|
|
|
|
#96(320)
|
 |
Bir ay öncə gözlərində ikinci dəfə cərrahiyyə əməliyyatı aparılan Oqtay Ağayev özünü yaxşı hiss edir.
"Elə bil gözlərimə nur gəlib", - deyən müğənni həkimlərə bəslədiyi ümidlərin boşa çıxmadığına şaddır. Xatırladaq ki, ilk dəfə onun gözlərində cərrahiyyə əməliyyatı 1999-cu ilin oktyabr ayında aparılıb. Ciddi effektlə qarşılaşmayan həkimlər ikinci cərrahiyyə əməliyyatını məsləhət bilmişdilər. Sentyabrın 3-də sonuncu dəfə həkim müayinəsindən keçəcəyini söyləyən Oqtay Ağayev həmin vaxtdan e`tibarən yenidən sənət qayğılarına önəm verəcək.
İlk növbədə, Lalə Dadaşova ilə bir neçə duet mahnı yazdırmaq istəyir. Söhbət əsnasında Oqtay Ağayev çətin günlərində ondan diqqətini əsirgəməyən sənət yoldaşlarına minnətdarlığını bildirdi. "Lalə Dadaşova, Mətanət İsgəndərli, Teymur Əmrah həmişə mənimlə maraqlanırdılar. Tez-tez yanıma gəlirdilər".
Xatirinizdədirsə, Bakı Dövlət Universitetinin mə`zun buraxılışında Mirzə Babayevin səhhəti birdən-birə pisləşmişdi.
Tə`cili xəstəxanaya çatdırılan müğənni bir müddət müalicə olundu. Həkim nəzarətindən sonra isə o, bütün yayı bağda keçirdi. Bu müddət ərzində ailə üzvləri onun özünü yaxşı hiss etdiyini söyləyirdi. Ancaq bu günlərdə bağdan şəhərə qayıdan Mirzə Babayevin səhhəti yenidən pozulub. Keçən dəfədən fərqli olaraq, bu dəfə soyuqlayıb. "İndi gəzən qriplərdən tutmuşam", - deyən Mirzə Babayev özünü çox pis hiss etdiyini bildirdi.
"Şöhrət sandalı" filminin çəkilişində Ajda Pekkan hamını heyrətləndirdi. Çəkiliş zamanı göz yaşlarını saxlaya bilməyən Ajda eyni epizodun dəfələrlə təkrarlanmasına səbəbkar olub.
Filmin yaradıcı hey`ətini, eləcə də bundan xəbər tutan sənətsevərləri təbii ki, bu, qayğılandırmır. Sadəcə, hamı bilmək istəyir ki, nə baş verib? Həmişə rolun öhdəsindən bacarıqla gələn Ajda bu keyfiyyətini itirib? Mə`lum olub ki, Ajda sadəcə, hissə qapılıb. Həyatda heç bir zaman ana olmayacağını bilən Ajda filmdə ana rolunu oynayırmış. Ona görə də göz yaşlarını saxlaya bilmirmiş.
|