|
|
|
|
#91(315)
|
 |
Cari birincilikdə qızıl medallar uğrunda 12 komanda mübarizə aparacaq. Çempionat çoxpilləli sistem üzrə keçiriləcək: ikidövrəlik ilkin mərhələdə I-VI yerləri tutan klublar "pley-off"da ölkə çempionu adı uğrunda, VII-XII olmuş kollektivlər isə yüksək liqada mövqelərini saxlamaq üçün yarışacaqlar. Həlledici mərhələ də iki dövrədən ibarət olacaq, yə`ni, komandalar bir-biriylə həm "ev"də, həm də səfərdə qarşılaşacaqlar. "Pley-off" mərhələsində klublar mübarizəyə "qızıl xal"la deyil, "0"-dan başlayacaqlar.
Həmişə olduğu kimi, mütəxəssislərin fikirləri yenə də fərqlidir, lakin çempionatı bu qaydayla keçirməyin əleyhdarları onu müdafiə edənlərdən xeyli çoxdur. Bununla belə, birinciliyin hansı qaydalar əsasında keçirilməsi artıq təsdiqlənib və mübarizəni ona hörmət çərçivəsində aparmaq hər bir klubun, eləcə də hər bir futbolçunun borcudur. Azarkeşsə yalnız gözəl, müasir, total futbol arzusundadır. İnanırıq ki, dəri top ustaları bu amili fəaliyyətlərində əsas götürəcək, Azərbaycan futbolsevərlərini e`cazkar oyunun sevincindən məhrum etməyəcəklər.
II tur
25 avqust (şənbə)
7. Dinamo - Viləş
8. MOİK - Şahdağ
26 avqust (bazar)
9. Kəpəz - Şəmkir
10. Qarabağ/Az. - Ümid
27 avqust (bazar ertəsi)
11. Turan - Şəfa
12. Neftçi - Xəzər Un.
1 sentyabr (şənbə)
DÇ-nin seçmə oyunu
Moldova - Azərbaycan
5 sentyabr (çərşənbə)
DÇ-nin seçmə oyunu
Azərbaycan - Makedoniya
III tur
8 sentyabr (şənbə)
13. Xəzər Un. - Qarabağ/Az.
14. Şahdağ - Kəpəz
9 sentyabr (bazar)
15. Ümid - Dinamo
16. Viləş - MOİK
10 sentyabr (bazar ertəsi)
17. Şəfa - Neftçi
18. Şəmkir - Turan
IV tur
15 sentyabr (şənbə)
19. Dinamo - MOİK
20. Qarabağ/Az. - Şəfa
21. Kəpəz - Viləş
16 sentyabr (bazar)
22. Turan - Şahdağ
23. Neftçi - Şəmkir
24. Ümid - Xəzər Un.
V tur
22 sentyabr (şənbə)
25. Xəzər Un. - Dinamo
26. Şəmkir - Qarabağ/Az.
27. Viləş - Turan
23 sentyabr (bazar)
28. Şəfa - Ümid
29. Şahdağ - Neftçi
30. MOİK - Kəpəz
VI tur
29 sentyabr (şənbə)
31. Dinamo - Kəpəz
32. Turan - MOİK
33. Ümid - Şəmkir
30 sentyabr (bazar)
34. Neftçi - Viləş
35. Qarabağ/Az. - Şahdağ
36. Xəzər Un. - Şəfa
7 oktyabr (bazar)
DÇ-nin seçmə oyunu
İsveç - Azərbaycan
VII tur
13 oktyabr (şənbə)
37. Şəfa - Dinamo
38. Şəmkir - Xəzər Un.
39. Şahdağ - Ümid
14 oktyabr (bazar)
40. Viləş - Qarabağ/Az.
41. MOİK - Neftçi
42. Kəpəz - Turan
17-18 oktyabr (çərşənbə və cümə axşamı)
Azərbaycan kuboku, 1/16 final (ilk oyunlar)
VIII tur
20 oktyabr (şənbə)
43. Ümid - Viləş
44. Neftçi - Kəpəz
45. Qarabağ/Az. - MOİK
21 oktyabr (bazar)
46. Dinamo - Turan
47. Xəzər Un. - Şahdağ
48. Şəfa - Şəmkir
IX tur
27 oktyabr (şənbə)
49. Şəmkir - Dinamo
50. Şahdağ - Şəfa
51. Viləş - Xəzər Un.
28 oktyabr (bazar)
52. MOİK - Ümid
53. Kəpəz - Qarabağ/Az.
54. Turan - Neftçi
31 oktyabr - 1 noyabr (çərşənbə və cümə axşamı)
Azərbaycan kuboku, 1/16 final (cavab görüşləri)
X tur
3 noyabr (şənbə)
55. Dinamo - Neftçi
56. Qarabağ/Az. - Turan
57. Ümid - Kəpəz
4 noyabr (bazar)
58. Xəzər Un. - MOİK
59. Şəfa - Viləş
60. Şəmkir - Şahdağ
XI-tur
10 noyabr (şənbə)
61. Şahdağ - Dinamo
62. Viləş - Şəmkir
63. MOİK - Şəfa
11 noyabr (bazar)
64. Kəpəz - Xəzər Un.
65. Turan - Ümid
66. Neftçi - Qarabağ/Az.
14-15 noyabr (çərşənbə və cümə axşamı)
Azərbaycan kuboku, 1/8 final (ilk oyunlar)
İlkin mərhələdə dövrələrarası fasilə olmaycaq və ikinci dövrənin oyunları noyabrın 17-dən keçirilməyə başlayacaqdır.
Dördüncü seçmə qrupda Azərbaycan milli yığma komandasının rəqiblərinin iştirakı ilə keçirilən görüşlər, sözsüz ki, bizim üçün daha çox maraq doğururdu.
Səfərdə Norveç milliləriylə qarşılaşan Türkiyə komandası matçın gedişində hesabda geri qalsa da, sonda Hakan Şükürün vurduğu top sayəsində məğlubiyyətdən qurtulub - 1:1. Hakim türklərin qapısına iki dəfə penaltı tə`yin edib, onlardan biri qolla nəticələnib, digər epizoddasa Rüştü dueldən qalib çıxıb.
Slovakiya - İran qarşılaşmasının 20 dəqiqəsi ərzində azarkeşlər 4 qolun şahidi olublar: tərəflər hərəyə 2 dəfə fərqləniblər. Komandalar fasiləyə 3:3 hesabıyla yollanıblar. Görüşün bitməsinə 5 dəqiqə qalmış əslən azəri türkü olan Bağıri qələbə topunu vurub. Yeri gəlmişkən, o "het-trik"ə imza atıb.
Moldova isə səfərdə Portuqaliya ilə görüşüb və 0:3 hesabıyla məğlub olub. Burada isə hər üç topu Luiş Fiqu vurub (2-ni penaltiylə). Bizim kimi Makedoniya milli seçmə kollektivi də oyun keçirməyib.
***
Yoldaşlıq görüşləri ilə yanaşı Avropa zonasında 2 seçmə oyun da olub: birinci qrupda mübarizə aparan Yuqoslaviya komandası öz meydanında elə bir çətinlik çəkmədən Farer adaları futbolçularını qalib gəlib - 2:0. Bu qələbədən sonra yuqoslavlar 12 xalla üçüncü pilləyə yüksəliblər.
İkinci qrupda yarışan Estoniya və Kipr seçmə kollektivlərinin qarşılaşması isə birinci dövrədə qeydə alınan hesabla sonuclanıb - 2:2. İndi hər iki komanda 8 oyundan 8 xal toplayıb və IV-V yerləri bölüşürlər.
|