Əqrəb [24oktyabr - 22
noyabr]
Təzadlı məqamlar yaşayırsınız. Yaradıcılıq və fərdi keyfiyyətlərinizin açılması üçün hər bir şərait var, ancaq səhv etsəniz, onların hamısı əleyhinizə yönələcək. Əgər vaxtınızı və enerjinizi düzgün uyğunlaşdıra bilsəniz, sizi uğurlar gözləyir, bacarmasanız, çox şey itirəcəksiniz. Bacardıqca çox aktiv olun. Həyatsevərliyiniz və çalışqanlığınız qarşınızdakı maneələri dəf etməkdə yardımçınız olacaq. Pulunuzu ağılla xərcləyin. Maddi durumunuzu yaxşılaşdıracaqsınız.
Oxatan [23 noyabr - 21
dekabr]
Bəlkə də işgüzar e`zamiyyətə getdiniz. Bu səfərdən elə də böyük nəticələr gözləməyin. Ehtiyatlı olun, münaqişə vəziyyəti yarana bilər. Bu münasibətlər o qədər də tanış olmadığınız adamlarla daha tez baş verər. Yeni tanışlıq məsləhət deyil. Yeməyinizə diqqət ayırın. Eşidib dəqiqləşdirmədiyiniz sözləri təkrar etməyin. Həssaslığınız və yaradıcılıq gücünüz çoxalacaq. Ünsiyyətlərdə ancaq ağlınıza arxalanın.
Oğlaq [22 dekabr - 20
yanvar]
İşgüzar təkliflərlə müdiriyyətə müraciət etsəniz, qəbul edərlər. Bə`zən sizə iş prosesinin özü elə xoş gəlir ki, nəticə barədə heç düşünmürsünüz. Hər halda vaxtınızı və gücünüzü real nəticələri olan işə sərf edin. İş yoldaşları ilə münasibətlər gərginləşə bilər. İmkanları düzgün qiymətləndirib, baş verən hadisələrə real qiymət verməklə uğur qazanmaq olar.
Dolça [21 yanvar - 20
fevral]
Evdə və işdə rahatlığınız pozulub. Həqiqəti düzgün qiymətləndirib hərəkətlərinizi onunla nizamlayın. Boş yerə gücünüzü dağıtmayın. Kommersiya işlərində aktivlik göstərməyin. Nə qədər çalışsanız da, maneələrin hamısını aşıb keçmək mümkün deyil. Ətrafdakılarla münaqişəyə girməyin. Fikirlərinizi zorla yeritmək vərdişindən çəkinin. Səhhətinizdən muğayat olun, ruhunuzu qoruyun.
Balıqlar [21 fevral - 20
mart]
Elə hadisələr baş verəcək ki, şəxsi planlarınızı unudub, özünüzü işlərinizə sərf edəcəksiniz. Sizə elə gələcək ki, hamı əleyhinizədir və sizin şəxsi işlərinizə qarışır. Əlinizdən azadlığınızı alırlar. Əslində, belə deyil, sadəcə, əsəblərinizi qaydaya salmalısınız. İmkanınız varsa, yaxın qohumlara baş çəkin. Ruhi, əqli və fiziki gücünüzü toplayıb birgə istifadə edin.
| | | | |