|
|
|
|
|
|
|
Rəsmi Bakı hələlik bu təşəbbüsə birmə`nalı cavab verməyib və öncə həmsədrlərin gətirəcəyi yeni təkliflərlə tanış olmaq niyyətindədir. Yalnız bundan sonra Ermənistanla birbaşa danışıqların bərpası barədə olar.
ABŞ dövlət katibinin müşaviri Elizabet Cons Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı Bakıda başladığı müzakirələri Yerevanda davam etdirib. ABŞ təmsilçisinin əsas məsləhətləşmələri Azərbaycanla Ermənistan arasında yüksək səviyyəli danışıqların bərpası ətrafında olub. Xatırladaq ki, bir neçə gün öncə Bakıda prezident Heydər Əliyevlə görüşən xanım Cons Vaşinqton administrasiyasının prezidentlərin yeni görüşünü təşkil etmək barədə düşündüyünü vurğulamışdı.
|
| | |
|
Xəbərlər
|
Prezident Heydər Əliyev Tehrana səfərinin İran tərəfindən yubadılması ilə bağlı narazılığını ifadə edib
|
|
İş günü
|
İlk dəfə olaraq Azərbaycanda nəzarət-buraxılış məntəqələrində sənədlərin yoxlanılmasında
sərhədçi qadınlar da iştirak edəcək |
|
Kriminal
|
Mirzəcəfərli kənd sakini Rüstəm Qarayevin müşakiməsi başlanacaq
|
|
Əyləncə
|
Firudin Qurbansoydan ulduz falı |
|
İdman
|
Azərbaycan komandası Moldova matçına itki ilə gedir
|
|
Şou xəbərlər
|
"Şöhrət sandalı" bədii filminin
çəkilişini
dəfələrlə pozub
|
|
| Xəbərlər |
Bakıda ekstremist-dini
təşkilatın özəyi ifşa edilib
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhərində Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən "Hizbut-Təhrir" dini ekstremist təşkilatının özəyi ifşa edilib, üzvlərinin bir neçəsi yaxalanaraq cinayət məs’uliyyətinə cəlb olunub.
MTN mətbuat xidmətinin yaydığı mə’lumatda bildirilir ki, təşkilatın fəallarından biri - "Əbdullah" ləqəbi ilə tanınan Özbəkistan vətəndaşı, milliyyətcə özbək Abdulrəsul Abdulkərimoviç Abdulrəhimov istintaqdan yayındığı üçün barəsində axtarış e’lan edilib. Mətbuat xidməti Əbdullahı tanıyan və onun yerini bilənlərdən MTN-yə mə’lumat verməsini xahiş edir.
Əlaqə telefonları: 95-04-87, 95-04-91.
MTN mənbənin anonimliyinə tə’minat verir.
|
Bakı-Novorossiysk neft kəməri partladılıb
Avqustun 29-da saat 1.15-də Mahaçqalanın 40 km-də Bakı-Novorossiysk neft kəməri partladılıb. Partlayış nəticəsində 5 metr dərinliyində çala əmələ gəlib. Yerin 80 sm dərinliyində olan boru partlayıb və neft axmağa başlayıb.
n Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Dövlət Neft Şirkətindəki mənbələr bildirib ki, Azərbaycan kəmərlə avqust ayı üçün öz payını-250 min ton nefti artıq nəql edib. Partlayış zamanı kəmərdə Qazaxıstan və Türkmənistan nefti olub. Həmin neft tankerlərlə Mahaçqala terminalına çatdırılır və neft kəmərinə doldurulur.
|
| |
| |
|
| | |
|