İdman
|
Onun UEFA kuboku turnirində birinci mərhələni
keçə biləcək ilk Azərbaycan klubu kimi tarixə düşmək şansı var
|
|
Şou xəbərlər
|
Ötən gün "Sinema club"da Aygün Kazımova "Sevdim" klipinin təqdimat mərasimini keçirdi
|
|
| Xəbərlər |
Oğurlanan qız tapıldı
Məşhur " Yeddi oğul istərəm" filminin qəhrəmanlarından biri - Cəlal obrazı ilə yadda qalan Ənvər Həsənovun qızı, 22 yaşlı Aytən Həsənovanı oğurlayan şəxs - Canpolad Cahangirov həbs olunub. Bununla bağlı dünən aldığımız mə`lumata görə, A.Həsənova bir həftə əvvəl girov götürülübmüş. Ə.Həsənov əvvəlcə bu barədə polisə şikayət etməkdən çəkinib və adətən belə hadisələrdə olduğu kimi, ona zəng vurulacağını gözləyib. Doğrudan da, 3 gün sonra cinayətkar Ə.Həsənova zəng edərək qızını azad etmək üçün 100 min dollar istəyib. Lakin bu qədər pulu toplaya bilməyən Ə.Həsənov bundan sonra Yasamal Rayon Polis İdarəsinə yazılı şəkildə müraciət edib. Polis işçilərinin uğurlu axtarış-əməliyyat tədbirləri nəticəsində A.Həsənova Parlament küçəsində yerləşən 2 saylı binanın 29-cu mənzilində tapılıb və ona heç bir xəsarət yetirilmədiyi bəlli olub.
|
Sovet-İran müqavilələri
qüvvədə qalacaq
Dünən Moskvada RF və İran xarici işlər nazirlərinin müavinləri Viktor Kalyujnı ilə Əli Əhaninin görüşündə Xəzərin statusu ilə bağlı məsələlər müzakirə edilib.
Onlar problemin "birbaşa və sülh danışıqları" vasitəsilə həllinə daha çox üstünlük veriblər, nəinki güc tətbiq edilməsi üsullarına əl atılmasına. Bu barədə V.Kalyujnının katibliyinin rəhbəri Sergey Averçenko bildirib. Tərəflər bir daha təsdiq ediblər ki, Xəzərin yeni hüquqi statusu müəyyənləşənədək 1921-ci və 1940-cı illərdə imzalanmış Sovet-İran müqavilələri qüvvədə qalacaq. Diplomatlar yekdil fikir irəli sürüblər ki, Xəzərin ehtiyatlarından rasional və ədalətli istifadə edilməsi üçün Xəzər qarşılıqlı anlaşma dənizi olmalıdır.
|
|
| | |