Şou xəbərlər

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#94(318)
"Qayınanalar qayınanası"nın premyerası ləngiyir
Arif Quliyev filmə çəkilir
Elmira Ələkbərzadə xalq mahnılarına müraciət edib


"Qayınanalar qayınanası"nın premyerası ləngiyir
Cahangir Novruzovun iradları ucbatından

Görkəmli sənətkar Nəsibə Zeynalovanın iştirakı ilə "Cənnət" Teatrının səhnələşdirdiyi "Qayınanalar qayınanası" tamaşasının bu günlərə premyerası gözlənilsə də, səs-soraq çıxmadı. Xatırladaq ki, Nəsibə Zeynalova yaradıcılıq yolundan bəhrələnən teatrın sözügedən əsəri məhz bu meylin təzahürüdür.
Özü də görkəmli sənətkarı aralarında görmək istəyiblər. Və Nəsibə xanım da onlara "yox" demədi. Təbii ki, bir şərtlə. Onun səhhətini nəzərə alaraq, rolunu yazsınlar. Elə də oldu. Nəsibə Novruzovanın səhnələşdirdiyi "Qayınanalar qayınanası" tamaşasında Nəsibə xanım çox əziyyətə qatlaşmayıb. Premyeranı isə Cahangir Novruzovun gəlişinə saxlamışdılar. Cahangir Novruzovun Bakıya gəlişindən bir müddət keçsə də, premyeradan səs-soraq çıxmamasına gəlincə, o, sözügedən tamaşaya bə`zi iradlar tutub. Ona görə də premyera ləngiyir, üstəlik heç vaxtı-və`dəsi də bilinmir. Bir o mə`lumdur ki, məşqlər uzun çəkəcək.

Arif Quliyev filmə çəkilir
Rusiya kinematoqrafçılarının ekranlaşdırdığı "Dağlar qoynunda" filminin maliyyə problemləri var

Bu günlərdə Arif Quliyev Sankt-Peterburqdan qayıdıb. Yol təəssüratını bizimlə bölüşən aktyor bildirdi ki, səfəri yaradıcılıqla bağlı idi.
O, Rusiya kinematoqrafçılarının ekranlaşdırdığı "Dağlar qoynunda" adlı filmə çəkilir. Kənd həyatından bəhs edən bu film komediya janrındadır. Bir sözlə, Arif Quliyev bu ekran əsərində də öz ampluasından kənara çıxmayıb. "Ferma müdiri rolunda çəkilirəm",-deyən aktyor onu da bildirdi ki, obrazı ürəyincədir. Xatırladaq ki, filmin çəkilişlərinə bir il öncədən başlanılsa da, maliyyə durumu tamamlanmağa imkan vermir. Elə indi də vəziyyət dəyişməyib. Arif Quliyev bu səfərində yalnız bir -iki epizoda çəkilib, yenə çəkilişlər dayandırılıb. "Arif" Satira Teatrı isə mövsümü gec açacaq. Buna baxmayaraq, Arif Quliyev indidən tamaşaçılara bildirir ki, növbəti mövsümdə "Yuyulmamış qaşıq" adlı yeni tamaşa görəcəklər.

Elmira Ələkbərzadə xalq mahnılarına müraciət edib

Elmira Ələkbərzadə Təl`ət Qasımovun müəllimliyi ilə keçən muğam dərslərinə ara verib. Ona görə yox ki, artıq muğamın bütün sirlərinə yiyələnib. "Sadəcə, hələ yaydır, yaxın zamanlarda yenə dərslərimiz başlayacaq.
Və mən hesab edirəm ki, muğam elə bir dünyadır ki, onun sirlərinə insan ömrünün sonuna qədər vaqif ola bilməz". Onu da deyim ki, bu günlərdə yazdırdığı iki xalq mahnısı - "Dağlar" və "Bağçada güllər", - sonuncusu muğam üstündə lentə alıb. Sentyabr ayına yeni musiqi albomu çıxarmaq fikri var. Cahangir Cahangirov, İsa Məlikov və başqa bəstəkarlarla yanaşı albomda onun öz bəstələrini də eşidəcəksiniz. Onun ardınca isə sənətsevərlərə daha bir albom təqdim edəcək. Albomlar arasında fasilə verməməsini müğənni onunla açıqladı ki, demək olar iki musiqi albomuna yetəcək materiallı var.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd