|
|
|
|
#91(315)
|
 |
Bu ilin sentyabrında Maykl Cekson səhnə fəaliyyətinin 30 illiyini qeyd etməyə hazırlaşır. Bu təntənəyə Maykl dünyanın ən məşhurlarını - Britni Spirs, Missi Eliott, Riki Martin, Uitni Xyuston, Kuinsi Cons və başqalarını, vur-tut 200 nəfəri də’vət edib.
Adı çəkilən rəsmi qonaqlardan başqa təntənəyə Hollivudun ən parlaq ulduzları da təşrif buyuracaqlar. Başda, əlbəttə ki, 20 il bundan əvvəl Mayklın evlənmək təklifini rədd edən Elizabet Teylor olacaq. Ondan başqa Ceyn Rassel, Qreqori Pek, Enci Dikinson, Marlon Brando və sairə.
Yeri gəlmişkən, bu təntənədə Britninin reallaşdırmaq istədiyi bir niyyəti var. Son vaxtlar Britninin duetlərə həvəs göstərdiyi hamıya mə’lumdur. Sən demə, Mayklın təntənəsində Britni elə-belə çıxış etməyəcək. O, pop-musiqisinin kralı ilə onun 1987-ci ildə buraxdığı "Bad" albomundan "The Way Üou Make Me Feel" adlı köhnə mahnısını birgə ifa edəcəklər. Britni buna görə özünü dünyanın yeddinci qatında sayır. O deyir ki, Mayülın ona zəng edib bu təklifi söylədiyi anı ömrünün axırına kimi unutmayacaq.
Xatırladaq ki, sentyabrın 7-nə və 10-na nəzərdə tutulan bayram tədbiri iki mərhələdə keçiriləcək.
Bu günlərdə Akif İslamzadə iki diskinin təqdimat mərasimini keçirəcək.
Tam dəqiq olmasa da, söz var ki, komplekt şəklində təqdim olunacaq albom cütlüyü "Sarı gəlin" adlansın. Sözügedən albomlarda onun ən məşhur mahnıları ilə yanaşı, zamanında yazılmış, ancaq üzə çıxarmadığı bəstələr də yer alacaq. Xatırladaq ki, musiqi albomları tamamlanmaq üzrədir.
Gülyaz və Gülyanaq Məmmədova bacıları bu günlərdə Qusardan, "Qarabulaq" istirahət zonasından qayıdıblar.
"İstirahət üçün getməmişdik, "Kinoklub" verilişinin növbəti buraxılışının çəkilişləri idi. Çox maraqlı alındı", - deyən Gülyaz xanım onu da bildirdi ki, bu yayı istirahətsiz başa vurublar. Ona görə yox ki, iş-gücləri çox olub. Konsertləri nəzərə almasaq, elə ciddi bir işləri olmayıb. Bütün proyektlərini saxlayıblar payız aylarına. O proyektlərdə nələrin yer almasına gəlincə, bu haqda müsahibim heç nə söyləmədi. "Mənə qabaqcadan demək düşmür", - inanclı Gülyaz yenilikləri sürpriz saxladı.
|