Firqələrdə

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)
4-cü mərtəbənin sirri...
Maliyyə dayaqları tapılıb
BMT sənəd qəbul etsə...
Zaqatala meşələrində silahlı dəstə


4-cü mərtəbənin sirri...

ADİP sədri Vaqif Kərimov AMİP lideri E`tibar Məmmədov barəsində sensasion açıqlama verib. ÿAMİP-in yeni binasının ona məxsus olduğunu iddia edən Kərimov deyir ki,ÿ milli istiqlalçıların keçmiş qərargahının 4-cü mərtəbəsində 4 nəfər "KQB" generalı otururmuş.ÿ ADİP sədri "KQB" generallarının AMİP-də nə işlə məşğul olduğunu və kimliyi ilə bağlı heç nə deyə bilməyib.
Onun sözlərinə görə, həmin generallar AMİP köhnə qərargahını tərk edənə qədər orda olub. Maraqlısı odur ki, Vaqif Kərimov hələ AMİP-çi olduğu vaxtlardan "KQB" işçilərinin AMİP qərargahında oturduğunu iddia edir. Və bildirir ki, rəhbərlikdə təmsil olunmasına baxmayaraq, onların kimliyi və nə işlə məşğul olması ilə bağlı E`tibar Məmmədovdan başqa heç kimdə mə`lumat olmayıb.
AMİP sədrinin müşaviri Məhərrəm Zülfüqarlının sözlərinə görə, ADİP sədri o qədər zəifdir ki, adi bir polis rəisinin qorxusundan bir neçə il Azərbaycanı tərk edib: "O, bir dəfə də bizə qarşı hücuma keçib. AXC hakimiyyəti dövründə təhsil almaq üçün Türkiyəyə göndərilən tələbələrdən İnkişaf Assosiasiyasının nümayəndəsi kimi rüşvət almışdı. Həmin faktı üzə çıxarıb qəzetdə onu ittiham elədik. O vaxt qorxudan xəstəlik tapdı və uzun müddət müalicə aldı. Görünür, həmin xəstəliyi yenidən özünü büruzə verməyə başlayıb. Yaxşı olardı ki, o, bu cür çıxışlarını dayandırsın. Yoxsa, ortaya elə faktları qoyacağıq ki, o, Azərbaycandan qaçacaq. Hələlik faktların nədən ibarət olduğunu açıqlamayacam".
Bəs görəsən, AMİP qərargahının 4-cü mərtəbəsində kimlər otururmuş? Çünki həmin binanın 4-cü mərtəbəsindən faktiki olaraq istifadə edilmirdi. Məhərrəm Zülfüqarlı da dedi ki, həmin mərtəbədən partiyanın işi üçün istifadə edilməyib: "Həmin binanın 4-cü mətəbəsində namaz otağı yerləşirdi. Vaqif Kərimov isə Allah adamı deyil, dinə inanmır. Həm də, partiyamızın ən mö`min şəxsi Vaqif Cavanşir otururdu. Partiyanın bütün namaz qılan şəxsləri ibadətlərini 4-cü mərtəbədə edirdi. Ona görə də həmin məsələ ilə bağlı Vaqif Kərimov bizi ittiham edə bilməz. Vaqif Kərimovun dediklərində məntiq yoxdur. O bizi "KQB" ilə əlaqədə ittiham edə bilməz. Amma həqiqətən də AMİP sədri və partiya funksionerləri həmişə açıq şəkildə deyib ki, 1990-cı il 20 Yanvar hadisələrində Azərbaycan xalqını müdafiə edən çoxlu sayda DTK işçiləri olub. Ona görə də biz onlara həmişə müsbət yanaşmışıq. Hesab edirəm ki, DTK-da işləmək və xalqı müdafiə etmək Vaqif Kərimov kimi siyasətçilərdən qat-qat ucalıq deməkdir".

Maliyyə dayaqları tapılıb
"Azadlıq" nəşrə başlayır

Maliyyə çətinlikləri ucbatından nəşrini dayandırmağa məcbur olan "Azadlıq" qəzeti sentyabr ayında yenidən satışa çıxacaq. Redaksiya rəhbərliyindən aldığımız mə`lumatda bildirilir ki, ÿartıq ciddi hazırlıq işləri görülür.
Qəzetin baş redaktor müavini Rövşən Hacıyev bizimlə söhbətində "Azadlığ"ın nəşrə başlayacağı xəbərini təsdiqlədi. Onun sözlərinə görə, sentyabr ayının birinci həftəsindən "Azadlıq" qəzeti köşklərdə olacaq. Qəzetin dövrülüyünün nə cür olacağına gəlincə, Rövşən Hücıyev "heç nə dəyişməyəcək" dedi. Redaktor müavinin dediyinə görə, qəzet 16 səhifədə gündəlik nəşr olunacaq.
n Bəs "Azadlıq"ın maliyyə problemlərini kimlər həll edib?ÿBu barədə Rövşən Hacıyevdən heç bir söz ala bilmədik. Təkcə onun dedi ki, qəzet nəşrə başlayacaqsa, demək, maliyyə dayaqları tapılıb.

BMT sənəd qəbul etsə...
Eldar Namazov: "İran Xəzərdə bütün imkanlarından məhrum olunacaq"

Rəsmi Tehran bu günlərdə növbəti gözlənilməz addımını atdı. Son bir neçə həftə ərzində hərbi təyyarələri, gəmiləri və ultimativ tərzdə bəyanatları ilə Xəzər dənizində, o cümlədən regionda üstünlüyü ələ almağa çalışan İran indi də tamam başqa mövqedən çıxış edir.
İranın xarici işlər naziri Xəzəryanı ölkə rəhbərlərinə müraciət edərək Xəzər dənizinin hərbsizləşdirilməsi təklifi ilə irəli çıxdı. Maraqlısı odur ki, İranın bu cür addım atması "Türk Ulduzları" qırıcılarının Azərbaycana gəldiyi günlərə təsadüf etdi..ÿXatırladaq ki, Türkiyə qırıcılarının Azərbaycanda uçuş etməsi rəsmi Tehranı ciddi şəkildə narahat etməyə başlamışdı.ÿYə`ni İran XİN-in bu cür təkliflə çıxış etməsinin kökündə Türkiyənin sərt və qəfil addımlarının tə`siri istisna edilmir.
n Prezidentin sabiq köməkçisi Eldar Namazov deyir ki, İranın bir müddət əvvəlki addımları ilə son təklifi bir-biri ilə uzlaşmır: "Hesab edirəm ki, burada son dövrlər ABŞ, Türkiyə və Rusiyanın Xəzər məsələsinə verdiyi reaksiyanın ciddi tə`siri var. Çünki İran son hərəkətləri ilə beynəlxalq aləmdə özünü pis vəziyyətdə qoydu.
n Ona görə də İran nə qədər tez Xəzər məsələsinə oybektiv yanaşsa, bu, bir o qədər özlərinin xeyirlərinədir. İran rəhbərliyi son dövrlər çalışırdı ki, dünyanın aparıcı dövlətləri ilə münasibətlərini yaxşılaşdırsın, iqtisadi və siyasi cəhətdən inteqrasiya güclənsin. Amma Xəzər dənizində İranın atdığı addımlar rəsmi Tehranın istəklərinin həyata keçməsi üçün ciddi maneələr yaratdı. Çünki həm Türkiyə, həm də Amerika tərəfindən bəyanatlar səsləndi ki, onlar BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsələ qalıdra bilərlər. Təbii ki, İran bundan narahatdır. Çünki BMT bu məsələ ilə bağlı sənəd qəbul etsə, bu, İranın manevr imkanlarını demək olar minimuma endirəcək".

Zaqatala meşələrində silahlı dəstə
28 nəfərdən ibarət silahlı dəstə həbs edilib

Azərbaycanın şimal rayonlarında baş verən hadisələrin kriminal xarakterli olduğu iddia edilsə də, burada etnik qarşıdurma ocaqları yaratmaq meylləri də istisna olunmur. Dünən Zaqatala rayonundan son hadisələrlə bağlı daha bir maraqlı mə`lumat əldə etdik.
Mə`lumatda bildirilir ki, Zaqatalanın Kebeloba kəndi ərazisində yerləşən meşələrdə silahlı dəstələr gizlənib. Dəstənin üzvlərinin kimliyi ilə bağlı dəqiq mə`lumat olmasa da, ehtimal edilir ki, onlar Azərbaycanın şimalında etnik qarşıdurma yaratmaq istəyən qüvvələrdir. O da bildirilir ki, dəstə üzvlərinin böyük əksəriyyəti avarlardan biarətdir. Mənbənin sözlərinə görə, bu günlərdə Zaqatala rayonu ərazisində 28 nəfərdən ibarət silahlı dəstə həbs edilib.ÿHəmin dəstənin tərkibi ilə bağlı əlavə açıqlama verilmir.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd