Ana sehife

ULDUZ FALI  
(25-27 Avqust)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Çalışqanlığınızın qiymətini almaq üçün müdiriyyətə müraciətinizdən əhəmiyyətli bir nəticə hasil olmayacaq. Məsləhət görərdik ki, əsəblərinizi və gücünüzü daha əhəmiyyətli vaxt üçün qoruyasınız. İstirahət günləri sevgilinizlə görüşlər üçün o qədər də uğurlu deyil, qəfil peşmançılıq yarana bilər. Ehtiyatlı olun ki, qəza vəziyyətinə düşməyəsiniz. Özünüzü soyuğa verib xəstələnməyin. Yaxın adamla bağlı problemlər yaranacaq.

Buğa
[21 aprel - 20 may]

Taurus Əgər həddən artıq diqqətli, həssas, ehtiyatlı və səbrli olsanız, bu günlərdə maliyyə məsələləri həll olunarkən ziyana düşməzsiniz. Öz rahatlığınızı istəyirsinizsə, yaxın adamlarınızı heç nədə günahlandırıb onları tənqid etmək fikrinə düşməyin. Kənardan tə`sirlər olacaq, səhvlər, yaxın adamla mübahisələr baş verə bilər. Yaralanmalar və zəhərlənmə də mümkündür, ona görə yeməyinizə fikir verin.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Evinizdəki rahatlıq, səmimiyyət və mehribançılıq sizdən və ancaq sizdən asılıdır. Davranışınızdakı sabitlik, ovqatınız, susmaq bacarığınız sizi və ailənizi nümunəvi edər. Əgər istirahət günlərini məclislərdə keçirmək istəsəniz, ürəkdolusu təsəvvür etdiyiniz rahatlığı tapmayacaqsınız. Elektrik cihazları ilə işləməsəniz yaxşıdır. Bu mümkün deyilsə, həddən artıq ehtiyat tələb olunur. Mə`nəvi inkişafınızla məşğul olun.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Ətrafınızdakı adamlarla ünsiyyətə dəli bir həvəs yaranacaq. Bu günlər yaranan dostluğun ömrü uzun deyil. Kimdirsə, çox tezliklə öz maraqsızlığı ilə zəhlənizi tökəcək. Özünüzə əlavə problem yaratmamaq üçün yoldaşlarınızın, həmkarlarınızın yanında nə dediyinizin fərqinə varın. İşlərinizi boş tutmağınız, hətta ən adi məsələlərin həllində də çətinliklə rastlaşmanıza səbəb olacaq.

Şir
[23 iyul - 23 abqust]

Leo Bu günlər elə ehtiyatlı hərəkət etməlisiniz ki, uzun vaxtlar yığıb topladığınız həm maddi, həm də mə`nəvi sərvət əlinizdən çıxmasın. Elə bir iş tuta bilərsiniz ki, həm hörmətdən düşər, həm də sərvətdən olarsınız, hərəkətlərinizə və sözlərinizə fikir verin. Maliyyə sənədləri ilə işləyərkən ehtiyatlı olun. Müqavilə bağlayarkən diqqətinizi dağıtmayın. Yolda ehtiyatlı olmağınız məsləhətdir. Qəzalardan uzaq olun.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Dilinizi dinc saxlayın. Xüsusilə evdə heç kəsin xətrinə dəyə biləcək yarım kəlmə də işlətməyin. Düşünməlisiniz ki, qılınc yarası sağalandır, söz yarası isə yox. Öz sözünüzün üstündə mə`nasız yerə israr etməyin. Öldürücü ironiyalar, insanlara rişxənd etmək sizə yaraşmaz. Barışmazlıq xüsusiyyətinizlə gələcəkdə qarşınıza maneələr çıxaracaqsınız. Bununla da, əsəblərinizi pozacaqsınız. Hisslərinizi ağlınızdan irəli buraxsanız, sonra çox əziyyətini çəkəcəksiniz.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Bir qədər diqqətli olsanız, ətrafınızda kimlərinsə ikiüzlülüyünü çox aydın görəcəksiniz. Bədxahlarınsa sözarası çatdırdığı xəbərlərdən möhkəm əsəbləşəcək və yaxın adamları incidəcəksiniz. Bir qədər də düşüncəli hərəkət etsəniz, pis olmazdı. Ən cəsarətli fikirlərinizi belə həyata keçirə biləcəksiniz. Risqlərə çox getməyin, bunu adətə çevirməyin. Yaradıcılıq işləriniz yaxşı alınacaq. Məişət problemləri vaxtınızın çoxunu aparacaq.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Yaxın yoldaşların təhrikiylə çox və`d olunmuş bərli-bəzəkli layihələrin puçluğunu görəcəksiniz. Onlar kimi siz də iflasa uğrayandan sonra heç kəsə şikayət etməyə dəyməyəcək. Xoş xəbər eşidəcəksiniz. Ailədə artım da mümkündür. İstəkli adamdan xoş diqqət nümunəsi kimi hədiyyə alacaqsınız. İşlərinizə və səhhətinizə yaxşı tə`sir edən görüşləriniz olacaq. Bununla belə sizi yorğunluq və tənbəllik çulğayacaq.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius İşlərinizin daha uğurlu alınmasını istəyirsinizsə, ehtiyatlı olun ki, münaqişə vəziyyəti yaranmasın, "sualtı qayalara dəyib parçalanmayasınız". Bu təhlükə özünüzə həddən artıq inam, mənəmlik yaradır. Çalışın ki, çox işi birdən öhdənizə götürməyəsiniz. Fırıldaqla işin içindən çıxmağa can atmayın, dürüst və düzgün hərəkət edin. Şəxsi işlərinizlə məşğul olun, ruhunuzun inkişafına çalışın.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Münaqişələrdən nə qədər uzaqda olsanız, adamların xəbisliklə bir-birinə quyu qazdığını görüb onlarla rabitəni azaltsanız, bir o qədər rahat olarsınız. Evinizdən uzaqlarda olarkən yerli adət-ən`ənələrə riayət edin, bu, sizi tə`min etməsə də, hər halda qanuna tabe olmalısınız. Gərginlik yaradan vaxtların sərhədlərindən uzaqda durmağı bacarın. Falçılıqla məşğul olmayın.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Az düşünüb tez qərar qəbul etsəniz, hiyləgər və çevik adamların gülüş hədəfinə çevrilərsiniz. Nə qədər doğru olsanız da, qarşınızdakı adamın kütlük səviyyəsini nəzərə alıb çox dərin mübahisələrə girişməyin. Uduzmağın ağır əzabını daşımağa həvəsiniz yoxdursa, mübahisələrə girişməyin, çünki mütləq münaqişə yaranacaq. Ailədə rahatlıq və uyarlıq tapacaqsınız. Qarşılıqlı hissi yaxınlıq, duyğularınızın artması müşahidə olunacaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces İndi nə edirsinizsə, mütləq mə`nada özünüz naminədir. Kiməsə yaxşılıq etməkdə məqsədiniz özünüzün gələcəkdə yaxşı əməllərlə rastlaşmağınız üçündür. Yamanlıq da eləcə. Gələcəkdə qarşınızda maneə görmək istəmirsinizsə, xoş səmimiyyətlə xeyirxahlıq edin. Müdiriyyətlə mübahisəyə girişməyin, onun istəklərinin əksinə getməyin. Hörmətli adama hörmətsizlik göstərməyin. Müsabiqələr keçirilirsə, mütləq qalib gələcəksiniz.



 
Copyright © by Media LTD,2001 E-mail