Firqələrdə

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#94(318)
Mirəlioğlu müəmmalı danışdı...
Deyəcək, mütləq deyəcək...


Mirəlioğlu müəmmalı danışdı...
"Axı mən deyə bilməzdim ki, "növbəti səhvimi buraxıb Əli bəy Kərimova söz verirəm"

Mərhum AXCP sədri Əbülfəz Elçibəyin ölümünün ildönümü ilə bağlı birləşmiş müxalifətin təşkil etdiyi tədbir "klassiklər"in rəhbəri Mirmahmud Mirəlioğlunun qəbr üstündə müəmmalı çıxışı ilə daha çox yadda qaldı: "Mən Bəyin qarşısında heç bir günah işlətməmişəm... Bəy, hüzurunda olan səhvlərimdən birini düzəldirəm indi.ÿÇıxış üçün söz Əli bəy Kərimova verilir".
Onu da deyək ki, Mirmahmud Mirəlioğludan əvvəl bir neçə partiya sədri, o cümlədən AXP sədri Pənah Hüseynov çıxış edərək Əbülfəz Elçibəy qarşısında müəyyən günahları, səhvləri olduğunu e`tiraf etmişdi. Mirmahmud Mirəlioğlunun çıxışı isə AXCP-nin "klassiklər" qanadında, hətta partiya rəhbərliyi səviyyəsində ciddi narazıılıq yaradıb. Üstəlik, Mirmahmud Mirəlioğlunun "səhvlərimdən birini düzəldirəm" deyərək çıxış üçün sözü Əli Kərimova verməsi "klassiklər" arasında növbəti anlaşılmazlığa səbəb olub. AXCP (klassiklər) sədrinin sözlərindən belə çıxdı ki, bə`zi tədbirlərdə Əli Kərimova söz verməməsi onun atdığı ən səhv addamlardandır və Əbülfəz Elçibəyin məzarı önündə "islahatçılar"ın rəhbərinə söz verməklə səhvlərinin bir qismini yuyur.
Əbülfəz Elçibəyin məzarı qarşısındakı müəmmalı çıxışını şərh edən Mirmahmud Mirəlioğlu bizimlə söhbətində klassik ampluasından çıxış etdi. Yə`ni nə demək istədiyi növbəti dəfə anlaşılmadı: "Əbülfəz Elçibəyin ölümünün ildönümü mərasimində nə demək istəmişəmsə, onu da demişəm. Axı mən deyə bilməzdim ki, "növbəti səhvlərimdən birini də buraxıb Əli bəy Kərimova söz vermirəm". Burada hansısa başqa mə`na axtarmaq lazım deyil.ÿ Həmin çıxışımla bağlı əlavə şərh vermək istəmirəm".
P.S. Mirmahmud Mirəlioğlu ilə bağlı geniş müsahibəmizi növbəti sayımızda oxuya bilərsiniz.

Deyəcək, mütləq deyəcək...
Şadman Hüseyn:
"Yaxın günlərdə mətbuat konfransı çağırıb jurnalistlərin qarşısında qəti qərarımı açıqlayacam"

Noyabrın 16-da keçiriləcək təkrar seçkidə iştirak etmək üçün bir neçə namizəd MSK-ya rəsmi müraciət etsə də, deputatlığa bir neçə iddialı hələ də mövqeyini açıqlamaq istəmir. ÿAMİP Siyasi Şurasının üzvü, keçmiş millət vəkili Şadman Hüseyn də deputatlığa iddialı olmasına baxmayaraq, nədənsə, hələ də qərarını mətbuata açıqlamaq istəmir.
Bizimlə söhbətində Şadman Hüseyn parlament seçkisi ilə bağlı son qərarını açıqlamamasına münasibət bildirdi. Xatırladaq ki, bir müddət əvvəl Şadman Hüseyn "bu seçkidə iştirak etməmək üçün partiya heç bir qərar qəbul edilməyib" desə də, AMİP rəhbərliyi dərhal onun dediklərini rəsmən təkzib etdi. AMİP sədrinin müşaviri Məhərrəm Zülfüqarlı "təkrar seçkidə iştirak etməməklə bağlı partiyada qəbul edilən qərarı qüvvədən salan heç bir hüquqi prosedur olmayıb", - deyə, "Bizim ƏSR"ə bildirdi. Zülfüqarlının sözlərinə görə, konkret olaraq, AMİP bu seçkidə iştirak etməyəcək. Şadman Hüseyn isə Məhərrəm Zülfüqarlının həmin açıqlamasına maraqlı cavab verdi: "Məhərrəm Zülfüqarlı sədrin müşaviridir.ÿƏgər o belə deyibsə, görünür doğrudan da AMİP-in təkrar seçkidə iştirak etməməklə bağlı qərarı var".
Şadman Hüseynin sözlərinə görə, seçkidə iştirakla bağlı qərar qəbul edəndə bu cür fikir ayrılıqları barəsində də açıqlama verəcək. Keçmiş millət vəkili yaxın günlərdə mətbuat konfransı çağıracağını da dedi: "Qərar olanda hamı biləcək. Çünki bu elə bir şeydir ki, onu sirr kimi saxlamaq mümkün deyil. Sadəcə olaraq hələlik həmin məsələ ilə bağlı qəti qərar qəbul etməmişəm. Son sözümü deyəndə mətbuat konfransı keçirib qərarımı orada açıqlayacam".

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd