|
|
|
|
#94(318)
|
 |
Şeyx Şamilin bu günlərdə Zaqatala rayonunda partladılmış abidəsi bərpa edilib.
XIX əsrdə Qafqaz xalqlarının Rusiya imperiyasına qarşı milli-azadlıq hərəkatına başçıdıq edən Şeyx Şamilin büstünün partladılmasının şimal rayonlarında vəziyyətin gərginləşdiyi ərəfəyə təsadüf etməsi hadisələrin milli münaqişə zəminində törədildiyi versiyasını daha da gücləndirmişdi.
Son hadisələrlə bağlı dünən açıqlama verən milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov bildirib ki, burada milli müaqişənin köklərini axtarmaq düzgün deyil. Onun sözlərinə görə, şimal rayonlarındakı hadisələr kriminal zəmində baş verib.ÿYə`ni Azərbaycanın şimal bölgələrində heç də söylənilənlər kimi etnik zəmində qarşıdurma gözlənilmir.
Xatırladaq ki, elə dünən Daxili İşlər Nazirliyi (DİN) də Zaqatala olaylarına münasibət bildirib. DİN yetgililərinin yaydığı açıqlamaya görə, şimal rayonlarında polis nəzarətinin gücləndirilməsinə ehtiyac yoxdur. Həmin rayonlardakı polislərin əraziyə nəzarət etmək üçün kifayət qədər gücə malik olduğunu iddia edən DİN rəhbərliyinin sözlərinə görə, ora heç bir əlavə qüvvə göndərilməyəcək.
Ədalət Partiyasında (ƏP) yeni müavin tə`yinatı olacağı barədə mə’lumat almışıq. Həmin müavinin rusdilli xalqların nümayəndəsi olacağı, partiyaya əhalinin bu qrupunun cəlb edilməsi yönündə iş aparacağı gözlənilir.
Hər halda bu, Azərbaycanın siyasi həyatında yenilikdir, çünki heç bir partiya rəhbərliyində rus və ya rusdilli xalqların nümayəndəsi yoxdur. Deyilənə görə, ƏP-ə yeni müavin Azərbaycanda fəaliyyət göstərən "Sodrujestvo" cəmiyyətindən gələcək.
Məsələyə aydınlıq gətirmək üçün partiyanın mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü ilə əlaqə saxladıq. E.Şükürlü bu məsələnin partiya sədri İ.İsmayılovun səlahiyyətində olduğunu, konkret ad çəkmək istəmədiyini bildirdiy.
İ.İsmayılov isə bu xəbəri təkzib etmədi: "Biz mətbuatdan heç nə gizlətmirik. Hansı ideyamız reallaşsa, mətbuata mə`lumat verəcəyik. Yeri gəlmişkən, ondan "AzRus" cəmiyyətinə münasibət bildirməyi də xahiş etdik. ƏP sədri dedi: "Bütün millətlər və xalqlarla əlaqələri möhkəmləndirən cəmiyyətlərə münasibətimiz müsbətdir. Əgər bu cəmiyyət Azərbaycanla Rusiya arasında əlaqələri möhkəmləndirməyə çalışırsa, bunun nəyi pisdir? Qoy başqaları da Amerika və ya Qərblə əlaqə yaratsınlar, bütün millətlərlə sağlam qonşuluq münasibətləri olsun".
"Təhsil sistemində ardıcıl olaraq islahatlar aparılsa da, hələ ki, arzu olunan səviyyəyə gəlib çata bilməmişik". Bu sözləri dünən Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirən təhsil naziri Misir Mərdanov dedi.
M.Mərdanov 2001-2002-ci tədris ili üçün görülən işlərdən danışarkən dedi: "10 il ərzində təhsil sistemində müəyyən işlər görülüb. İndiyədək məktəblərdə köhnəlmiş dərsliklərin istifadəsi bizi narahat edirdi. Ümumilikdə orta məktəblərdə 150-dən artıq dərs vəsaitindən istifadə olunur. Təhsil Nazirliyi bu yay bir çox dərslikləri yeni forma və məzmunda çapdan buraxmağa nail olub. 6, 8, 9-cu siniflərin "Azərbaycan tarixi" dərslikləri rus dilinə tərcümə edilib. Onu da deyim ki, hazırladığımız yeni dərsliklər beynəlxalq standartlara cavab verir. 6-11-ci siniflər üçün "Ümumi tarix" dərsliyi isə bu günlərdə çap ediləcək. İbtidai sinif dərsliklərinin çap edilməsinə dövlət hesabından 4 milyard, yuxarı siniflərə isə ehtiyat fondundan 7 milyard manat kredit ayrılıb".
Təhsil naziri ibtidai sinif dərsliklərinin məktəblərə pulsuz paylanması kampaniyasına başlanıldığını, bu prosesə ciddi nəzarət ediləcəyini bildirdi.
Nazir dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 17 faizinin müəllimlərin əmək haqqına və tələbələrin təqaüdünə sərf ediləcəyini vurğuladı. Məktəblərin dövlət hesabına tə`mir edilməsi məsələsinə toxunan M.Mərdanov xarici ölkələrdə bu işi ictimai təşkilatların gördüyünü qeyd etdi. Bununla yanaşı, o, Naxçıvanda ictimaiyyətin qüvvəsi ilə 40 məktəb tikildiyini dedi.
M.Mərdanov Azərbaycan və Rusiya təhsil sistemləri arasındakı yaxınlıqdan da söhbət açdı. O bildirdi ki, Rusiya Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri avqust ayında ölkəmizdə səfərdə olarkən əməkdaşlıq barədə birgə sənəd hazırlanıb. Payızda bu sənədin imzalanacağı gözlənilir. atacağıq.
Bağlanan özəl təhsil müəssisələrinin tələbələrinin dövlət ali məktəblərinə köçürülməsi məsələsinə toxunan nazir həmin müəssisələrin rəhbərlərinin hər vəhclə buna mane olduqlarını söylədi. Belə ki, onlar tələbələrin şəxsi işlərinin dövlət unversitetlərinə təqdimatını gecikdirirlər.
"Zaqatala rayon icra hakimiyyətinin başçısı Rəfael Məcidov siyasi fiqur olsa da, o, müəyyən dərəcədə öz rayonunda baş verən hadisələrin düzgün analizini aparmayıb".
Bu sözlər Prezident Aparatı beynəlxalq əlaqələr şö`bəsinin müdiri Novruz Məmmədova məxsusdur. Onun sözlərinə görə, R.Məcidov rayonda baş verən hadisələrə başqa bir çalar verib.
N.Məmmədov bildirib ki, o, Zaqatala hadisələrinə cinayət, terror aktı kimi baxır. Şö`bə müdirinin qənaətincə, bu olaylar təkcə Azərbaycanda deyil, digər dövlətlərdə də baş verə bilər. Məmmədov hesab edir ki, R.Məcidov baş verənləri qavramaqda bə`zi səhvlərə yol verib.
Xatırladaq ki, Zaqatala hadisələri zamanı həmin rayona hüquq-mühafizə orqanları əməkdaşlarının göndərilməsinin məqsədini R.Məcidov Balakən və Zaqatalanı Dağıstana birləşdirmək istəyən separatçı qüvvələrlə mübarizə aparılması ilə əlaqələndirmişdi.
Vergilər, ekologiya və təbii ehtiyatlar nazirliklərinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları Abşeron rayonunda birgə reyd keçiriblər.
Reydlər zamanı Sumqayıt şosesinin 11-ci kilometrliyində yerlşən "MNM" istehsalat-kommersiya assosiasiyasının sexində qeyri-qanuni yolla qoz ağacından odlu silah üçün hazırlanmış 13 min qundaq aşkar edilib.
İlkin araşdırmallar zamanı müəyyən olunub ki, qundaqlar Dan Dis Ticaret LTD firmasına məxsusdur. Firmanın nizamnaməsində isə bildrilir ki, sözügedən təşkilat məişət xidməti göstərir. Firmanın direktoru, Türkiyə vətəndaşı Könül Rafiq qızı Əliyarovanın sifarişi ilə hazırlanmış qundaqlar Avropa ölkələrinə ixrac edilmək üçün nəzərdə tutulubmuş. Xammal Qarabağ Əlilləri Cəmiyyətinin Qəbələ rayon şö`bəsindən əldə olunub.
Rabitə Nazirliyi bu ilin sentyabr ayının 1-dən e`tibarən abonentlərə əvvəlcədən ödənişli kartların tətbiqi ilə telefon danışıqları xidməti göstərməyə başlayacaq. Sözügedən xidmətdən istifadə edəcək abunəçilər şəhərlərarası, beynəlxalq və mobil telefonlara zəng etmək üçün rahatlıq qazanacaq, əlavə vaxt itkisini aradan qaldırmış olacaq.
Nəticədə telefonun borcdan bağlanması kimi halların qarşısı alınacaq və hesablaşmalar asanlaşacaqdır. Yeni texnologiyanın tətbiqi ilə Bakı şəhərində və respublikanın rayonlarında aşağıdakı nömrəni yığmaqla bu xidmətdən, abunəçi üçün rahat olan dildə istifadə edə bilərlər:
888-888-111 (Azərbaycan dilində)
888-888-222 (Rus dilində)
888-888-333 (İngilis dilində)
Abonentlər göstərilən qaydada əvvəlcədən ödənişli kartlar platformasına qoşulduqdan sonra 10 rəqəmli PIN kodunu (kimlik kodu) yığmaqla şəhərlərarası, beynəlxalq və mobil telefonla danışıqlar apara biləcəklər. Daha ətraflı mə`lumat kartların üzərində yazılacaqdır. Bu kartları avqustun 28-dən e`tibarən Bakı şəhərinin bütün poçt şö`bələrində əldə etmək mümkündür.
|