|
|
|
|
#95(319)
|
 |
Artıq imzalanacaq sazişlə bağlı E`tibar Məmmədovla Sabir Rüstəmxanlı arasında bir neçə dəfə görüş də olub. Görüşdə konkret olaraq əməkdaşlıq sazişinin hansı müddəalarının müzakirə edildiyi açıqlanmır. Amma mə`lumat var ki,ÿAXCP ilə AMİP arasında imzalanacaq saziş gündəmə gələndə, VHP funksionerlərinin "bizim partiyada öz namizədimiz olacaq" deməsinə baxmayaraq, Sabir Rüstəmxanlı sazişə uyğun olaraq E`tibar Məmmədovun namizədliyini dəstəkləyəcək.
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı AMİP-lə saziş imzalayacaqları xəbərini təsdiqlədi. Buna baxmayaraq, sazişə nə zaman imza atılacağını gizli saxladı: "Ola bilsin ki, AMİP-lə VHP arasında saziş yaxın günlərdə imzalansın. Hələlik saziş barədə bunları deyə bilərəm. Çünki sazişin bütün detaları konkret olaraq müəyyənləşməyib".
n Bəs vahid namizəd məsələsi sazişdə öz əksini necə tapıb? Sabir Rüstəmxanlı dedi ki,ÿVHP ilə AMİP-in prezident seçkisində vahid namizədlə çıxış etmək məsələsi, hələ ki, müəyyənləşdirilməyib. Ona görə də millət vəkili bu barədə təfərrüatlı açıqlama vermədi. Maraqlıdır ki, Sabir Rüstəmxanlı bunun nə zaman müəyyənləşəcəyini də deyə bilmədi. VHP sədrinin sözlərinə görə, AMİP rəhbərliyi ilə danışıqlar gedir və saziş tam hazır olandan sonra həmin məsələ barədə ətraflı açıqlama verəcəklər.
AMİP sədrinin müavini Əli Əliyev isə VHP ilə imzalanacaq saziş barədə indidən konkret bir söz demək istəməsə də, onun geniş müstəvidə olacağını bildirdi. Prezident seçkisində vahid namizəd məsələsinə gəlincə, AMİP-in sədr müavini yenə hadisələri qabaqlamaq istəmədiyini vurğuladı.
Alternativ ASDP yaranır Şadman Hüseyn: Zərdüşt Əlizadə: "Vəziyyət dəyişən kimi qərargaha gedib, onları ehmalca bayıra atacağıq"
|
ASDP-də baş verən hadisələrə ilk günlər partiya rəhbərliyi "qiyam yox, axmaqlıq cəhdi" kimi yanaşsa da, vəziyyət ehtimal olunduğundan da kəskindir. Partiya MNK-sının sədri Malik Hacıyev bəyanat yayaraq həmsədrlərin səlahiyyətlərinin alındığını, ASDP-nin möhür, ştamp və qərargahınınÿonların səlahiyyətinə keçdiyini açıqlayıb.
Üstəlik, həmin sənədləri Ədliyyə Nazirliyinin (ƏN) hüquqi şəxslərin qeydiyyatı şö`bəsinə də təqdim edib. Malik Hacıyev iddia edir ki, bütün problemləri ƏN araşdırıb qərar çıxarmalıdır. O, hətta ASDP-nin bağlanacağını da istisna etmir.
ASDP-nin "iste`faya göndərilmiş" həmsədri Zərdüşt Əlizadə isə iddia edir ki, Malik Hacıyev Nizamnaməni pozur: "Nizamnamədə belə bir maddə var ki, MNK qurultay tərəfindən seçilir və qurultaya tabedir. Onun vəzifəsi Nizamnamənin icrasına nəzarət etməkdir. Qərar qəbul etmək isə qurultayın səlahiyyətlərinə aiddir. MNK və həmsədrlər qurultayda seçildiklərinə görə, qurultaya da tabedirlər. Yə`ni, biz MNK-ya tabe deyilik. MNK yalnız bizim fəaliyyətimizi təhlil edib nəticəni qurultaya verə bilər. İndi onlar Nizamnaməyə zidd olaraq həmsədrləri kənarlaşdırır, bütün icra səlahiyyətlərini öz üzərlərinə götürürlər. Halbuki, onların nəzarət səlahiyyətləri var, icra yox. Mə`lum məsələdir ki, onlar dəli deyillər. İkisi də ali savadlı şəxslərdir və buna görə də yazı-pozu işini, qanunları çox gözəl bilir".
Zərdüşt Əlizadə iddia edir ki, ASDP-ni əzmək, onu ələ keçirmək istəyən qüvvələr MNK sədrini ələ alıb: "Mən bu iki nəfərin ikisini də gözəl tanıyıram. Onlar son günlər "Səs" qəzetində Azərbaycan dilində, ədəbi yazılar dərc etdiriblər. Onlar nəinki həmin yazıları yaza, hətta bir abzas Azərbaycan dilində oxuya bilməzlər. Həmin yazıda "ehtiva edir", "sirayət edir", "fövqündə durur", "iqtibas etdirir" sözlərini yazıblar. Halbuki, bu sözləri onlar ömürlərində fikirləşə bilməzlər. Partiyada da başqa bir adam yoxdur ki, bunları yazsın".
Ədliyyə Nazirliyinin ASDP ilə bağlı hər hansı bir qərar qəbul etməsinə, hətta partiyanı bağlamasına gəlincə, Zərdüşt Əlizadə bunun mümkün olmayacağını dedi: "Çünki MNK-nın çıxardığı qərarın düzgün olub-olmadığını yalnız qurultay deyə bilər. Ədliyyə Nazirliyinin işi bizi qeydiyyatdan keçirməkdən ibarətdir. Əgər qanunu pozmuruqsa, Ədliyyə Nazirliyinin bizimlə işi olmamalıdır. Dəqiq bilirəm ki, onlar bunun ardınca tamaşalar düzəltməyə başlayacaqlar. Guya ASDP yenidən təşkilatlanmağa başlayır, yeni hey`ət seçilir. Televiziyalar da göstərəcək ki, onlar qurultay keçirir. Ola bilər ki, onlar möhürü, ştampı, qərargahı özlərində saxlasınlar. Məgər Azərbaycandakı partiyalar möhürü, ştampı, qərargahı ilə tanınır? Təbii ki, bütün siyasi partiyalar həmsədləri ilə tanınırlar. Elə ki, vəziyyət bizim xeyirimizə dəyişdi, onlara fitva verən qüvvələr iflasa uğradı, onda qərargaha gedib onları ehmalca bayıra atacağıq. Ədliyyə Nazirliyi də etdiyi səhvi düzəldəcək. Bununla da məsələ həll olunacaq. Onlar elə bilirlər ki, Sosinternə üzv ola biləcəklər, Avropa Şurası Parlament Assambleyasında böyük bir dəstə ilə təmsil olunacaqlar. İnanıram ki, tarix onlara belə bir şans verməyəcək".
"Onlar sülh axtarmırlar" Şadman Hüseyn: A.Mollazadənin qənaətinə görə,
Dağlıq Qarabağda seçki şousunu
oranı işğal etmiş Ermənistan keçirir
|
Dağlıq Qarabağda keçiriləcək seçkilərlə bağlı Avropa Şurası maraqlı açıqlama verib. Həmin açıqlamada bildirilir ki, Avropa Şurası Dağlıq Qarabağda keçiriləcək seçkilərin legitimliyini tanımayacaq: "Çünki Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında müəyyən öhdəliklər götürüb.
Hamıya mə`lumdur ki, Qarabağdan didərgin düşmüş nə qədər qaçqın var. Həmin insanlar da seçkilərdə iştirak etməlidir. Onların seçkilərdə iştirakı mümkün olmadığına görə, bu seçkilərin heç bir hüquqi əsası da yoxdur".
AXCP (islahatçılar) sədrinin müavini Asim Mollazadənin də mövqeyi belədir ki, həmin seçkinin legitimliyini heç bir beynəlxalq qurum tanımayacaq. Mollazadənin sözlərinə görə, seçki şousunu Qarabağı işğal etmiş Ermənistan keçirir: "Ona görə də həmin seçkinin heç bir hüquqi əsası ola bilməz. Təbii ki, Azərbaycan tərəfi həmin seçkilərə öz e`tirazını bildirəcək. Ermənistanın bu addımı bir daha sübut edir ki, onlar sülh yox, qarşıdurma axtarışındadırlar. Rəsmi Yerevan növbəti addımları ilə beynəlxalq ictimaiyyətin sə`ylərini puça çevirir".
|