Ana sehife

ULDUZ FALI  
(9-10 Avqust)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Sıx işgüzar əlaqələr yaranacaq. Bu əlaqələr uzaq yerlə bağlıdır. Bəlkə də xarici şirkətlərin birilə müqavilə bağladınız. Nəzərə alın ki, sizə çoxlu və`d verə bilərlər. Ancaq bu və`dlərin real nəticəsini görmək elə də asan başa gəlməyəcək. Gücünüz çoxalmağa doğru gedir. Bütün işlərdə ciddiyyətiniz maneələri aşmaqda yardımçınız olacaq. Məqsədinizi aydın bilib ona doğru inamla gedin. İmkanlarınızdan istifadə etmək üçün gözəl şərait yarancaq.

Buğa
[21 aprel - 20 may]

Taurus Vəzifənizlə bağlı işləri görüb qurtaracaq, gələcək fəaliyyətinizi daha da yaxşılaşdırmağın bünövrəsini qoyacaqsınız. İşgüzarlıq qabiliyyətiniz və dözümünüz nəzərdə tutduqlarınızı həyata keçirməkdə yardımçınız olacaq. Yaxın adamlarla, iş yoldaşları ilə münasibət aydınlaşdırmaqdan uzaq olun. Vaxt gələcək, bütün işləriniz öz yoluna düşəcək. Zəifliyinizə təslim olmayın. Səhhətinizin qayğısına qalın.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Qanunun tələblərinə ciddi riayət etməklə işgüzar əlaqələrinizi genişləndirməlisiniz. Gələcək həyat yoldaşınızla nəqliyyatda tanış olmaq şansınız var. Daxili azadlığınıza çatacaq, ruhi tarazlıq yaradacaqsınız. Ehtiras və nəfsinizlə mübarizə aparmağı bacarın. Həyati gücünüzün çoxluğu qarşıdakı ən çətin işləri belə görüb qurtarmaqda sizə köməkçi olacaq. Hökm vermək, qəzəblənmək qarşınıza çətinliklər çıxaracaq.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer İşə ciddi baş qoşmağınız sizin bir sıra problemlərinizi həll etməklə bərabər maliyyə məsələlərini də yoluna qoyacaq. Sizə maraqlı iş təklifləri edə bilərlər. Yaxşı əməkhaqqı ilə işləmək heç də pis olmazdı. Həddən artıq e`tibarlı olmağın əziyyətini çəkəcəksiniz. İşdəki və ailədəki vəziyyət sizi daha dəqiq və rəsmi olub ciddiyyətlə işə başlamağa yönəldəcək. Ovqatınızın tez-tez dəyişməsi, qapalılığınız və qıcıqlara kəskin reaksiyanız daxili gərginliyinizi çoxaldacaq.

Şir
[23 iyul - 23 abqust]

Leo Elə bir şahanə şərait yarancaq ki, özünüzü, gücünüzü göstərə biləcəksiniz. Vəziyyətdən çıxış edərək, hər hansı işdə böyük uğurlar qazanacaqsınız, götürdüyünüz öhdəliyi yerinə yetirəcəksiniz. Uşaqlar sizi sevindirəcək. Gücünüzə inam, arxanızca adamları aparmaq bacarığı vəziyyətin ağası olmağınızı tə`min edəcək. Gözəl arzularınızı həyata keçirə bilmək üçün yaxşı fürsətdən istifadə edin. Məs`uliyyətinizə, işgüzarlığınıza görə sizi tə`rifləyəcəklər. Rəhbərlik sizdən razı qalacaq.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Yaradıcılıq gücünüz çoxalacaq. Ovqatınız yüksələcək. Bə’ziləri yaşayış yerini dəyişəcək. Həyat yoldaşı ilə əlaqədar və ya işinizi dəyişmək səbəbindən bu yerdəyişmə mümkündür. İstirahəti müalicə ilə birləşdirin. Daxili sərbəstliyinizə qovuşacaqsınız. Ehtiraslarınızı nizamlamağı bacarın. Həyati gücünüz çoxalmağa doğru gedir. Şəxsi həyatınızdakı xoş dəyişikliklərə hazır olun.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Sözükeçən adamlarla ünsiyyətə can atın. İstədiyiniz mə`lumatları onlardan alacaqsınız. Gələcək fəaliyyətinizdəki uğurlar bundan çox asılıdır. Sevgi münasibətlərində daha yüksək səviyyəyə çatmaq mümkündür. Uğurlu günlərin imkanlarından istifadə edin. Bütün təşkilatçılıq bacarığınızı səfərbər etməlisiniz. Vəziyyətə uyğunlaşmağı bacarın. İşlərdə dözümlü olub, bütün problemlərə yaradıcı yanaşın.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Fikrinizi bir yerə cəm etmək, təcrübənizdən məqamına uyğun yerində istifadə etmək bacarığınız hansı əsas işlə məşğul olmağı tapmaqda yardımçınız olacaq. Ovqatın tə`sirilə düşüncəsiz və`dlər verməkdən çəkinin. Sonra onları yerinə yetirməkdə çətinlik çəkərsiniz. Ucadan danışmadan, səs-küy salmadan, diqqət yönəltmədən, imkan daxilində ehtiyacı olanlara kömək edin. Məqamında olunan yaxşılıq sonra sizin özünüzə artıqlaması ilə qayıdacaq.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Bir sıra işlərinizdə uğur qazanacaqsınız. Tələbə adı qazanmaq, idman, yaradıcılıq, reklam sahəsində fərqləncəksiniz. Hansı idarələrlə işiniz olacaqsa, çox yüksək səviyyədə həll edib qurtaracaqsınız. Xarici səfərlər və səyahətlər də maraqlı keçəcək. Sənədlərlə işdən narazı qalmayacaqsınız. Müdiriyyətə işgüzar təkliflərlə müraciət etsəniz, nəticəsiz qalmayacaq. Həyati qüvvəniz çoxdur, bu da sizə hər hansı işlə məşğul olmağa imkan verəcək.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn İdarələrlə əlaqələriniz yaxşı alınacaq. Öhdənizə düşən çox çətin, şərəfli və hamıya açmayacağınız işi görmək üçün bundan yaxşı fürsət ola bilməz. Kəbinlə bağlı problemləri yüksək səviyyədə həll edəcəksiniz. Hər şeyi qabaqcadan görmək qabiliyyətiniz çoxalacaq. Sevgilinizi dəyərincə qiymətləndirsəniz, sizə sevinc gətərəcək. Öz gücünüzə inamınız artacaq. Çalışın sizi olduğunuz kimi qəbul etsinlər, adamlara qaynayıb-qarışın.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Özünüzü toplayıb ciddi şəkildə işləsəniz, daha çox uğur qazanarsınız. Tələskənlik, pintilik etsəniz, özünüz öz işinizi ləngidəcəksiniz. Yoldaş, həmfikir kimi dözümünüz sınağa çəkiləcək. Ruhi yüksəkliklə fərqlənəcəksiniz. Lazımsız ünsiyyətlərdən, ağır nəticələrə gətirə biləcək münasibətlərdən ağıllıcasına, sizə zərər vermədən uzaqlaşmağı bacarın. Bunu sevinclə yaşayın.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Vəziyyətin uğurlu olması ən çətin işlərinizi də həyata keçirmək üçün şərait yaradacaq. Əgər işə girmək istəyirsinizsə, tələsin. Fərdiyyətçiliklə məşğul olub öz işinizi qurursunuzsa, buyurun, işə başlayın. Bürokratik maneələri aşa bilmirdinizsə, indi bunu etmək asanlaşıb, istəyirsinizsə, yoxlayın. İşgüzar səfərlər uğur gətirəcək. ÿ



 
Copyright © by Media LTD,2001 E-mail:webmaster@media-az.com