Müsahib

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 
"Arifoğlu mövzusuna embarqo qoydum"
Arif Hacıyev: "Səfərlərin birində "Rauf Arifoğlu Müsavat başqanı olsun" şüarının nə məsələ olduğunu araşdırmaq lazımdır"

"Yeni Müsavat" qəzetinin keçmiş baş redaktoru Rauf Arifoğlunun "Bizim ƏSR"ə "bəli, Arif Hacıyevə embarqo qoyulub" deməsi partiyada vəziyyəti yenidən gərginləşdirib. Müsavat başqanının iki müavini - Arifoğlu ilə Hacıyev arasında problemin tarixçəsi köhnə olsa da, yeni münasibətlər ortaya çıxıb.
Arif Hacıyev isə hələ də klassik ampluasındadır. Suallara maksimum yumşaq cavab verir, ÿgünbəgün gərginləşməkdə olan münasibətləri kəskinləşdirmək istəmir. Səbəbini soruşduq və gözləmədiyimiz orijinal cavablar aldıq. Öyrəndik ki, bir gün əvvəl İsa Qəmbər mə`lum insidentlə bağlı onu - Arif Hacıyevi otağına çağırıb. Bir neçə saatlıq söhbətdən sonra belə qərara gəlinib ki, Rauf Arifoğlu mövzusuna müəyyən müddətə embarqo qoyulsun:

- Ümumiyyətlə, Rauf Arifoğlunun mənim və partiya rəbərliyinin apardığı siyasi xəttlə bağlı tənqidi qeydlərinə müəyyən məqamlarda cavab vermişəm. Dünən (srağagün - V.A.) Müsavat başqanı İsa Qəmbərlə bu mövzuda kifayət qədər geniş söhbətimiz oldu. İsa Qəmbər mənə bildirdi ki, Azərbaycan cəmiyyəti ciddi siyasi proseslərin başlanğıcı ərəfəsindədir. Ona görə də mənə tapşırdı ki, daha ciddi işlərlə məşğul olmaq və Rauf Arifoğlu ilə bağlı məsələləri mətbuata çıxarmamaq lazımdır. Ona görə də, bundan sonra Rauf Arifoğlu ilə bağlı məsələlərə münasibət bildirməyəcəm. Bu barədə əvvəlki mövqeyimdə qalmaqla həmin məsələlərlə bağlı Rauf Arifoğlu mövzusuna İsa Qəmbərin tapşırığı ilə embarqo qoyuram.
Belə çıxır ki, İsa
Qəmbər bu məsələdə Rauf Arifoğlunun tərəfindədir, onu dəstəkələyir.

- Qətiyyən belə deyil. Mənim dediklərimdən konkret olaraq belə bir nəticəyə gəlmək düzgün deyil.
Rauf Arifoğlu Sizin
barənizdə "o ancaq partiyadaxili məsələlər barədə açıqlamalar verir" deyir. Və sözlərindən belə çıxır ki, redaksiyanın qapısını döyüb "filan müavinlə bağlı açıqlama vermək istəyirəm" deyirsiniz.

- (Sual deyəsən, ürəyindən olur. Gülümsünüb söhbətinə dava edir - V.A.) Mənə belə gəlir ki, bu məsələlərin mahiyyətini araşdırmaqdan ötrü heç mənə sual vermədən də mətbuatda gedən yazıların özünün ardıcıllığını izləməklə həm ciddi, həm də məntiqli, real nəticələrə gəlmək mümkündür.
Maraqlıdır ki, seçki
ərəfəsində Siz "partiyadaxili məsələlərə məhdudiyyət qoymaq lazımdır" deyəndə Rauf Arifoğlu indiki mövqeyindən fərqli olaraq bunu demokratiyanın boğulması kimi qiymətləndirmişdi.

- Təkcə onu deyə bilərəm ki, həmin dövrdə biz Müsavat Partiyasının təbliğat işini kifayət qədər yaxşı qurduq və bu, öz nəticələrini göstərdi.
Heç aydınlaşdırmamısınız,
Sizə qarşı təzyiqlər konkret Rauf Arifoğludan, yoxsa İsa Qəmbərdən gəlir...

- Açığını deyim ki, partiya daxilində bizim opponentlərimizin arzu etdiyi ziddiyyətlər mövcud deyil. Sadəcə olaraq, qurultay ərəfəsində müəyyən fiqurların öz adamlarını Müsavat rəhbərliyində görmək arzuları özünü qabarıq şəkildə büruzə verdi. Təəssüflər olsun ki, bə`zi xoşagəlməz nüanslara da rast gəldik. Bə`zi şəxslər seçki vaxtı siyahılar payladılar, arzuolunmaz təbliğat metodlarından istifadə edildi.
Son günlər Rauf
Arifoğlu partiyanın təbliğatı ilə bağlı rayonlara çıxır. Halbuki, təşkilat məsələləri üzrə müavin kimi, səfərlərə Siz də çıxmalısınız. Bəlkə bu sahə artıq Arifoğlunun monopoliyasına salınıb...

- Mən belə deməzdim. Təşkilat müavinliyinin səlahiyyətlərinin kimlərsə tərəfindən mənimsənildiyinə gəlincə, mən bu fikirlə razılaşmıram.
Axı kənardan elə
görünür ki, bu, Müsavat Partiyasının yox, konkret Rauf Arifoğlunun şəxsi təbliğat kampaniyasıdır.

- Bu fikirlərin heç birini mütləq kimi qəbul etmək də düzgün olmaz. Açığı, sizin qoyduğunuz sual mübahisəli məsələdir. Burda müxtəlif fikirlər səsləndirmək olar. Amma bir məsələ də var ki, Rauf Arifoğlu Müsavat başqanının müavinidirsə, onun təbliğatı da dolayısı ilə partiyanın təbliğatıdır.
Səfərlərin birində
"Müsavat Partiyasının başqanı Rauf Arifoğlu olsun" şüarı qaldırılmışdı. Hətta mə`lumatlar var ki, bu, Rauf Arifoğlunun öz təşəbbüsü ilə hazırlanıb.

- Mənə belə gəlir ki, həmin məsələdən Rauf Ariğolunun xəbəri olmayıb. Ən azından ona görə ki, bu cür şüarların ortaya çıxması elə birinci növbədə Rauf Arifoğlunun özünün ziyanına işlədi. Öz ziyanına olan məsələni yəqin ki, Rauf bəy təşkil etməzdi. Məncə, həmin məsələnin nə olduğunu kökündən araşdırmaq lazımdır.
Onu da unutmuş
olmazsınız ki, müəyyən məqamlarda Rauf Arifoğlu hətta Müsavat Partiyası başqanlığına qədər iddialarını ortaya qoyub.

- İsa Qəmbərin tapşırığı ilə bu mövzuda olan suallara cavab verməyəcəm.
Bəs embarqo nə vaxta
qədər davam edəcək?

- Biz Müsavat başqanının fikirlərinə və tapşırıqlarına hörmət etməliyik. Nə qədər ki, bu istiqamətdə İsa Qəmbərin tapşırığında dəyişiklik baş verməyəcək, sözsüz ki, embarqo da davam edəcək.
"Yeni Müsavat"çıların
qoyduğu embarqo və sizin ən yaxın adamlarınızdan hesab edilən Qubad İbadoğlunun "vurularaq" namizədliyinin müavin postuna təkrar irəli sürülməməsi ondan xəbər vermir ki, Arif Hacıyevin mövqelərinin sıxışdırılmasına rəhbərlik səviyəsində sifariş verilib...

- Qubad İbadoğlu partiyada öz möqeyi olan şəxslərdən biridir. Ona görə də mənə belə gəlir ki, onun adının mənimlə bağlanması düzgün deyil. Qubad bəylə kifayət qədər isti münasibətlərimizin olmasına baxmayaraq, bu cür yanaşmanı doğru hesab etmirəm. O, partiyanın aparıcı fiqurlarından biridir. Parlament seçkisi ərəfəsində keçirilən praymeriz seçki də bir daha sübut etdi ki, o, partiyanın ən sevimli liderlərindən biridir. Xatırlayırsınızsa, proporsional siyahıda 5-ci yeri tutmuşdu. Təbliğatını bir qədər də yaxşı qursaydı, 4-cü yeri belə, tuta bilərdi.
Bəs partiyada belə bir
nüfuzu var idisə, gözlənilənlərin əksinə olaraq niyə müavin seçilmədi?
- Açığı, bu məsələləri şərh edə bilmərəm. Çünki hələ də bilmirəm ki, Qubad İbadoğlunun müavin olmaq arzuzu olub, ya yox.
Mətbuatda bildirib, bizə
verdiyi müsahibəsində də açıq-aşkar öz iddialırını büruzə verib...

- Bu barədə mətbuatda onun müəyyən fikirləri dərc edilib. Amma belə bir mə`lumatım da var ki, o mə`lumatların çoxunda müəyyən təhriflərə yol verilib. Qubad bəy imkanlarını həyata keçirmək üçün kifayət qədər geniş rıçıqlara malikdir. Çünki müavin seçilməsə də, partiyada faktiki olaraq iqtisadi sektora o rəhbərlik edir. Demkonqresin komissiya sədri kimi onun öz iddialarını ortaya qoymaq şansları da kifayət qədər genişdir. Hesab edirəm ki, perspektivdə Qubad İbadoğlu Müsavat Partiyası rəhbərlərindən biri kimi fəaliyyət göstərəcək.
Yeri gəlmişkən, belə
bir mə`lumat da var ki, Müsavatda daha iki müavin postu tə`sis ediləcək...

- Həmin fikri mən də eşitmişəm. Hətta bildirilir ki, həmin posta Qubad İbadoğlu və İlham İsmayıl tə`yin ediləcək. İlham İsmayılla bağlı belə bir fikir də səslənir ki, guya o, təhlükəsizlik məsələləri üzrə müavin seçiləcək. Yüzdə-yüz əminəm ki, İlham İsmayıl Müsavat başqanının müavini olacaqsa, təhlükəsizlik məsələlərinə baxmayacaq. Çünki partiyada təhlükəsizlik məsələləri ilə bağlı müavin postunun yaradılması məqsədəuyğun sayılmır.
Belə çıxır ki, iki müavin
postu həqiqətən də yaradılacaq.

- Mənim bildiyimə görə, hələ ki, yeni müavin postlarının yaradılması ilə bağlı partiyada müzakirələr getmir.
Sizin sıxışdırılmağınız,
Qubad İbadoğlunun "vurulması" elə fikir formalaşdırır ki, İsa Qəmbər partiyadakı intellektualları vurur və qaragüruhu irəli çəkir...

- Bilirsiniz, mənə belə gəlir ki, Rauf Arifoğlunun qaragüruh adlandırılması ilə razılaşmaq olmaz. Yalnız qaragüruhun irəli çəkilməsi fikri ilə razılaşmaq olmaz.
Maraqlı məqamlardan
biri də odur ki, Arifoğlu Sizə qarşı bu addımı qəzetin baş redaktoru kimi atır.

- Hamıya yaxşı aydındır ki, qəzetin faktiki sahibi Rauf Arifoğludur.
Sizə elə gəlmir ki, burda
hüquqi baxımdan yanlışlıq var. Rauf Arifoğlu qəzetin üz qabığında baş redaktor kimi təqdim edilir, sonuncu səhifədə isə həmin yerdə "baş redakor əvəzi Qabil Abbasoğlu" sözləri yazılıb.

- Bu, qəzetin öz daxili işidir. Bu sahədə mütəxəssis olmadığıma görə, həmin məsələni şərh edə bilməyəcəm.

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd