Əqrəb [24oktyabr - 22
noyabr]
Gücünüzü məişət problemlərinin həllinə yönəldin. Təsərrüfat məsələlərini yoluna qoyun. Dəyiş-düyüş və alqı ilə bağlı yaxşı fürsət düşəcək. Dostlarınızın təklif etdiyi maliyyə əməliyyatlarında iştirak etməsəniz, yaxşdır. Adi iş günlərinizdir. Hisslərinizdə və fikirlərinizdə aydınlıq yaradın. Nə istəyirsiniz, ona doğru necə getməlisiniz? Yaradıcı əməklə məşğul olun. Tənbəllik etməyin. Öz sözünüzün üstündə möhkəm dayanmaq istəyiniz yaxşıdır, ancaq dediyiniz doğru sözdürmü? Yaxın adamlar üçün fədakarlıq edəcəksiniz.
Oxatan [23 noyabr - 21
dekabr]
Risqlər etməyin. İş yoldaşları nə qədər təhrik etsə də, ağlınızı və sayıqlığınızı itirməyin, qanundankənar bir iş tutmayın. Çox yaxşı fürsət düşəcək, təzə xəbərlər eşidib işinizdə tətbiq etməklə əldən qaçırdığınızı da tutacaqsınız. Tale sizin səbrinizi imtahana çəkir. Gücünüzün azlığı işlərin keyfiyyətinə də pis tə`sir edə bilər, bu da əsəblərinizi qıcıqlandırar. Təcrübənizi işə tətbiq etməyə tələsin.
Oğlaq [22 dekabr - 20
yanvar]
Evdən kənarda eşitdiyiniz hər sözə inanmayın. Qızışıb haldan çıxmayın. Dözümlü və səbrli olun. Hər şey gec-tez dəyişir. Sirlərinizi açıb tökməyin. Gərgin iş şəraiti sizdən çoxlu güc tələb edəcək, uğur qazanmaq üçün yorulub əldən düşənədək çalışmaq, heç bir işi boş buraxmamaq tələb olunur. Tələsik işlər görməyin. Yeni xəbərlər və iş şəraiti nəticədə uğurlara tə`sirsiz keçməyəcək. Yaxşı maliyyə gəlirləri gözləyin. Sevgi sarıdan da narazılıq olmayacaq.
Dolça [21 yanvar - 20
fevral]
İşlərinizi boş buraxmayın, "onsuz da düzələcək"- deyib biganəlik etməyin. Başa düşün ki, zəhmətsiz heç nə ərsəyə gəlmir. Gücünüz, enerjiniz nə qədər çoxdursa da, onu işə qoşmaqda çətinlik çəkirsiniz. Çətinlik əsas e’tibarilə tənbəllik və mənəmlik ucbatından baş verir. Maliyyə sarıdan hər şey gözlədiyinizin əksinədir. Borclar, vergilər də əsəblərinizi tarıma çəkib. Uşaqların tələblərini ödəyə bilməyib ovqatdan düşürsünüz. Gücünüzü bir yerə toplayıb bacardığınız səmtə yönəldin.
Balıqlar [21 fevral - 20
mart]
Daha böyük müdriklik nümunəsi göstərmək istəyirsinizsə, susub müşahidələr aparın. Elə etməyin ki, sizdən güclülərə alət olasız, sadəcə axarın istiqamətini tapıb ona uyğun da üzün. Təbiilik və səmimilik gözəl xüsusiyyətdir, ancaq sizə qarşı çevrilməyə qoymayın, danışanda elə mətləblər açmayın ki, bədxahlarınız sonra əleyhinizə istifadə edə bilsinlər. Həmişə ayıq-sayıq olun. Mürgüləyib fikri dağınıq gəzməyin.
| | | | |