|
|
|
|
#89(313)
|
 |
Ötən gün "Zuğulba" dəniz klubunda yerləşən "Anadolu" restoranında möhtəşəm bir tədbir keçirildi. Sözügedən tədbirdə müğənni Elmira Ələkbərzadə, "Rast" qrupunun solisti Sevda Ələkbərzadə, "Gürcü qızı" Manana Caparidze və "Bakılı balası" Eyyub Yaqubov iştirak edirdi. Xatırladaq ki, tədbirin informasiya dəstəyi "Bizim ƏSR", "Naş VEK", "Our CENTURÜ" qəzetlərinə, "Lider 107-FM" radiosuna, eksklüziv çəkiliş hüququ isə "Lider" TV-yə məxsus idi.
Konsert axşam saat 9-da başlamalı olsa da, müəyyən səbəblərə görə düz bir saat gecikdi. Saat 10-da başlayan mərasim, düz gecə yarıya qədər, yə`ni saat 1-ə qədər davam etdi. Əvvəlcə səhnəyə Elmira Ələkbərzadə çıxdı. Öz repertuarında bir-iki mahnı ifa edib, qoşuldu qonaqlara. Səhnəyə ikinci təşrif buyuran isə onun kiçik bacısı Sevda oldu. "Rast" qrupunun üzvü olmasına baxmayaraq, dəniz kənarına o, tək gəlmişdi. Mahnılara bir az ara verdikdən sonra, seyrçilər Manananı alqış sədaları ilə qarşıladılar. Onun da səhnədə oxumağı uzun çəkmədi. Eşitdiyiniz şən mahnılarından bir neçəsini ifa edib səhnədən uzaqlaşdı.
Lap sonda isə Eyyub Yaqubov gəldi. Onun gəlişi qonaqlar arasında canlanma yaratdı. Eyyub əvvəlcə çoxdan bəri klip çəkdirmək istədiyi, lakin sponsor yoxluğundan reallaşdıra bilmədiyi "başı bəlalı", həzin "Küləklər" mahnısını ifa etdi. Onun arxasınca isə ən populyar mahnılarından biri olan, vaxtı ilə Əlibaba Məmmədovun oxuduğu "Yaşa məhəbbətim"i yeni oranjimanda səsləndirdi. Sonra isə "Azəri torpağı", "Bakı", "Samolyot Baku-Moskva", "Qarabala", "Papa-papa", "Ana", "Söylə" və başqa mahnılar sıralandı.
Onu da nəzərinizə çatdıraq ki, Akif İslamzadə, Yaşar Nuri və bir sıra başqa tanınmış adamlar da tədbirdə qonaq kimi iştirak edirdilər.
Bir yay gecəsinin konserti də belə başa çatdı.
Məşhur Xulio İqlessiasın oğlu Enriki İqlessias söz vermişdi ki, yeni ildə Rusiyada böyük konsert proqramı ilə çıxış edəcək. Ancaq ilin əvvəllərində ABŞ-dakı verdiyi konserti ona sözünə əməl eləməyə imkan vermədi.
Yaxın zamanlarda müğənninin yeni albomu işıq üzü görəcək. Ancaq albom da Enrikinin ABŞ-a qısa turnesindən sonra hazır olacaq. Deməli, o, Amerikada konsert verməyi hər şeydən üstün sayır. Güman olunur ki, albom yazdırmaq elə də uzun çəkməyəcək. Hətta yayın sonu, payızın əvvəllərində albomun artıq satışda olacağını deyənlər də var. Hazırda isə Xulio İqlessiasın davamçısı "Enrique" adlı albomunun sonuncu sinqlı olan "Sad Eyes" mahnısının son ştrixlərini edir. Yeni kompozisiyaları isə albom çıxandan sonra yazdıracaq.
|