Sağlamlıq

Ana səhifə
Xəbərlər
Reportaj
Firqələrdə
Pauza
Aləm
Sağlamlığ
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#86(310)
VI. Qidalar haqqında nəyi bilmirik?
Siqaretin nəyə xeyri var? partrul
Qocalara xolesterin lazımdır


VI. Qidalar haqqında nəyi bilmirik?
 

Belə bir yanlış fikir var ki, nə yeyirsən ye, orqanizm özü ona lazım olan elementləri seçib götürəcək, gərəksizləri "atacaq". Təkcə "qara camaat" belə düşünsəydi, narahatlıq üçün əsas olmazdı. Bəla burasındadır ki, bə`zi mütəxəssislərdə bu zərərli fikri dəstəkləyir. Heç bir elmi əsası olmayan bu mülahizəni təkzib etmək üçün külli miqdarda arqument gətirmək olar. Amma zənn edirəm ki, elə bir neçəsi də bəs edər.
Birinci arqument: Orqanizmin lazımlını mənimsəyib, gərəksizi atmaq mexanizmi olsaydı, o zaman "ölü" (bişmiş) qidalar yığışıb şlak şəkilində orqanizmdə qala bilməzdi və belə böyük fəsadlar törətməzdi.
İkinci arqument: Mikrobların yoğun bağırsağa buraxdığı toksik material (zəhər) qana sorulmazdı, lazımsız element kimi, orqanizmdən kənarlaşdırılardı.
Üçüncü arqument: Adamı bir neçə saniyə ərzində cəhənnəmə vasil eləyən zəhərlər insan orqanizminə heç bir tə`sir göstərə bilməzdi - orqanizm bu lazımsız maddəni qəbul etməzdi, itələyib kənara çıxarardı.
Dördüncü arqument: Əgər qidada müxtəlif vitaminlər, duzlar və mikroelementlər yoxdursa, orqanizm həmin elementləri qidadan necə ala bilər?
Belə arqumentlərin sayını artırmaq olar, amma buna vaxt itirməyə dəyməz. Bunun əvəzinə, gəlin, qidalarla yaxından tanış olaq. Maliyyə çətinliyi üzündən hələ işıq üzü görməyən 5 əsərimdən birinə belə ad vermişəm: "Bizi yaşadan da qidadır, öldürən də". Bu, sadəcə, gəlişigözəl söz deyil. Mən bu əqidəyə 30 illik xəstəlik tariximdən və ondan sonra gələn 6 illik sağlamlıq tariximdən sonra gəlmişəm. Həyatımın əzab və işgəncələrlə dolu olan xəstəlik mərhələsinə, hər şeydən öncə, təbii qidaların köməyi ilə son qoydum, sağlamlığımı, indi də, qeyri-sağlam həyat tərzi keçirdiyim üçün, çox erkən itirdiyim gəncliyimi təbii qidaların köməyi ilə qaytarmaq və Allah izn versə, 150 il yaşamaq proqramı üzərində işləyirəm. Bu, romantika illüziya deyil, hər bir iradəli adamın, sağlam düşüncəli adamın həyata keçirməyə qadir olduğu reallıqdır.
Mətləbə keçməzdən öncə istərdim ki, Məhəmməd peyğəmbərin, bir neçə cildlik elmi əsərin mövzusu ola biləcək bir müdrik kəlamını yenidən yada salaq: Bütün fəsadların yuvası - mə`dədir, bütün dərdlərin çarəsi pəhrizdir. Bir daha təkrar edirəm. Peyğəmbərimiz "mə`də" deyərkən mə`dəyə tökülən qidanı nəzərdə tutub.
VII əsrdə deyilmiş bu müdrik fikri amerikalı adim Pol Breqq XX əsrdə bir qədər də dərinləşdirib: "Biz nə yeyiriksə-oyuq". Bu nə deməkdir?
Ailə üçün övlad, cəmiyyət üçün vətəndaş böyüdən hər bir valideyn, xüsusilə də, hər bir ana bilməlidir ki, naturopat alimlər bütün qidaları iki qismə bölüblər: "ölü" qidalar, "diri" qidalar.
"Ölü" qidalar o qidalara deyilir ki, odun, suyun, duzun, şəkərin, sirkənin, esensin və s. tə`siri altında tərkibindəki bütün faydalı elementlər (fermentlər, vitaminlər, düzlar, mikroelementlər və s.) artıq ölüb. Qida problemləri ilə dərindən məşğul olan naturopat alimlər çoxlu araşdırmalar apararaq, müəyyən ediblər ki, 75 dərəcə istiliyə mə`ruz qalan qida, zülaldan başqa, hər şeyi itirir. Yalnız çiy ("diri") qidalar orqanizmə lazım olan elementləri, oksigen və Günəş enerjisi daşıyan poçtalyon rolunu oynayır. Doğrudur, bu qidaların özü də işığın, suyun, istinin, vaxt amilinin tə`sirinə mə`ruz qalaraq özündə olan faydalı elementlərin bir qismini itirir. Lakin, hər halda, onların tərkibində bizə gərək olan elementlərin çoxu qalır. Halbuki bişmiş, duza, yaxud sirkəyə qoyulmuş qidalarda zülaldan başqa heç nə qalmır. Zülal isə bizə çox cüz`i miqdarda lazımdır. Naturopat alimlər həsədə layiq yekdilliklə "ölü" qidaları bəşəriyyətin dəhşətli bəlası kimi xarakterizə edirlər və insanlara məsləhət götürürlər ki, onları rasiondan tamam çıxarsınlar. Bunu etməyə iradəsi çatmayanlar isə, heç olmasa, menyünü elə tərtib etsinlər ki, süfrədə "ölü" qidalar təbii qidaların dörddə birini təşkil etsin. Əks halda, orqanizmdə güclü şlak, kristallar və toksik material (zəhər) cəmləşəcək. Bu da öd kisəsində, böyrəklərdə daş karxanası yaradacaq, ölümlə nəticələnən xəstəliklərin törəməsinə səbəb olacaq.
Uşaqlıq illərində imkanlı valideynlərinin ifrat məhəbbəti ilə əhatə olunmuş, buna görə də ölüm yatağına düşən professor Pol Breqq həmin illərin menyüsünü (qaymaq, yağ, pendir, balıq kürüsü, kolbasa, sosiska, qızardılmış ətlər, şokolad, perojnalar, peraşkilər, makaron, vermişel və s.) xatırlayaraq, dəhşətə gəlir: insan özünü qidalarla necə zəhərləyərmiş, ya rəbb!
Helisterapevtin (Günəşlə müalicə) təbii müalicəsi sayəsində 9 ağır xəstəlikdən xilas olan alim 16 yaşından sonra dilinə heyvandarlıq məhsulları, bişmiş xörək, konservlər, mürəbbələr, un xörəkləri, şoraba, kolbasa, sosiska və s. vurmurdu, qidasını Bitki Səltənətinin əlindən alıb, təbii şəkildə qəbul edirdi, çox nadir hallarda, elə belə məzələnmək üçün, hərdən balıq yeyirdi. Bununla belə, ildə 120 gün ac qalırdı ki, orqanizmini zəhərdən təmizləsin. Buna görə, həm də fəal həyat tərzi keçirdiyi üçün, alim heç bir kəskin hava dəyişikliyindən qorxmurdu, 40 dərəcə şaxtadan 40 dərəcə istiyə uçurdu və özünü çox rahat hiss edirdi. Onunla birlikdə Saxaranın qumlu səhrasından piyada keçən 18-24 yaşlı gənc idmançılar (dünya çempionları) gedib mənzilin o başına çata bilmirdilər, hamısını bircə-bircə tə`cili yardım maşını yolun yarısından geri daşıyırdı, "qoca" alim finişə tək çatırdı. Çünki onun orqanizmində kifayət qədər kalsium (bu element orqanizmin hərarəti ilə hava temperaturu arasındakı fərqi tənzimləyir) və digər gümrahlıq elementləri kifayət qədər idi. Orqanizmi bu elementlərlə istənilən səviyyədə təchiz etməyə qadir olan yeganə qida - meyvə və tərəvəzdir.

P.S. Müəllif oxucuların bütün suallarına cavab verməyə hazırdır. Kontakt telefonu: 75-74-82/Bakı, hər ayın 20-dən 30-dək/, 5-21-37 /Quba, ayın 1-dən 20-dək/, mobil (850)316-81-97. Redaksiyaya məktub yaza bilərsiniz.

(Ardı var)

Siqaretin nəyə xeyri var?

Tütünün tüstüsü ən sərrast "atıcı" kimi insanın ən vacib orqanlarını hədəfə alır. Ələlxüsus da, mə’dənin "evini yıxır".
Əvvəla, tütün yanarkən əmələ gələn nikotin, anilin və müxtəlif turşular tüpürcək vəzilərini qıcıqlandırır və tüpürcək ifrazını artırır. Artıq zəhərli maddələrin qarışdığı tüpürcəyin bir hissəsi udulur. Bu zəhərli "horra" mə’dəyə düşən kimi, onun divarlarına fəal "hücuma keçir" və bu zaman boş mə’dədə əmələ gələn xlorid turşusu öz-özünə həzm olunmağa başlayır. Buna görə də acqarnına və gecə vaxtı siqaret çəkmək xüsusilə zərərli sayılır.
İkincisi, nikotinlə xroniki zəhərlənmə vegetativ əsəb sisteminə tə’sir göstərir və o, mə’də-bağırsıq cihazını idarə etmək qabiliyyətini itirir. Nəticədə mə’də-bağırsaq cihazının hərəkət fəallığı pozulur, spazmalar yaranır. Acqarına dalbadal bir neçə siqaret çəkmək hətta bacırsaq keçilməzliyinə səbəb ola bilər.
Təbiidir ki, siqaret çəkənlər xroniki mə’də xəstəliklərinə daha tez tutulurlar. Bunların ən çox yayılanı qastrit, mə’də xorasıdır. Damağından siqaret düşməyən adamların mə’də xərçənginə mübtəla olmaq qorxusu daha böyükdür. Tütün tüstüsünün tərkibində 4000 mindən artıq kimyəvi birləşmə var ki, bunların da 40-ı xərçəngin "atası" sayılır. Bundan başqa, siqaret tüstüsü həm də radioaktiv maddələrlə "zəngindir". Gündə bir qutu siqaret çəkən adam il ərzində 500 rentgen şüası almış olur.
Siqaret tüstüsünə adətkər olanlar arasında belə bir mülahizə geniş yayılıb ki, guya, o, insanın əmək qabiliyyətini artırır.
Həqiqətən də, bir neçə qullab tüstü udduqdan sonra beyin damarları müəyyən qədər genişlənir və sanki adama təzə qüvvə gəlir. Lakin bu təəssürat çox qısa və aldadıcıdır. Bir neçə dəqiqədən sonra beyin damarları yenidən və bu dəfə daha artıq güclü şəkildə sıxılmağa başlayır. Nəticədə beynin qanla qidalanması və iş qabiliyyəti zəifləyir. Siqaret çəkənlər çəkməyənlərlə müqayisədə daha az həcmdə iş görə bilirlər.
Bir də deyirlər ki, tütün aclığı "öldürür". Guya tüstüdəki zəhərli komponentlər qana sorularaq mə’dənin və bağırsaqların əsəb tellərinə tə’sir göstərir və aclıq siqnalının ötürülməsinə imkan vermir. Bu "üsul"la arıqlamağın nəticəsi - vegetativ əsəb sisteminin pozulması, müxtəlif xroniki xəstəliklərin yaranmasıdır.
Siqareti atmaqla:
- ağızın dadı qayıdır və pis iylər itir;
- əmək qabiliyyəti artır;
- cinsi fəallıq yüksəlir;
- ürək-damar, mə’də-bağırsaq xəstəliklərinə mübtəla olmaq risqi azalır;
- üzdə vaxtsız qırışlar yaranmır.
Çalışın, siqaret çəkməyin! Canınızın, sağlamlığınızın qədrini bilin!

Qocalara xolesterin lazımdır
 

Qanda xolesterinin səviyyəsinin azalması yaşlı adamların ölümünə səbəb ola bilər. "Röyter" agentliyinin verdiyi xəbərə görə, Havay Universitetinin alimləri 3500 nəfər yapon mənşəli amerikalını müayinə etdikdən sonra bu qənaətə gəliblər.
Tədqiqata cəlb edilmiş 71-93 yaşlı könüllülərin indiki və 20 il əvvəlki müayinələrinin nəticələri tutuşdurulub. Aydınlaşıb ki, qanında xolesterinin səviyyəsi 2,09-4,32 mmol/l olanlar arasında ölüm halları qanında bu göstərici yüksək - 5,44-9,88 mmol/l olanlardan 35 faiz çoxdur.
Alimlər bu nəticəni şərh etməkdə çətinlik çəkirlər. Xolesterinin təbii azlığının və dərmanların qəbulu fonunda onun aşağı düşməsinin sağlamlığa eyni dərəcədə tə’sir edib-etməməsi də hələ müəyyənləşməyib. Bu məsələləri uzun müddət öyrənmək lazım gələcək. Ancaq elə indidən başa düşülür ki, yaşlı adamlarda xolesterinə qarşı mübarizə apararkən ehtiyatlı olmaq lazımdır.
Cavan adamlarda xolesterinin normal səviyyəsinin saxlanması ürək xəstəliklərinin müalicəsində əsas vasitələrdən biri sayılır. Müasir kardiologiyanın bu mühüm üsulu hələ öz qüvvəsində qalır.

 Ana səhifə | Xəbərlər | Reportaj | Firqələrdə | Pauza | Aləm | Sağlamlığ | Mədəniyyət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd