Şou xəbərlər

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)
Leyla Əhmədova geyim kolleksiyalarını sərgilədi
"Səni tərənnüm edirəm, doğma Azərbaycanım"
Yaşar Nurinin 50 illik yubileyi qeyd olunacaq


Leyla Əhmədova geyim kolleksiyalarını sərgilədi
Hava dəyişsə də, tədbir anşlaqla keçdi

Hava birdən-birə dəyişsə də, musiqi və moda sevərlər bu tədbirdən qalmadı. İki gün çəkən tədbir anşlaqla ötüşdü.
Bildiyiniz kimi, "Zuğulba" Dəniz Klubunda "İnterturan" moda evinin yaradıcısı, modelyer Leyla Əhmədova Aygün Kazımova ilə birgə tədbir gerçəkləşdirdi. Moda və musiqinin qovuşduğu tədbirdə Leylanın ən müxtəlif kolleksiyasını seyr edən tamaşaçılar, necə deyərlər, Aygünü də manekenlər arasında gördülər. Ancaq bir qədər fərqli. "Sevdim ", "Qoy işığı söndürüm", "Yağış", "Mən aydan gəlmişəm" və s. mahnıları oxuyan Aygün sanki musiqini bütöv bir kompozisiya şəklində təqdim edirdi. Mahnının ovqatı, mövzusu, çaları ilə libası səsləşirdi.



"Səni tərənnüm edirəm, doğma Azərbaycanım"
Sentyabr ayı 12 diskin təqdimat mərasimi keçiriləcək

Rəşid Behbudovun ailəsinin təşəbbüsü ilə Türkiyənin dünya standartların cavab verən səsyazma studiyasında lentə alınan "Səni tərənnüm edirəm, doğma Azərbaycanım" başlıqlı 12 diskinin təqdimat mərasimi sentyabr ayı olacaq.
Xatırladaq ki, bir- iki il öncə Azərbaycana gətirilən bu disklərin təqdimat mərasiminin keçirilməsində müəyyən problemlər yarandığından, Rəşidə xanım diskləri sənətsevərlərin ixtiyarına Azərbaycanda deyil, hər hansı bir xarici ölkədə verməyi qərara almışdı. Vəziyyətin yaxşılığa doğru dəyişməsinə gəlincə, Behbudovlar ailəsindən bildirdilər ki, "Azərbaycan Mədəniyyətinin dostları" fondu sayəsində bu problem öz həllini tapıb". Respublika sarayında gerçəkləşəcək təqdimat mərasimi sentyabr ayına təsadüf edəcək. Günü isə yaxın zamanlarda dəqiqləşəcək. Son dərəcə möhtəşəm keçəcəyi gözlənilən tədbirə dünyanın ən müxtəlif ölkələrindən rəşidsevərlər toplanacaq. Son olaraq deyək ki, tədbirin təşkilatçıları sırasında "Azərbaycan mədəniyyətini dostları" fondu ilə yanaşı, Rəşid Behbudov fondu və Prezident Aparatının humanitar şö`bəsidir.

Yaşar Nurinin 50 illik yubileyi qeyd olunacaq
Hələliksə, aktyor rollarının sayını itirib

Həmişə olduğu kimi, bu mövsüm də Yaşar Nurinin işi yetərincə çoxdur. Yeni rollarının siyahısı uzun alındığından, çaşmamağa çalışan aktyor bu haqda ardıcıllıqla mə`lumat verdi.
Mə`lum oldu ki, Milli Dram Teatrında Vaqif İbrahimoğlunun Kamal Abdullanını əsəri əsasında səhnələşdirdiyi "Casus" tamaşasında əsas rolu - Dədə Qorqudu oynayacaq. Yeni mövsümdə daha bir tamaşada rol alacağı şəksiz olsa da, Yaşar Nuri bu haqda açıqlama vermədi. Vaqif Mustafayevin çəkdiyi "Manifest" bədii filmində isə rolunun adı Əbdül Qənidir. Rolun mahiyyətinə gəlincə, Əbdül Qəni nə az, nə çox film prodüsseridir. Oktyabr ayından e`tibarən, Vaqif Mustafayevin rejissorluğu ilə daha bir filmin çəkilişlərinə başlayacaq. Bu haqda da o susmağa üstünlük verdi. Televiziya çəkilişlərinə gəlincə, tamaşaçılar yaxın zamanlarda "Yaşıl eynəkli adam" televiziya tamaşasının üçüncü hissəsini görəcəklər. "Yaşıl eynəkli adam" televiziya tamaşasının qazandığı uğuru xatırlayan aktyor Ramiz Həsənoğlu və Vaqif Səmədoğlunun bu təşəbbüsünü alqışladı. Daha sonra Ələkbər Kazımovskinin "Sabiqlər" televiziya tamaşasının üçüncü hissəsi çəkilir. Radioda isə Mirzə Ələkbər Sabirlə bağlı silsilə verlişlər hazırlayır. Bu Yaşar Nurinin yaradıcılıq işləri. Xatırladaq ki, o, inzibatçı kimi də məs`uliyyət daşıyır. "Yaşar" Teatrının açılışı isə bu yaxınlarda olmayacaq. Çünki "Deyəsən, mən hələ aktyor kimi lazımam" deyən Yaşar Nuri bədii rəhbər məs`uliyyətini üzərinə götürməyə tələsmir. Müsahibim bildirdi ki, "Bir ilə, beş ilə, onu dəqiq bilmirəm, hər halda nə zamansa "Yaşar" teatrının qapıları teatrsevərlərin üzünə açılacaq". Ən nəhayət, sentyabr ayı - bu xəbəri müsahibimdən deyil, əlaqədar orqanlardan almışıq - sentyabr ayı Yaşar Nurinin 50 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Mədəniyyət naziri Polad Bülbüloğlunun xüsusi təşəbbüsü ilə keçirilən bu tədbirə artıq neçə aydır ki, ciddi hazırlıq görülür.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd