Sağlamlıq

Ana səhifə
Xəbərlər
Ölkə
Firqələrdə
Pauza
Aləm
İş günü
Sağlamlığ
Mədəniyyət
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#95(319)
VIII. Menyu tərtib etmək böyük elmdir

Müdrik Şərqin bəşəriyyətə bəxş etdiyi parlaq şəxsiyyətlərdən biri, hələ 18 yaşında iste`dadlı həkim kimi şöhrət tapmış təbib və filosof İbn Sina insanları naturalarına (fərdi xüsusiyyət, konstitusiya) görə 4 yerə bölürdü: qaynar natura, soyuq natura, yaş natura, quru natura. Hər naturanın (konstitusiyanın) özünə məxsus həyat tərzi və tələbatı var. Həmçinin - qida tələbatı. Ona görə də menyu tərtib edərkən, hər bir adam öz naturasını, boy-buxununu, gün ərzində məsrəf etdiyi enerjini və mütləq ilin fəslini nəzərə almalıdır. Təbiidir ki, səhərdən axşamacan külüng çalan, yaxud divar hörən fəhlənin menyusu ilə oturaq həyat tərzi keçirən ziyalının menyusu eyni ola bilməz. Fəhlə küllü miqdarda zülal itirir, odur ki, fəhlənin menyusunda zülal ziyalının menyusuna nisbətən çox olmalıdır. Daxil olan enerji (qida, su, işıq, informasiya və s.) çıxan enerjiyə bərabər olmalıdır, balans pozulmamalıdır.
İbn Sina təklif edirdi: qışda isti qida yemək, yayda-ilıq və ya soyuq qida qəbul etmək.
Biz isə əlavə edirik ki, menyu mümkün qədər sadə qidalardan tərtib olunmalıdır. Həm də menyu yeknəsək olmamalıdır. Əlbəttə, menyu tərtib edərkən qidalanmanın 20 prinsipini nəzərə almaq vacibdir. Biz ömrünün yarım əsrini qidalanma problemlərinə həsr etmiş məşhur tədqiqatçı alim Herbert Şeltonun tərtib etdiyi menyunu hörmətli oxucuların diqqətinə təqdim etməklə, hər kəsin öz zövqünə uyğun qida rejimi seçməsi üçün imkan yaradırıq.

Şöhrətli alimin uzun tədqiqatlarından sonra tərtib etdiyi "kasad" menyuya ötəri nəzər saldıqdan sonra oxucuların hansı hissləri keçirdiyini və nə düşündüyünü təxmin edirəm. Elə mən özüm də birinci dəfə bu menyu ilə tanış olanda, qeyri-ixtiyari olaraq dodağım qaçmışdı. Menyu mənə gülməli gəldi, fikirləşdim ki, bu cür qidalarla insan heç bir həftə də yaşaya bilməz, ayaqlarını uzadıb ölər. Sonralar bu fikrin nə qədər yanlış olduğunu dərk etdim və məndə tədricən belə bir qəti inam formalaşdı: yalnız bu cür qidalanan insan sağlam və güclü olar, özünü rahat hiss edər.
Belə bir "sərt" menyunu tədricən tətbiq etmək, məqsədə doğru addım-addım getmək, orqanizmə adaptasiya üçün möhlət vermək məsləhətdir. Lakin iradəli və cəsarətli adamlar belə menyuya bir başa keçə bilər. Yarana biləcək bə`zi narahatlıqdan çəkinmək lazım deyil. Belə narahatlığı narkotik maddələrin qəbulundan imtina etmiş şəxsin keçirdiyi krizislə müqayisə etmək yerinə düşər: krizisə dözmək çətindir, fəqət zərurətdir, onun heç bir təhlükəsi yoxdur. Nəzərə almaq lazımdır ki, müasir insan həzm edə və mənimsəyə bildiyindən 3-4 qat artıq qida qəbul edir. Biz yediyimiz ərzağı yalnız 18-20 faizini mənimsəyə bilirik, qalan 80-82 faiz həzm olunmur, mənimsənilmir, şlaka çevrilib, bədəndə qalır, ayrı-ayrı orqanların fəaliyyətinə mane olur. Beləliklə də biz bakteriyalar üçün zəngin "süfrə" açmış oluruq, qanı zəhərləyirik. Bunun da qaçılmaz nəticəsi - çeşidli xəstəliklərdir. Professor H.Şelton belə bir sadə və faydalı menyu da tərtib edib: səhərlər - hər hansı şirəli meyvə (turş olsa daha yaxşıdır), günorta tərəvəz salatı və nişastalı qida (odda bişirilmiş kartof, yaxud boyat qara çörək), axşam - tərəvəz salatı və zülallı qida (kəsmik, yaxud pendir, yaxud qoz-fındıq, yaxud badam, yaxud püstə, yaxud şabalıd, yaxud tumlar, yaxud yumurta, yaxud ət).
Oxucuları düzgün qidalanmağın daha bir forması ilə tanış etmək istəyirəm: gündüz bal şərbəti, yaxud 400-500 qram meyvə (təzəsi olmasa qurusunu yemək), axşam 300-400 qram tərəvəz salatı, qoz-fındıq (yaxud badam, yaxud şabalıd, yaxud fıstıq, yaxud tumlar) qəbul etmək olar.
Çiyyeyənlərin tipik menyusu belədir: gün ərzində 400 qram alma, 50 qram kişmiş, 400 qram tərəvəz, 20 qram zeytun (yaxud günəbaxan) yağı, 50 qram qoz-fındıq (yaxud badam, yaxud şabalıd, yaxud püstə) ləpəsi yemək. Bir daha xatırladıram: bütün hallarda çiy qida bişmiş qidadan 3 dəfə artıq olmalıdır. Yalnız bu halda orqanizmi günəş enerjisi ilə vacib vitaminlərlə, mineral maddələrlə tə`min etmək, sağlamlığı qoruyub saxlamaq mümkündür. Mən özüm saat 11-dək çiy su, itburnu çayı, otlardan dəmləmələr içirəm, saat 11-də turş meyvə yeyirəm, 12-də tərəvəz salatı ilə nişastalı qida, axşam tərəvəz salatı ilə zülallı qida qəbul edirəm. Hansı səbəbdənsə başqa cür qidalandıqdan özümü çox pis hiss edirəm, stadionda yaxşı qaça bilmirəm (hər səhər 8-10 km məsafə qət edirəm), bütün günü yorğun-əzgin oluram, hətta, düşünmək qabiliyyətim də zəifləyir.
Faydalı menyu tərtib etmək hər bir insandan üç vacib keyfiyyət tələb edir:
- həyata şüurlu münasibət;
- möhkəm iradə;
- can sağlığı ilə bağlı dərin bilik.
Biliyi biz verəcəyik, iradəni isə hər kəs özündə yarada bilər. Onda həyata münasibət də kökündən dəyişəcək.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd