Qoç
[21 mart - 20 aprel]
Əgər planlarınızı həyata keçirə bilməmisinizsə, bir işıq ucu görmürsünüzsə də, əsəbləşib ruhdan düşmək yaramaz. Kompromiss variantları və vəziyyətdən çıxış yolları həmişə tapılar, təki başınız ayıq olsun. Çox güman ki, sizi alqışlayacaqlar, işi uğurla başa vurduğunuz üçün mükafatlanacaqsınız. Əgər ruhdan düşməsəniz və paxıllıq etməsəniz, uğurlarınız artacaq. Yaxın adamla fikir ayrılığı, özgələrin rə`yini dinləmək, bədxahların böhtanları evdə rahatlığı pozacaq.
Buğa [21 aprel - 20 may]
Vəziyyət tələb etsə də, bu halda hücuma keçmək yaramaz. Əsəbilikdən, nəfsdən doğan istək səhv nəticələrə gətirib çıxarar. Maliyyə məsələlərilə bağlı uğurlu vaxtlardır. Maddi vəziyyətiniz sabit deyil. Tələblərinizi azaldın. Yaradıcılıq imkanlarınızı çoxaldıb fikir və hisslərinizi dəqiqləşdirin. Ailədaxili rahatlığı gözləyin. Başladığınız işi bitirib yenisinə başlamaq məsləhətdir. Hiss etdikləriniz düz çıxacaq. İşə tətbiq etsəniz, gücünüzdən faydalana biləcəksiniz.
Əkizlər [21 may - 21
iyun]
İstəyirsinizsə hörmətiniz azalmasın, hərəkətlərinizdə və sözlərinizdə həddi bilin. Qanun qarşısında cavabdeh olmamaq üçün ölçünü gözləməyi heç vaxt unutmayın. Risqlər etmək yaramaz. Xoşlamadığınız adamların görüşünə getməyin, bir bəhanə ilə aradan çıxın. İndiki hərəkətlərinizdən maliyyə durumunuzun vəziyyəti çox asılıdır. Əks cinsdən olanla hissi anlaşma yüksək səviyyədə alınacaq. Əlbir işlər xeyrinizə olacaq. Əl-ələ verib çatışmayan işlərinizi görün. Tə`mir, inşaat işlərindən sonra mehribançılıqla bir süfrə arxasında oturmaq xoşdur.
Xərçəng [22 iyun - 22 iyul]
Bədxərclik etməsəniz, pul sarıdan korluq çəkməyəcəksiniz. Borc almaq və ya borc qaytarmağı bu günlər məsləhət görmürük. İşgüzar həssaslığınız çoxalacaq, ürəyinizə damanlara e`tibar edin. Çətin vəziyyətin get-gedə yüngülləşməsi prosesi baş verəcək. Aktivliyinizi azaldıb özünüzü dərk etməyə çalışın. Həyatdan nə istədiyinizi bilin. Hüquq və vəzifələrinizi müəyyənləşdirin. Əlinizə qələm götürüb yazın. Uşaqlarla məşğul olmağınız onlar üçün səadətdir. Hissləriniz fəaliyyətinizin istiqamətvericisi olacaq. Gücünüz çoxalmağa doğru gedəcək.
Şir [23 iyul - 23
abqust]
Çox ciddi sənədləri imzalamağı, bəlkə sonraya saxlayasınız, çünki haradasa səhvlər buraxacaqsınız. Əsəblərinizin tarıma çəkildiyi vaxtdır. Ən gözlənilməz vaxtda qırıla bilər, kələfin ucunu itirərsiniz. Həmişə "lə’nət şeytana" deyin. Sevgi sahəsində sizi xoş anlar gözləyir. Maraqlı işiniz, böyük layihələr sizi çox məşğul edib, hətta evdə də az-az görünürsünüz: səhər çıxıb axşam gec dönürsünüz. Gücünüzü həddən artıq sərf etməyiniz tez yorulub əldən düşməyinizə səbəb olar.
Qız [24 avqust - 23
sentyabr]
Hamıdan gizlədiyiniz fikirləri həyata keçirərkən qarşınıza maneələrdən çox, bürokratik əngəllər çıxacaq, buna hazır olun. Özünüzə qarşı tənqidi münasibəti gücləndirsəniz, görərsiniz ki, işlərinizin alınmamasının əsas səbəbi keçmişdə buraxdığınız səhvlərdir. Hadisələrdən çıxış yolunu ancaq ayıq başla tapmaq olar. Kompromiss variantları özləri sizə təklif edəcəklər. Nəfsinizə uymayın. Münasibətləri, ünsiyyətləri səmimiləşdirə bilmirsinizsə, azaldın. Bahalı alqılar almağa risq etməyin.
Tərəzi [24 sentyabr - 23
oktyabr]
İstəklinizlə aranız dəyəcək, həç nədən problemlər baş alıb gedəcək. Bu cür münasibət əsəbilik ovqatı yaradacaq və onu vəfasız hesab edəcəksiniz. Münasibətləri tamamilə kəsmək ehtimalı var. Özgəsinin bəyənilməsi çox sür`ətlə baş verəcək, itkinizi unutduracaq. Yeni informasiyaları yaxşı yoxlamamış işə qoşmayın. Və`dlərə inanmayın, özünüz də və`d verməyin. Dostlarınızla problemləriniz yarana bilər. Xoşagəlməz xəbərlər ovqatınızı korlayacaq.
Əqrəb [24oktyabr - 22
noyabr]
Elə də xoşagələn hadisələr baş verməyəcək. Evinizdə münaqişəli vəziyyətdən qaçmaq üçün edilən töhmətləri yaradan əyər-əskiyinizə fikir verin, yaxınlarınızın üzünə qabarmayın. Ayıq-sayıq olun. Dağınıq gəzməyin, özünüzü toplayın, ancaq bu vaxt xoşagəlməzliklərdən qaça bilərsiniz. Özünüzü daha yaxşı başa düşmək üçün təkliyə qapılın. Xoşunuza gəlməyən xəbərlər eşidəcəksiniz. Ən yaxın adamların sizin köməyinizə və dayağınıza böyük ehtiyacı var.
Oxatan [23 noyabr - 21
dekabr]
Şəxsi işlərinizi yoluna qoyun. Səhhətinizlə məşğul olun. Qarşıya çıxan problemlərin çoxunu, xüsusilə, sevgi ilə əlaqədar çətinliklərinizi həll edib qurtaracaqsınız. Tənhaların maraqlı görüşlərə şansı çoxdur. Bu görüşlər, təəssüf ki, qısa müddətlidir. Vəziyyətə uyğun dəyişə bilmək qabiliyyətiniz qarşıya çıxan çətinlikləri adlamaqda yardımçınız olacaq. Həyat qüvvəniz çox üstündür. Düzgün istifadə etməsəniz, bu, xeyrinizə olmayacaq.
Oğlaq [22 dekabr - 20
yanvar]
Maliyyə sahəsində gözləmədiyiniz məxaricləriniz olacaq. Kriminal yola düşməyin, bankrot vəziyyətilə rastlaşarsınız. Risqə getməyin. Hərəkətlərinizi nizamlamağı bacarın və nə istədiyinizi yaxşı bilin. İmkan daxilində ünsiyyətlərinizi azaldın, nəfsinizə uymayın. Maliyyə itkiləriniz olacaq. Səhhətinizin pisləşməməsi üçün rejimi gözləyin. Bahalı heç nə almayın. Özünüzə bir qədər tənqidi baxmağı bacarın. Özünüzü göstərmək üçün yaxşı fürsət düşəcək.
Dolça [21 yanvar - 20
fevral]
Özünüzü idarə etməyi mütləq bacarmalısınız, yoxsa əldə etdiklərinizi itirmək qorxusu var. Hər şeyi tamam dağıdıb yenidən qurmaq həmişə baş tutmayan üsuldur. Şəxsi münasibətlərinizdə ciddi dəyişikliklər gözlənilir. Haqqınızda böhtan söylənə bilər, ya da yüksək vəzifəli iş yoldaşınızın tə`siri altına düşə bilərsiniz, sizdən istifadə edə bilərlər. Gücünüz çox deyil, hələ ki, səmərəli israf edin. Məişət problemləri də gücünüzü aparacaq.
Balıqlar [21 fevral - 20
mart]
Səhhət məsələləri ön plana çıxacaq. İlk növbədə əsəblərinizi nizamlamalısınız. Çünki bütün xəstəliklər ondan törəyir. Qohumluq və dostluq tellərini möhkəmlətməkdən ötrü yaxşı vaxtlardır. Mə`nasız yerə həyəcan keçirib narahat olacaqsınız, əsəblərinizi səbəbsiz israf etməyin. Ən yaxın adamlarla ünsiyyətdə mehriban və güzəştli olun, elə bilin ki, yad adamdır. Qəddarlıq etməyin. Bu günlər münasibətiniz gələcək üçün çox məsələləri aydınlaşdıracaq. Mə`nasız işlərə baş qoşmayın, imkanlarınızı göstərin.
| | | | | | | | | | | |