Ana sehife

ULDUZ FALI  
(11-13 Avqust)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Sınaq müddətiniz qurtarmayıb. Ən asan məsələləri də həll edərkən çoxlu enerji itirib qarşıdakı maneələri aşırsız. Vəzifələri icra etmək günü-gündən çətinlik yaradır. Problemləri həll etmək mümkündür. Gərək açarını tapasınız. Xoş xəbər eşidəcəksiz. Romantik macəralarınız mümkündür. Gözləmədiyiniz adamlar sizi müdafiəyə qalxacaqlar. Ailə üzvlərilə ünsiyyəti dəyişməyiniz məsləhətdir, daha da səmimi olun.

Buğa
[21 aprel - 20 may]

Taurus Yarımçıq qoyduğunuz işlər, xoşlamadığınız xəbərlər sizi narahat edəcək, istirahətinizi pozacaq. Daxili tarazlığınızı mühafizə etmək üçün səfərlər və gəzintilər məsləhətdir. İstirahət günlərini evdən kənarda keçirməyiniz yaxşıdır. Ailə üzvlərilə münasibətdə bir-birinə anlaşıqlı ünsiyyət yaranacaq. Məişət çətinlikləri qarşıya çıxacaq. Bahalı alqılardan imtina edin.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Səhhətinizə zərər dəyə bilər. Ailədə tarazlığı poza biləcək xəbərlər eşitməyiniz mümkündür. Həddən artıq azad görünməyə çalışmayın. Əhəmiyyətsiz məsələlərdə öz sözünüzün üstündə möhkəm durub israr etməyə heç bir lüzum yoxdur. İstirahət günlərini gəzməyə çıxsanız yaxşıdır. Gücünüzün çoxalmasını hiss edəcəksiz. Ən çətin vəziyyətlərdən çıxıb vəziyyəti xeyrinizə düzəldəcəksiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Fikirləriniz sizə rahatlıq vermir. Yaxın adamların fiziki durumu, özünüzün maliyyə imkanınız böyük fədakarlıqlar etməyə imkan vermir. İmkan daxilində evdən kənarda istirahət etməyə cəhd edin. Qabaqcadan hissetmə qabiliyyətiniz çoxalacaq. Hisslərinizin qabarması vəzifə məsələlərində və ailə daxilində problemlərinizi çətinləşdirəcək. Yaxın adamlarla ünsiyyət asan alınmayacaq. İnformasiya və maliyyə mübadiləsi baş verəcək.

Şir
[23 iyul - 23 abqust]

Leo Yeni sınaq müddəti gəlir. Hər hansı xırda işdə sizdən böyük ciddi-cəhd tələb edir. Adi işlərinizə, gündəlik çalışmalarınıza yeni, qeyri-ən`ənəvi yanaşma yolları tələb olunur. Xəyanətlə üzləşəcəksiz. Ürək dostunuza qarşı marağınız azalacaq. İrəlidə sizi rahatlıq gözləyir. Vəziyyətin kəskin şəkildə dəyişməsi sizi hadisələrə başqa cür yanaşmağa sövq edəcək. Həyatınızda əhəmiyyətli dəyişikliklər olacaq. Yaxın adamla ünsiyyətin yeni formasını tapmalısız, ya da əlaqələri tamam kəsməlisiz.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Fərdiyyətçiliyinizlə, mənəmliyinizlə çarpışacaqsız. Yaxın adamlarla ailəvi münasibətləri saxlayın. Qonaq gedin, qəbul edin. Romantik hisslərlə yaşayacaqsız. Alqılarınızdan narazı qalmayacaqsız. Gücünüz lap çoxalacaq. Hansı işdən yapışsanız, sona yetirəcəksiz. Ən qəliz və dolaşıq vəziyyətlərdən xeyrinizə istifadə edərək çıxa biləcəksiniz.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Daxili azadlığınızı qazanmaq üçün zəhmətiniz boş getməyəcək. Həyati gücünüz yüksəkdir. Bacardığınız bütün işlərdə uğurunuz olacaq. Qəzəbli görünməyin, bu sizin gözəlliyinizi və tə`sir qüvvənizi azaldar. Rəhbərlik etmək arzusu, hökm vermək istəyi sizi narahat edəcək. Zəifliyinizin əsiri olmayın. Ən yaxın adamlarla münasibət aydınlaşdırılmasına qalxmayın. Baş verən hadisələrə ayıq qiymət verin.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Məscidə gedin, tövbə edin. Həyatda öz yerinizi tapın. Gücünüzü faydalı işlərə yönəldin. Özünüzə tənqidi nəzərlə yanaşın. Təkliyə qapılıb düşünün. Gücünüz çatmayan iş yoxdur, dağınıqlığınız asan işləri çətinləşdirir. Bə`zən gözləmə mövqeyində durmalısız. Kəsilmiş münasibətləri bərpa etməklə lirik hisslərlə yaşayın. Özgələrinə açılmayan sirlərinizi kəşf edən adamla ünsiyyətiniz olacaq. Onun diqqəti və iştirakı sizi şübhələrdən qurtaracaqsız.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Gərgin vaxtlarınızdır. Boş yerə gümanda olmayın. Hər hansı işi yoluna qoymaq üçün çox çalışmalısınız. Çox vaxt gözlədiyiniz nəticəni almaq çətinləşir. Gözləmədiyiniz xəbər daxili sabitliyinizi pozacaq. Ailədəki rahatlığı müvəqqəti itirəcəksiz. Qadınlar yeni məhəbbət macərası yaşayacaqlar. Alqılar üçün cəhd etməyin, sonra peşmançılıq çəkəcəksiz.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Özünüzə inamınız çox yüksəkdir. Çox iş görə biləcəksiz. Bədxərclik etməyin, əlinizə düşəni qara günə saxlayın. Yaxın həftələr üçün fəaliyyət planlarınızı tə`yin edin. Öncəgörmə qabiliyyətiniz çoxalacaq. Hisslərinizin çoxalmasını nəzarətdə saxlayın. Ürəkaçıqlıqla bağışlamağı və sevməyi öyrənin. Qəti qərarlar verməkdən çəkinin, yoxsa itirdiyinizin xiffətini çəkəcəksiz.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Uğurlu günlərdir. Sizə lazım olanları sanki görən, bilən var, o dəqiqə göndərirlər. Uşaqlarla ünsiyyətdə gənc nəsil sizi başa düşməyə bilər. Müdriklik göstərib münaqişəni dərinləşdirməyin. Yaradıcılıq gücünüz çoxalacaq. Yeni tanışlıq sizin dünya görüşünüzə tə`sirsiz keçməyəcək. Yaradıcılıq uğurlarınız olacaq. Spirtli içkilər qəbul etməyi tövbə etməlisiniz. Böyük uğurlardan söz ola bilər.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Aldanışlar, illüziyalar əhatəsindəsiniz. Həddən artıq e`tibar etməniz, sizi asılı vəziyyətə sala bilər. Vəzifə problemləri və ailədaxili vəziyyətdə əks olunan uğursuzluğunuzu ağlınızın köməyilə zərərsizləşdirə bilərsiz. Ciddi sınaqlar baş verəcək. İmtahandan yaxşı çıxacaqsız. Hər hansı bir iş sizdən gərgin ciddi-cəhd tələb edəcək. Bədbinlik, əzginlik səbəbsiz olmayacaq. Borclarınızı qaytaracaqsız.



 
Copyright © by Media LTD,2001 E-mail:webmaster@media-az.com