Əqrəb [24oktyabr - 22
noyabr]
Maliyyə vəziyyətiniz yaxşılaşacaq. Sizi layiq olduğunuz kimi qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər. Təklifləriniz diqqətdən kənarda qalmayacaq. Sənədlərlə işləyərkən diqqətli olun, dumanlı hesab etdiyiniz mətləbi aydın görməsəniz, imzalamayın. Evdə sizin təravətinizə möhtacdırlar. İşin çoxluğundan yorulacaqsınız. Bəd şeylər fikirləşməyin, rahatlaşın. Spirtli içkilərdən uzaq olun.
Oxatan [23 noyabr - 21
dekabr]
Həyatınızda ciddi dəyişiklik əmələ gələ bilər. Rəqibinizin hədəfinə tuş gəlmək ehtimalı var. Yoldaşınızın ovqatına uyğun dəyişməyi bacarsanız, zərərini görəcəksiniz. Ciddi məişət məsələlərilə məşğul olacaqsınız. Həyati qüvvəniz o qədər də çox deyil. Ona görə də nəyə qadir olduğunuzu göstərə bilmirsiniz. Baş verən hadisələri istəyinizə uyğun dəyişmək üçün ayıq-sayıq durub, məqamında ağıllı söz və hərəkətlə hadisəyə müdaxilə etməlisiniz.
Oğlaq [22 dekabr - 20
yanvar]
Yeniliklərə meyllisiniz. Yeni işlərə baş qoşacaqsınız. İnsanlarla yeni münasibətlər quracaqsınız. Uzunmüddətli planlar tərtib edib işə başlayın. Görüşlərə gedin. Hətta risqlər tələb edən işlərə başlasanız belə, uğur qazanacaqsız. İctimai vəziyyətinizi dəyişmək ehtimalı var. Hisslərinizi və ağlınızı tarazlaşdırıb yoldaşınızla necə rəftar edəcəyinizi müəyyənləşdirin.
Dolça [21 yanvar - 20
fevral]
Ehtiyatlı olmalısınız. Risq etməyin. Kəsici alətlər və elektrik cihazları ilə işləməsəniz yaxşıdır. Xoşagəlməz xəbər daxili tarazlığınızı və ailədəki münasibətləri korlaya bilər. Fərdi münasibətinizi bildirərkən kəskin ifadələr söyləməkdən çəkinin. Sözünüzün üstündə israr etməyin. Uşaqlarınızın səhhətinə qayğı göstərin. Nəfsinizə qalib gəlməyi bacarın. Gücünüzü bir yerə toplasanız, qarşınıza çıxacaq hər cür maneəni dəf edərsiniz.
Balıqlar [21 fevral - 20
mart]
Maliyyə problemləri sizi rahat qoymayacaq. Elə qərar qəbul etməyin ki, sonradan peşmançılığını çəkəsiniz. Ən yaxın adamlarla ünsiyyətdə olun. Özünüzü soyuğa verməyin, bu, sonradan fəsadlar törədən xəstəliyə çevrilər. Vəzifə borclarınıza diqqətlə yanaşın, qulaqardına vurmayın, yoxsa nəticəsi xeyrinizə olmaz. Şübhələriniz dağılıb gedəcək. Ən çətin və dolaşıq məsələlərdən şərəflə çıxmağı bacaracaqsınız.
| | | | |