Ana sehife

ULDUZ FALI  
(30-31 Avqust)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Məişət problemlərini yoluna qoya biləcəksiniz. Müxtəlif idarə və təşkilatlara müraciət etsəniz, narazı qayıtmayacaqsınız. Bu gün rahatlıqla əldə etdiklərinizə bir neçə müddət qabaq ancaq arzu gözü ilə baxırdınız. Bunu unutmayın. Gücünüzü ağılla səfərbər edin. Başladığınız işləri sona çatdırmağı bacarın. Şəxsi məlahətinizlə çox işləri yoluna qoya biləcəksiniz. Təzə işlərə ağılla başlayın, ilk addımlardan səhv etməyin.

Buğa
[21 aprel - 20 may]

Taurus Daxili gücünüzün çoxalmasını hamı hiss edəcək. Sizi maraqlı səfər və qəfil tanışlıq gözləyir. Öz problemlərinizlə onu ilk dəfədən yükləməyin. Bu, yaddan çıxmayan görüşdür, uzun müddət xoş duyğuları xatırladacaq. Hər bir işinizi səliqə ilə axıra çatdıracaqsınız. Düşüncəsiz zirəklik göstərsəniz, maddi itkilərlə üzləşəcəksiniz. Yaxın adamlarla, qohumlarla düşmən kimi hərəkət etməyin, onları acılamayın, nə deyirlərsə, sizi istəməkdən söyləyirlər.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Daxili azadlığınızı bərpa etməyə çalışacaqsınız. Gücünüz çoxdur, onu sərf etmək üçün maraqlı yer axtarırsınız. Çox ola bilsin ki, səfərə çıxmaq şansı reallaşsın. Bunlar uzun müddət unudulmayan xoş ovqat bəxş edəcək. Heç nədən narahat olmayın, sizi gözləyən macəralar xoş ovqatla sona yetəcək. Maddi itkiləriniz olacaq. Heç vaxt tələsməyin, gecikməyə də adət etməyin. Sənədlərlə işləyərkən diqqətinizi dağıtmayın.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Yaradıcılıq gücünüz çoxalacaq. Daxili yaşantılarınızı ifadə etmək istəyi ilə alışacaqsınız. Təkliyə çəkiləndə hiss və həyəcanlarınızı gizlədə bilməyəcəksiniz. Dünyanı qeyri-adi yönümdən qavramanız sizdə nikbin əhval-ruhiyyə yaradacaq. Sizi himayə edən ruhi qüvvələrlə əlaqə yarada bilərsiniz. Bu, sizi çaşdırıb yoldan çıxarmasın. Çox ola bilsin ki, köhnə dostlardan kömək alasınız. Bu, yaxın qohumlardan kimsə də ola bilər.

Şir
[23 iyul - 23 abqust]

Leo Əsas işinizdə iste`dadınızı göstərə bilmək üçün yaxşı şərait yaranacaq. Hansı maneələr üzündən asılı olmayaraq, yarımçıq qoyduğunuz işləri tamamlamağınız məsləhətdir. Əvvəllər çətinlik çəkdiyiniz məsələləri asanlıqla yoluna qoya biləcəksiniz. Maraqlı adamla ünsiyyət yarana bilər. Xoşunuza gələn, ancaq münasibətləri kəsdiyiniz adamla yenidən əlaqələr yaradacaqsınız. İste`dad və bacarığınızı göstərəcək, zəhmət bahasına uğurlar əldə edəcəksiniz.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Gücünüzün çoxalmasına paxıllıq edəcəklər. Hər bir işiniz rahat alınır, əhatənizdə baş verən hadisələrdən baş çıxararaq, səhv etmədən addım atırsınız edirsiniz. Valideynlərdən maliyyə köməyi alacaqsınız. Gücünüzü səfərbər edib bir yerə yığın ki, yarımçıq qoyduğunuz işi sona çatdıra biləsiniz. Maliyyə işlərində ehtiyatlı olmalısınız ki, aldanmayasınız. Bahalı heç nə almayın. Adamların sıx toplaşdığı kütləvi tədbirlərdə iştirak etməyin.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Ruhi gücünüzün imkanlarından düzgün istifadə edin. Qəzəbləndiyiniz adamlara qarşı onu yönəltməklə yaxşı işlər görmək imkanını əldən verirsiniz. Mənzildəki tə`mir işini başa vuracaqsınız. Kollektivdə fərqlənmək üçün birgə işlərdə mütləq iştirak edin. Dostlarınızın məsləhətlərini qulaqardına vurmayın. Dəqiq, yerində söylənmiş təkliflərdən faydalanın. Depressiyaya düşməmək üçün gördüyünüzü görməməzliyə vurmağı bacarmalısınız.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Ciddi problemləriniz gözlənilmir. Bütün hərəkətlərinizi düşünüb, sonra addım atın. Vacib məsələlərin həllində, xüsusilə, ailə problemlərində düzəldilməsi mümkün olmayan səhvlər buraxmayın. Dözümlü və səbrli olun. Əgər məsləhətləri dinləməyə səbriniz çatsa, müxtəlif və çoxsaylı problemlərinizi həll edəcəksiniz. Ruhi məsələlərdə təcrübəniz artdıqca vəzifə borclarınızı da uğurla yerinə yetirəcəksiniz.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Bir qədər nəfəsinizi dərib istirahət etməlisiniz. Ürəyinizdən keçənləri həyata keçirmək üçün yaxşı fürsət düşəcək, sadəcə olaraq, cəsarətsiz görünməyin. Ağlınızın, məntiqinizin yasaqları aradan qalxacaq. Yaddaqalan vaxt kəsiyində yaşayacaqsınız. Xoş duyğular sizi qoynuna alacaq. Daxili gücünüzün, özünə inamın artdığı bu vaxtlarda hansı işdən yapışsanız, uğur qazanacaqsınız. Bununla belə, e`tibar etdiyiniz adamı, hiss etdirmədən yoxlamağınız məsləhətdir.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Daxili gücünüzün azalmasını hiss edirsiniz. Unutmayın ki, bu vaxt etdiyiniz hər bir hərəkət əleyhinizə yönələ bilər. Şəxsi həyatınızda çətin vəziyyət yaranacaq. Səbrinizi basmaq və yaxın adama münasibətinizdə zərifliyi saxlamağınız vacibdir. Vacib qərarlar çıxarmasanız yaxşıdır, yoxsa iş yoldaşı ilə münasibətləri tamamilə korlaya bilərsiniz. Gücünüzün yavaş-yavaş çoxalması üçün şərait yaranacaq, bu sizi daha da cazibədar edəcək.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Maraqlarınızı müdafiə etməlisiniz. Daxili dünyanızla ətraf mühit arasında uyğunsuzluğu görüb dərin həyəcan keçirməsəniz də olar, axı bu birinci dəfə deyil. Bacardıqca səbrli və dözümlü olmalısınız. Əgər qəzəbinizi göstərsəniz, maddi vəziyyətinizdə ciddi əngəllər yaranacaq. Diqqətinizi uşaqların üzərində cəmləşdirin. Daxili istilik, rahatlıq hissləri yaşayacaqsınız. Pozulmuş iqtisadi vəziyyətinizi düzəltmək imkanları yaranacaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Səhv xəbərlər eşitməyiniz ucbatından qanunla düz gəlməyən hərəkətlər edəcəksiniz, çalışın ki, bu, baş verməsin. Gizli bədxahların maneələri də həyatınızı qəlizləşdirəcək. Sənədlərinizi qaydaya salıb, illüziyalara uymayın. Yollarda ehtiyatlı olun. Hisslərinizə inanmayın, sizi aldada bilər. Sənədləri hazırlayıb səfərə çıxmağı bir qədər sonraya saxlayın. Maddi vəziyyətiniz yaxşı deyil.



 
Copyright © by Media LTD,2001 E-mail