|
|
|
|
|
|
|
Türkiyə ordusunun komandanı ilə Bakıda aparılan danışıqlar Ankarada davam etdiriləcək. Azərbaycan müdafiə nazirinin qardaş ölkəyə cavab səfərində bir sıra sənədlər imzalanacaq. Hələlik onların mahiyyəti açıqlanmasa da, Səfər Əbiyevin sözləri diqqət çəkir: "Azərbaycana hansı kömək lazımdırsa, Türkiyə onu edəcək".
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hüseyn Kıvrıkoğlunun səfəri başa çatsa da, onun önəmi barədə müzakirələr hələ uzun sürəcək. Təbii ki, rəsmi açıqlamalar içində ən diqqətçəkəni prezident Heydər Əliyevin Kıvrıkoğlunun səfər proqramına verdiyi qiymət oldu.
|
| | |
|
Xəbərlər
|
Azərbaycan prezidentinin sözlərinə görə, danışıqlar bir qədər də uzansa,
qaz kəmərinin tikintisi bir il ləngiyəcək
|
|
Xəbərlər
|
Zaqatala polisinə basqın edənlərin fotorobotları gömrük- keçid məntəqələrinə paylanıb |
|
Kriminal
|
Öz mənzilində meyiti tapılmış
Mahir İlyasovun qatili iki ay sonra yaxalanıb
|
|
Əyləncə
|
Firudin Qurbansoydan ulduz falı |
|
İdman
|
XI milli çempionatın yeniləri -
"Ümid" və "Şahdağ" səfərdə qalib gəldilər
|
|
Şou xəbərlər
|
Hava dəyişsə də, tədbir anşlaqla keçdi
|
|
| Xəbərlər |
"Enerji problemi
olmayacaq"
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov dünən verdiyi açıqlamasında bildirib ki, ötən ildə olduğu kimi 2001-ci ildə paytaxt sakinlərinin enerji problemi olmayacaq. Əhalini buna inanmağa çağıran Abutalıbov enerji ilə yanaşı bir neçə problemin də həll ediləcəyini deyib.
Paytaxtda aparılan bütün tikinti işlərinin dayandırılması xəbərini təkzib edən mer deyib ki, cəmi 11 təşkilat fəaliyyətini müvəqqəti olaraq dayandırıb: "Onlar qanunsuz tikililər deyillər. BŞİH-in həmin tikililər barədə sərəncamı var.
Sadəcə olaraq onlar sərəncamdakı bəndin birini pozublar. Onlar meriya ilə müqavilə də imzalamalı idilər. Amma müqavilə imzalanmadan onlar tikinti işlərinə başlayıblar. Buna görə də meriya həmin təşkilatlardan fəaliyyətlərini müvəqqəti olaraq dayandırmağı tələb edib. Onlar 5 mərtəbəli bina üçün sərəncam alsalar da, 15 mərtəbəli tikintinin inşasına başlayıblar. Həmçinin həmin binalar tikilərkən kommunikasiya xətlərinin mövcudluğu nəzərə alınmayıb".
|
Sammit
tə’xirə salındı
Bu il oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulan Xəzəryanı dövlət başçılarının sammiti tə’xirə salınıb. Bu sensasion bəyanatla Türkmənistan prezidenti Saparmurad Niyazov dünən çıxış edib.
İTAR-TASS agentliyinin yaydığı xəbərdə sammitin başqa vaxta keçirilməsinin səbəbləri barədə hər hansı mə’lumat verilmir.
"Turan" agentliyinə Aşqabaddakı mənbələrdən mə’lum olub ki, dövlət başçılarının sammitinin tə’xirə salınmasına "tərəflərin bir-biri ilə dil tapmaması" səbəb olub.
|
| |
| |
|
| | |
|