Firqələrdə
|
Cahandar Bayoğlu: "O, səfirin müşaviri ilə tez-tez görüşür"
|
|
Sağlamlığ
|
Adamların bə’zi xəstəliklərə meylliyi onların yazı xəttinə əsasən müəyyənləşdirilir |
|
İş günü
|
Azad İstehlakçılar Birliyi lotereya
alıcılarının tez-tez aldadıldığını bildirir
|
|
Əyləncə
|
Firudin Qurbansoydan ulduz falı |
|
İdman
|
2001/2002-ci il mövsümü fərqli sistemlə keçiriləcək
|
|
Şou xəbərlər
|
O verdiyi sözə naxələf çıxdı
|
|
| Xəbərlər |
Zəlzələ ocağı sönüb
İctimaiyyət arasında və KİV-də avqust ayında respublika ərazisində seysmoloji durumun gərginləşəcəyi barədə xəbərlər səngimək bilmir. Hətta bə`zi mətbuat orqanlarında avqustun 8-də respublikada güclü zəlzələ olacağı da bildirilirdi.
Ölkədəki seysmoloji durumla bağlı Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət etdik. Mərkəzin baş direktor müavini Qurban Yetirmişli deyilən vaxtdan 5 gün keçməsinə baxmayaraq, ölkə ərazisində heç bir yeraltı təkanın qeydə alınmadığını bildirdi. "Zəlzələ olacağını öncədən dəqiqləşdirmək qeyri-mümkün olduğu üçün bu kimi yanlış mülahizələrə əsas yoxdur. Belə ki, indiyədək apardığımız müşahidələr bir daha göstərdi ki respublikada dağıdıcı zəlzələ gözlənilmir". Ötən il Xəzər dənizində baş verən zəlzələnin episentrində hərdən xırda təkanların baş verdiyini deyən Q.Yetirmişli artıq bu ocağın söndüyünü söylədi.
|
"E`timad"ın cinayət faktoru var...
Dünən Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəyevin sədrliyilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) "E`timad" qəzetinə qarşı iddiasına baxılıb.
İddiaçının nümayəndəsi Səməd Həsənovun sözlərinə görə, QMİ qəzetin bağlanmasını və baş redaktor E`tibar Mansuroğluna qarşı CM-in 148-ci maddəsilə (təhqir) cinayət işi qaldırılmasını tələb edir. İddiaya səbəb qəzetin 28 iyul-3 avqust sayında "İsa Qəmbər və üç erməni" başlıqlı yazının dərcidir. Müəllifi göstərilməyən həmin yazıda QMİ rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin ünvanına təhqiramiz fikirlər səslənib. Hakim Ağamirzəyevin sözlərinə görə, iddiada həm mülki, həm də cinayət faktoru var. Buna görə də onun fikrincə, qəzetin baş redaktoru E.Mansuroğluna qarşı cinayət işi ayrı-ayrı icraatlarla aparılmalıdır. Lakin cavabdeh vəkillə müvafiq müqavilə bağlamadığı üçün məhkəmə yığıncağı avqustun 15-i saat 11.00-a keçirilib.
|
| |
| |
|
| |