İdman

Ana səhifə
Xəbərlər
Müsahib
Firqələrdə
Pauza
Aləm
Tarixçə
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#92(316) 
"Neftçi" və "Şəmkir" favorit olduqlarını ortaya qoydular
Voleybolçularımız dünya çempionatının finalında!


"Neftçi" və "Şəmkir" favorit olduqlarını ortaya qoydular
XI Azərbaycan çempionatının ilk turu arxada qaldı

Avqustun 18-də keçirilən üç maçtla Azərbaycanın futbol üzrə növbəti - XI çempionatı start götürdü. Həmin gün keçirilən oyunlar içərisində daha çox maraq doğuranı ölkəmizi UEFA kuboku yarışlarında təmsil edəcək "Neftçi" və "Şəfa" komandalarının iştirakı ilə keçirilən görüşlər idi.

İsmət Qayıbov adına stadionda birinciliyin debütantı - "Ümid"i qəbul edən Kazbek Tuayevin komandası 4:0 hesabı ilə qalib gəldi. Bu qələbənin UEFA Kuboku uğrunda avqustun 23-də Sloveniyanın "Hit Qoritsa" klubu ilə oyuna çıxacaq "Neftçi" üçün əhəmiyyəti böyükdür. Bu görüşdə hesabı açan və XI milli çempionatın ilk qolunu vuran Qurban Qurbanov daha iki qolun müəllifi oldu. UEFA Kuboku yarışlarında ölkəmizin ikinci təmsilçisi - "Şəfa"da ilk turda qələbəni bayram edib. UEFA yarışları çərçivəsində bütün yayı məşq etmiş Əsgər Abdullayevin komandası "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. Hazırlığının bir hissəsini İranda keçirməklə mövsümə yaxşı hazırlaşmış "Xəzər Universiteti" isə sonuncu mövsümdən sonra məşqçisini və bir sıra aparıcı oyunçularını itirmiş "Turan"a 3:2 hesabilə qalib gəlib. Çempionatın ilk turunun ən böyük nəticəsi isə Şəmkirdə qeyd alınıb. Avqustun 19-da çempion öz meydanında OMİK-i 6:0 hesabı ilə darmadağın edib. Bu görüşdə Mahmud Qurbanov, Vidadi Rzayev və klubun yeni futbolçusu Alay Bəhramov hərəyə iki top vurublar. Görünür, baş məşqçi Ağasəlim Mircavadovun komandadan getməsinə baxmayaraq, "Şəmkir" özünəməxsus oyun üslubunu və gücünü qoruyub saxlaya bilib. Çempionata yeni adla çıxan "Qarabağ/Azərsun" Sumqayıtda "Dinamo/Bakılını 1:0 hesabı ilə məğlub edib. "Viləş" Qusarda yerli "Şahdağ"la oyuna getmədiyinə görə, ona texniki məğlubiyyət veriləcək. Gəray Gərayevin matça getməməsini klubun sponsorla problemləri ilə izah edirlər. Beləliklə, ilk tura böyük hesablı qələbə ilə başlayan "Şəmkir" və "Neftçi" çempionluğa ən real şanslı komanda tə’siri bağışladılar.

Voleybolçularımız dünya çempionatının finalında!
İlk görüşdə qarşılaşdıqları böyük haqsızlıq qızlarımızın qələbə əzmini qıra bilməyib

Xəbər verdiyimiz kimi, Azərbaycanın qadınlardan ibarət voleybol komandası Hollandiyanın Hertogenboş şəhərində 14-cü dünya çempionatının seçmə yarışlarında iştirak ediblər. Baş məşqçi Faiq Qarayevin yetirmələri bu mərhələdə uğurla yarışaraq, gələn il Almaniyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Xatırladaq ki, turnirdə Azərbaycan voleybolçuları ilə yanaşı Hollandiya, Türkiyə və Fransa komandaları da mübarizə aparırdılar. Voleybolçularımız birinci görüşü yerli komandaya qarşı keçiriblər. Almaniyalı və finlandiyalı hakimlər tərəfindən çox böyük haqsızlıqla qarşılaşan voleybolçu qızlarımız 2:3 hesabı ilə məğlub olublar. Görüşdən dərhal sonra komandamızın rəhbərliyi ədalətsizliklərlə bağlı e’tiraz yazıb. Ancaq bu məğlubiyyətdən sonra ruhdan düşməyən qızlarımız əvvəlcə Türkiyə komandasını 3:1 və Fransa voleybolçularını 3:0 hesabı ilə məğlub edərək, dünya çempionatının finalına vəsiqə qazanıblar.

 Ana səhifə | Xəbərlər | Müsahib | Firqələrdə | Pauza | Aləm | Tarixçə | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd