Şou xəbərlər

Ana səhifə
Xəbərlər
İc siyasət
Firqələrdə
Pauza
Aləm
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
İks nəsli
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#93(317)
Sənubər İsgəndərli "Hamlet"də oynayacaq
Rəşad İlyasov: "Onun qərarına hörmətlə yanaşıram"


Sənubər İsgəndərli "Hamlet"də oynayacaq
Yeni klipini isə Vaqif Gərayzadənin mahnısına ekranlaşdıracaq

Sənubər İsgəndərlini yeni teatr mövsümündə Azərpaşa Ne`mətovun səhnələşdirdiyi "Hamlet" tamaşasında görəcəksiniz. Şekspirin qəhrəmanları ötən mövsüm səhnədə gərdiş eləsə də, əsas məşqlər bu mövsümə təsadüf edəcək. Bütün yayı bağda istirahət edən Sənubər xanım yeni mövsümə tam formada olduğunu bildirdi.
Sözügedən tamaşalardan başqa qeyri-əsərlərdə rol alıb-almadığını isə hələ dəqiq bilmir. Hər halda, aktrisa rollarının sayının artacağını istisna etmir. Sentyabr ayında Vaqif Gərayzadənin yeni mahnısına klip çəkdirəcək. Müğənni bildirdi ki, mahnının adı hələ yoxdur. Adsız mahnının rejissor yozumu Ülviyyə Könülə məxsus olacaq.

Rəşad İlyasov: "Onun qərarına hörmətlə yanaşıram"

Bir müddət öncə, "Yaşın nə fərqi var" mahnısının adı çəkiləndə, İlhamə ilə bərabər Rəşad İlyasov da xatırlanırdı. Con zamanlarsa, İlhamə Rəşad İlyasovun da qatıldığı tədbirdə səhnəyə tək çıxıb: "Yaşın nə fərqi var" söyləyir.
Rəşad İlyasov bunun səbəbini belə açıqladı: "Sözün düzü, ilk vaxtlar bu özüm üçün də gözlənilməz oldu. Ancaq zaman keçdikcə, hesab edirəm ki, burada qəribə heç nə yoxdur. Bu mahnı duet formasında lentə alınıb, klipi də çəkilib. İndi isə İlhamə xanım tək oxumaq istəyirsə, oxusun. Mən onun qərarına hörmətlə yanaşıram".
Hələliksə, Rəşad İlyasov növbəti musiqi albomunu hazırlayır. "Demək olar ki, əksər mahnılar hazırdır", - deyən Rəşad payız ayı onu sənətsevərlərə təqdim eləmək istəyir. Ən nəhayət onu deyək ki, yaxın zamanlarda qastrol səfərinə çıxacaq. Milli Olimpiya Komitəsinin xətti ilə Şəmkirdə inşa olunan stadionun açılışında çıxış edən Rəşad İlyasov elə bu zaman çoxlu sayda də`vətlər alıb. Gedəcəyi rayonların siyahısını tam dəqiqləşdirməsə də, səfərə çıxacağı şəksizdir.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage | İks nəsli

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd