|
|
|
| 5 iyul, 2001-ci il. Cümə axşamı|#72(296)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
 |
|
|
 |
|
Qəbələ RLS-in ətraf mühitə və insanlara tə`siri araşdırılıb
Səhiyyə naziri Əli İnsanovun bildirdiyinə görə, Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə və insanların sağlamlığına tə`sirini öyrənmək məqsədilə yaradılmış Azərbaycan-Rusiya ikitərəfli komissiyasının hesabatı yaxın günlərdə açıqlanacaq.
İyun ayında komissiyanın yaradılmasının 5 ayı tamam olub. Azərbaycan tərəfdən komissiyaya səhiyyə naziri Əli İnsanov rəhbərlik edir
|
| | |
|
İç siyasət
|
"O, danışanda yanaqları
qızaran Arzu Abdullayeva deyil" |
|
Firqələrdə
|
Şeyx Əbdül: "Ayrıseçkilik edilmədən
bütün sabiqlərə status verilməlidir"
|
|
Mədəniyyət
|
Gədəbəyin el sənətkarları qaçqın yerlilərinə
yardım niyyətilə xeyriyyə konserti verdilər
|
|
Əyləncə
|
Firudin Qurbansoédan ulduz falı |
|
İdman
|
İtaliyanın baş naziri işə qarışandan sonra məsələ həll olunub. |
|
Şou xəbərlər
|
Bu sualı həkimlər yaxın zamanlarda cavablandıracaqlar |
|
| Xəbərlər |
Prezident
başsağlığı verdi
Azərbaycan prezidenti Heydər Əliyev İrkutsk yaxınlığında TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması ilə bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
Teleqramda həlak olanların yaxınlarına və qohumlarına da başsağlığı verilir.
|
|
Təyyarə qəzasında bir azərbaycanlı da həlak olub
İyulun 3-də axşam İrkutsk yaxınlığında TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 114 nəfər sərnişin və ekipaj üzvləri arasında bir azərbaycanlı olub.
Qəzanın səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyasından TURANa mə’lum olub ki, həmin şəxs Mirməmmədov Məmməd Həsən oğludur. Hələlik onun Azərbaycan və ya Rusiya vətəndaşı olduğu bəlli deyil.
|
|
Portuqaliyanın
xarici işlər naziri Bakıya gəlir
Bu haqda mə`lumatı "Olaylar" İA-nın müxbiri ilə söhbətində Baş Xarici Siyasət İdarəsinin başçısı V.Quliyev verib. Portuqaliyalı nazirin Bakıya ilk rəsmi səfəri iyulun ikinci yarısında reallaşacaq.
Səfər müddətində Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələrin inkişafına dair bir sıra müqavilələr imzalanması nəzərdə tutulub.
|
"Bakı-Rostov"
qatarında bomba tapılıb
Çeçenlərin ruslarla mücadiləsi davam edir. Milliyyətcə çeçen olan qadın bu dəfə Rusiya ərazisinə partlayıcı qurğunu "Bakı-Rostov" sərnişin qatarında keçirib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları iyulun 1-də Dağıstanın "Kaçubey-Artezian" keçidində qatardakı sərnişinlərin yüklərinə baxış keçirərkən, onlardan birinin çantasından partlayıcı qurğu tapıblar. Çeçenistan vətəndaşı, 1965-ci il təvəllüdlü Tamara Nojayeva sözügedən "cəhənnəm maşını"nı çantasındakı paltarların arasında gizlədibmiş. Əməliyyatçılar ən güclü partlayıcı maddələrdən biri olan, saat mexanizmi ilə işləyən 400 qram çəkidə trotili vaxtında aşkar edərək, götürüblər. İstintaqçıların fikrincə, qadın partlayıcı qurğunu quraşdırıb Həştərxan dəmiryol vağzalında yüksaxlama kamerasına qoymağı planlaşdırıbmış.
|
|
| | | |
©WEB Design Group Media Ltd |
|
| |
|
| |
|
|