Şou xəbərlər

Ana səhifə
Xəbərlər
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Nostalji
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#85(309)
Aygün klip çəkdirir
Cennifer Lopez ərə gedir
Bred Pitt 14 milyona ev aldı
Manana Los-Ancelesdə


Aygün klip çəkdirir
"Sevdim" onun lirik dünyasına pəncərədir

Gecənin bir aləmi yol hərəkəti qaydaları ciddi surətdə pozularsa və yaxud yollarda maşınların hərəkəti dayandırılarsa, narahat olmağa dəyməz. Aygün klip çəkdirir. "Sevdim" mahnısını Hülya Avşarın da ifasında eşitmisiniz, əslindəsə, bu bəstənin əsli yunanlara məxsusdur.
Aygün bu klipində də yaradıcı hey`əti dəyişməyib. Rejissor yozumu Ülviyyə Könülündür. Hal-hazırda çəkilişi gedən klipin yaxın günlərdə tamamlanacağı gözlənilir. Çünki Aygünün yetərincə işləri var. Avqustun 10-11-də müğənni "Ulduzlar bağı"nda solo konsert verəcək. O həm də S.Vurğun adına Dövlət Rus Dram Teatrının kollektivi ilə birgə tamaşaçılara qeyri-adi sürpriz elmək istəyir. İlk baxışda bu təqdimat məntiqsiz görünsə də, ayrı cür yozum vermək mümkün deyil: səhnədə canlı klip. Hələliksə, klip çəkilir. Klipin rejissoru Ülviyyə Könülün sözlərinə görə, çəkilişlər, əsasən, şəhərin küçələrində və dənizətrafı bir imarətdə aparılır. Ekran görüntüsünün özünə gəlincə, rejissor bildirdi ki, "Bilmirəm, bu təsadüfdür, nədir, həmişə Aygünün kliplərində yüksək temp olur. Bu seçim bizim iradəmizdən asılı deyil. Müraciət olunan mahnının musiqisi bunu diktə edir. "Sevdim" klipi isə tamam fərqlidir. Mahnı son dərəcə lirik olduğundan, klipdə də bu qabarıq nəzərə çarpır". Bu da bir sevgi hekayətidir. Digər kliplərdən fərqli olaraq, bu dəfə tamaşaçılarla mülayim, pərişan ovqatda görüşəcək Aygün tək bir məqamda özünü danmayacaq. O, ayrılıqla bitən sevginin əzabını çəkmir. Nastolji hisslərlə yaşasa da, "Gözəllər e`tinasız olur" deyimi burda lap yerinə düşür. Onun qəhrəmanı "Qəm eləməyə dəyməz" inanclıdır. Ən nəhayət, həmişə fərqlənməyi sevən Aygün bu dəfə klipin təqdimatı zamanı sürpriz edəcək. Media mənsublarını yaşadığı binanın ən sonuncu qatına, böyük bir eyvana də`vət etmək fikri var.

Cennifer Lopez ərə gedir
Onun şahzadəsi rəqqasdır

Rep ulduzu Puff Daddi ilə olduqca qalmaqallı bir evlilik həyatı yaşayan Cennifer Lopez boşandıqdan sonra bir müddət tək-tənha gəzib-dolaşdı. Nəhayət ki, bu yaxınlarda müğənni arzularının kişisini, yeniyetməlik yaşından axtardığı şahzadəsini tapdığını söyləyib. Kris Cadd adlı rəqqasla üç ay əvvəl nişanlanan Lopez sentyabrda ikinci dəfə nikah müqaviləsinə imza atacaq. İndi Mayamidə istirahət edən nişanlılar qaldıqları otelin hər gecəsinə 1800 dollar ödəyirlər.

Bred Pitt 14 milyona ev aldı
Cenniferin xatirinə o, nələr etməz?!

Nəhayət ki, ötən ay subaylığın daşını atan Hollivudun məşhur cütlüyü Bred Pitt və Cennifer Anisiton 14 milyon dollara ev aldılar və elə toyun səhəri günü təzə evə köçdülər.
Gənc ər-arvadın aldığı ev 1930-cu ildə "Dr.Yekyll and Mr.Nyde" və "The Best Üears of Our Lives" filmlərilə iki "Oskar" alan Fredrik Març üçün tikilib. Ev öz tarixi görkəmini olduğu kimi qoruyub saxlasa da, sevgililər bura köçməmişdən əvvəl yüngülvari tə’mir işləri aparıblar. 37 yaşlı Pittlə həmkarı, indi həm də xanımı olan 32 yaşlı Aniston toylarını ləngitmələrini də bu evi gözləmələri ilə izah edirlər.

Manana Los-Ancelesdə
Sənətçi festivallar festivalına qatılacaq

Manana yeni musiqi albomu üzərində işləyir. Eldar Mansurovun, Vaqif Gərayzadənin və özünün bəstələri toplanan bu musiqi albomunda gürcü bəstəkarının da mahnıları yer alıb.
Maraqlıdır ki, bu mahnının sözləri Azərbaycan dilindədir. Sözügedən musiqi albomunu Londonun səsyazma studiyası buraxacaq. Onu da deyək ki, adını hələ qoymayıb. Payızda isə Los-Ancelesdə keçiriləcək festivallar festivalına qatılacaq. "FIDOK"un xəttilə gerçəkləşən bu tədbirdə Manana Azərbaycanın yeganə təmsilçisi olacaq. Çünki sözügedən tədbirdə yalnız il boyu keçirilən festivallarda qalib çıxanların iştirak hüququ var.

 Ana səhifə | Xəbərlər | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Nostalji | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd