli çempionatın güclülər dəstəsində yarışların püşkatması olacaqdı. Lakin mərasim baş tutmamış, gələn həftəyə saxlanılmışdır.
Tə`xirəsalmanın səbəbini AFFA mətbuat xidmətinin rəhbəri belə izah etdi:
- Növbəti birinciliyin yüksək liqasında 12 komanda mübarizə aparmaq hüququna malikdir. "Turan" və "Araz" istisna olmaqla, digər klubların hamısı çempionatda iştirak üçün müəyyənləşdirilmiş üzvlük haqqını (36 milyon manat - red.) ödəyiblər. Tovuz və Naxçıvan təmsilçilərinin xahişini nəzərə alan AFFA ödəniş müddətini uzadıb. Əgər onlar gələn həftənin ortalarınadək iştirak haqqını ödəməsələr, o halda həmin komandaların yerini ötən il birinci dəstədə yarışları 3-4-cü yerlərdə başa vurmuş kollektivlər tutacaq.
AFFA-nın nəzdindəki Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə birinciliyində qrup yarışları başa çatıb.
Əsasnaməyə görə hər üç qrupda ilk iki pilləni tutan kollektivlər (cəmi 6 komanda) "pley-off" mərhələsində çıxış etmək hüququ qazanıblar. Komandalar həmin mərhələyə "qızıl xal"la başlayacaq və yalnız digər qruplarda fərqlənmişlərlə qarşılaşacaqlar, başqa sözlə, "pley-off" 8 turdan ibarət olacaq.
Final yarışları sentyabrın 14-də start götürəcək. Həmin gün görüşürlər: "Qara bəbir" (Beyləqan) - "Göyəzən" (Qazax); "Qum adası" (Bakı) - "Hərbi Hava Qüvvələri" (Bakı). "Şirvan" (Əli Bayramlı) - "Bərəkət" (Dəvəçi) qarşılaşması isə sentyabrın 15-nə tə`yin edilib. Yarışlara noyabrın 9-da yekun vurulacaq.
Xatırlatma: "altılıq"da birinci yeri tutan komanda 2002-ci ilin may ayında İtaliyada həvəskar futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa miqyaslı turnirin ilkin yarışlarında Azərbaycanı təmsil edəcək.
İki ildən bir keçirilən gənclərin Olimpiya həftəsi bu dəfə İspaniyanın Mursiya şəhərində təşkil edilmişdi. Azərbaycan idmançıları 4 növdə - cüdo, üzgüçülük, tennis və yüngül atletika yarışlarında qüvvələrini sınayıblar.
Olimpiadada bütövlükdə 20 idmançıyla çıxış edən həmyerlilərimizdən yalnız gənc cüdoçularımız ümidləri doğrulda biliblər: təkcə final qarşılaşmasında məğlub olan Rəşad Quliyev (60 kq) və Rza Əliyev (55 kq) fəxri kürsünün gümüş, Samir Sərkərovla (81 kq) Xəyal Qurbanov isə bürünc pilləsinə yüksəliblər.
Söhbət UEFA kuboku turnirində "Neftçi" və "Şəfa"nın Sloveniyadan olan rəqiblərinin milli çempionatdakı çıxışlarından gedir
Bir sıra Avropa ölkələrində, o cümlədən Sloveniyada futbol üzrə ölkə birinciliyi artıq start götürüb. Xatırladırıq ki, UEFA kuboku turnirində "Neftçi" və "Şəfa"nın rəqibləri çempionata fərqli nəticələrlə başlayıblar: yeni mövsümün ilk rəsmi matçını səfərdə keçirən "Hit Qoritsa" "Korotan"a uduzub (1:3), "Olimpiya" isə "Domjale"yə qalib gəlib (2:1).
İkinci turda hər iki komanda doğma divarlar arasında çıxış edib, lakin məğlubiyyətə uğrayıblar: "Neftçi"nin rəqibi "Publikum"a (1:3), "Şəfa"nın rəqibisə "Primorye"yə (1:3).
İki oyundan 3 xal toplayan "Olimpiya" klubu yarış cədvəlinin ortalarında qərarlaşıb, "Hit Qoritsa" isə startdakı məğlubiyyətlərin müqabilində 12 komanda arasında sonuncudur.
Almaniyanın Münxen şəhərində təşkil edilən kişilər və qadınlar arasında cüdo üzrə dünya çempionatında 93 ölkədən 624 idmançı qüvvəsini sınayıb. Bu mö`təbər yarışda Azərbaycan təmsilçiləri yalnız kişilərin türnirində mübarizə aparıb və Vətənə 2 bürünc medalla qayıdıblar: 81 kq-da Elxan Rəcəbli, 90 kq-da isə Rəsul Səlimov üçüncü yeri tutublar.
Yarışların yekununa dair hesabata görə, həmyerlilərimiz bu nəticəylə komanda hesabında dünya sıralamasında 21-ci, Avropadasa 14-cü olublar. Lakin bu, kişi və qadın cüdoçuların birgə nəticələrinə əsasən belədir. Kişilərin turnirinin yekunu ayrıca götürüldükdə isə Azərbaycan cüdoçuları komanda hesabında dünyada 15-ci, Avropadə isə 11-cidir.
Çempionatı birinci yerdə başa vuran Yaponiya cüdoçuları bütövlükdə 10 medal (4+2+4) qazanıblar. Onların 6-sı (3+1+2) qadın idmançıların qazandıqlarıdır. Yaponları da komanda hesabında qalib edən məhz bu amildir, əks təqdirdə Rusiya birinci olardı. Məsələyə belə yanaşma isə mö`təbər turnirlərdə tam tərkibdə çıxış etmənin əhəmiyyətini və vacibliyini bir daha təsdiqləyir.
Avqustun 7/8-də ÇL-in növbəti mərhələsində ilk görüşlər keçiriləcəkdir.
Turnirin bu mərhələsində artıq İspaniya, İtaliya, Almaniya, Fransa, İngiltərə, başqa özlə, Avropanın 5 aparıcı ölkələrinin, o cümlədən Hollandiya, Rusiya, Çexiya və Yunanıstanın nisbətən aşağı reytinqli təmsilçiləri də mübarizəyə qoşulacaqlar. Bütövlükdə mücadilə aşağıdakı cütlüklər arasında olacaq:
"Qalatasaray" (Türkiyə) - "Levski" (Bolqarıstan)
"Srvena Zvezda" (Yuqoslaviya) - "Bayer" (Almaniya)
"Ayaks" (Hollandiya) - "Seltik" (Şotlandiya)
"Şaxtyor" (Ukrayna) - "Borussiya" (Dortmund, Almaniya)
"Visla" (Polşa) - "Barselona" (İspaniya)
"Halmstad" (İsveç) - "Anderlext" (Belçika)
"Porto" (Portuqaliya) - "Qrasshopper" (İsveçrə)
"Lokomotiv" (Moskva, Rusiya) - "Tirol" (Avstriya)
"Reyncerz" (Şotlandiya) - "Fənərbağça" (Türkiyə)
"İnter" (Slovakiya) - "Rusenborq" (Norveç)
"Slaviya" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)
"Parma" (İtaliya) - "Lill" (Fransa)
"Styaua" (Rumıniya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Kopenhagen" (Danimarka) - "Latsio" (İtaliya)
"Makkabi" (Hayfa, İsrail) - "Liverpul" (İngiltərə)
"Hayduk" (Xorvatıstan) - "Malyorka" (İspaniya)
Bu mərhələnin cavab görüşləri avqustun 21/22-nə tə`yin edilib. Üçüncü təsnifat mərhələsinin bir özəlliyi barədə: iki görüşün nəticəsinə əsasən məğlub olan klublar mübarizəni
UEFA kuboku turnirində davam etdirəcəklər.
|