İş günü

Ana səhifə
Xəbərlər
Müsahib
İc siyasət
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
İks nəsil
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#91(315) 
Kommunal tariflər artırılacaq
26 nəfər suda boğulub


Kommunal tariflər artırılacaq
Azərbaycan kommunal islahatlar astanasındadır

Azərbaycan hökuməti kommunal ödəmələrdə əhaliyə verilən iri miqyaslı güzəştləri ünvanlı-aztə`minatlı təbəqələrə veriləcək güzəştlərlə əvəz etmək perspektivini öyrənir. Bu barədə Nazirlər Kabinetindəki mənbələrdən əldə etdiyimiz mə`lumata görə, artıq keçmiş İqtisadi İnkişaf Nazirliyi "Kommunal xidmətlərdə islahatlar haqqında" qanun layihəsini hazırlayaraq Prezident Aparatına təqdim edib. Qanun layihəsinin hazırlanmasına "Azərenerji" Səhmdar Cəmiyyəti, Tikinti və Arxitektura Komitəsinin mütəxəssisləri cəlb olunub. Qeyd edək ki, Mənzil-Kommunal Təsərrüfatı Komitəsi layihəyə cəlb olunmayıb.
Qanun layihəsi kommunal ödəmələrin kəskin artırılmasını nəzərdə tutur. Paralel olaraq məhdud dairəli əhali təbəqəsinə ediləcək güzəştlər üçün dotasiya ayrılacaq. İnstutsional xarakterli bir sıra tədbirlərin də həyata keçiriləcəyi gözlənilir. Xüsusilə də hələlik dövlətin tabeçiliyində qalacaq su təchizatı və kanalizasiya xidmətlərinin bir strukturda birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, qanun layihəsinin tez bir zamanda qəbul ediləcəyi şübhə doğurur. Bir tərəfdən qanun layihəsi çoxlu sayda nazirlik və idarələrdə baxılmalı, razılaşdırılmalıdır, digər tərəfdən ekspertlər hesab edirlər ki, həmin layihə ciddi müxalif mövqeylə üzləşəcək. Tariflərin kəskin şəkildə artırılmasının əleyhinə ilk növbədə yerli idarəetmə orqanları çıxacaq. Belə ki, əhali arasında heç də populyar olmayan belə bir addım yerli idarəetmə orqanlarının "başında çartlayacaq".
Ekspertlər mütəxəssislərin bu ideyanı dəstəkləyəcəklərinə inanmırlar. Onların fikrincə, məsələn, su təhcizatı sahəsində əhalinin ünvanlı yardım göstərilməsi ən azı ciddi deyil. Yardım göstərmək üçün əvvəlcə sudan istifadənin uçotunu qaydaya salmaq, ölkənin bütün mənzil təsərrüfatlarında suölçən cihazlar quraşdırılmalıdır ki, bu da real deyil. Mütəxəssislər hesab edirlər ki, ən optimal ödəmə sistemi əhalinin hər bir nəfərinə sudan istifadəyə görə kəskin tariflər müəyyənləşdirilməlidir. Analoji sistem qaz təhcizatında da tətbiq ediləcək. Belə ki, mənzil təsərrüfatları ölçü cihazlarının sayı əsasında vəsait ödəyəcəklər.
Müşahidəçilər bildirirlər ki, layihənin hazırlanması Azərbaycanın enerji paylama şəbəkələrinin potensial idarəçilərinin, ilk növbədə "Bakıelektrikşəbəkə"nin tələblərinə əsasən hazırlanıb. Lakin elektrik təhcizatı kommunal ödəmələrin təkcə bir növüdür. Qeyd edək ki, Azərbaycanda kommunal islahatlarla bağlı azacıq "parıltı" 1999-cu ildə - "2000-2003-cü illərdə Dünya Bankının Azərbaycanda əməliyyatları" strategiyasının qəbul edilməsindən sonra başlamışdı. Həmin strategiya 2001-2002-ci illərdə Azərbaycanda struktur islahatlarının aparılmasına (SAC-III) və kommunal islahatların dəstəklənməsinə kredit ayrılmasını nəzərdə tuturdu. İqtisadi İnkişaf Nazirliyindəki mənbələrdən əldə etdiyimiz mə`lumata görə, Nazirlər Kabinetində və dövlət idarəçiliyində struktur islahatları aparıldıqdan sonra kommunal islahatlara başlanılacaq. Bununla da kommunal islahatların bir neçə istiqaməti müəyyənləşdiriləcək - mənzil tikintisi və infrastrukturun idarəedilməsi, tariflərin dövlət tənzimlənməsi və kooperativlərin yeni formalarının inkişafı. Xüsusilə də dövlət mənzil tikintisində iştirak imkanlarını müəyyənləşdirməlidir. Çünki dövlətsiz ucuz mənzil tikintisinin bərpa olunması mümkün deyil.
Hazırda yaşayış fondunun 50 faizinin istismar müddəti başa çatıb. Bir çox binalar sökülməli və yenidənqurulmalıdır. Təkcə su təhcizatı sisteminin yenidən qurulmasına 4 milyard dollar tələb olunur. Nazirlər Kabinetindən əldə etdiyimiz mə`lumata görə, hazırda Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin strukturunun dəyişdirilməsi öyrənilir. Bu sahədə islahatların bir neçə variantı mövcuddur: Kommersiya fəaliyyəti istisna olmaqla komitənin bu sahədə dövlət siyasətini həyata keçirən orqana çevrilməsi (işçi personalı 25 nəfər), yaxud bu strukturu kommunal xidmətləri həyata keçirən dövlət təsərrüfat hesablı təşkilata çevirmək. Bir çox mütəxəssislər kommunal obyektlərin özəlləşdirilməsində ehtiyatlı olmağa çağırırlar.

26 nəfər suda boğulub

Çimərlik mövsümü açıq e`lan ediləndən (15 may 2001-ci il) indiyədək Bakı, Sumqayıt və Abşeronun çimərliklərində 26 nəfər batıb.
Bu barədə mə`lumat verən Dövlət Sularda Xilasetmə Xidmətinin rəis müavini Sahib İsmayılov bildirib ki, suda boğulanların 14-ü çimərlik ərazilərindən kanarda, 5-i dövlət, 7-si isə özəl çimərliklərdə həyatla vidalaşıb. Sahib İsmayılovun sözlərinə görə, qeyd olunan dövr ərzində 13-dən çox vətandaşın həyatını xilas etmək mümkün olub. Rəsmi orqanlar suda boğulanların sayının artmasını xilasedicilər tərəfindən müəyyən olunmuş qadağalara əməl olunmaması ilə əlaqələndirir. Sonda xatırladaq ki, ötən il 17 nəfər suda boğulmuşdu.

 Ana səhifə | Xəbərlər | Müsahib | İc siyasət | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə| İks nəsil

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd