|
|
|
| 7 iyul, 2001-ci il. Şənbə|#73(297)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
 |
|
|
 |
|
Dünən Bakı şəhərində qanlı qətl hadisəsi baş verib. Milli Elmlər Akademiyasının keçmiş prezidenti mərhum Fəraməz Maqsudovun ailəsinə sui-qəsd edilib. Akademikin bir qızı yerindəcə keçinib, digər qızı və həyat yoldaşı isə ağır yaralanıb.
Hadisə Üzeyir Hacıbəyov küçəsi, 37/43 ünvandakı evin 26-cı mənzilində baş verib. Saat 17.00 radələrində mərhum akademikin qızı Elmira Maqsudova evə qayıdarkən onu yolboyu izləyən qatillər mənzilə daxil olaraq ailə üzvlərini gülləbaran ediblər
|
| | |
|
İç siyasət
|
ADP katibi Aydın Quliyev: "Müsavat hakimiyyət
şansını itirdiyinə görə, təşvişə düşüb" |
|
Firqələrdə
|
Eldar Namazov: "Zori Balayan Qarabağ konflikti başlayan ərəfədə Qorbaçovla görüşüb"
|
|
Eksklüziv
|
Milli təhlükəsizlik naziri Namiq Abbasov
ADRA humanitar təşkilatının nümayəndələrilə görüşmək niyyətindədir
|
|
Əyləncə
|
Firudin Qurbansoédan ulduz falı |
|
İdman
|
Futbol mövsümünün yaşıl meydanlarda cərəyan edən gərgin mübarizəsi son aylar transfer aləmindəki qızrın kezidlərlə əvəzlənib |
|
Şou xəbərlər
|
Zünki İnternet vasitəsilə yayımlanacaq |
|
| Xəbərlər |
Çinlə də hərbi
əməkdaşlıq edə bilərik
Dünən müdafiə naziri Səfər Əbiyevlə Çin Xalq Respublikası Xalq Azadlıq Ordusu Sinszyan hərbi dairəsi qoşunlarının komandanı Tsun Yenxanın başçılıq etdiyi nümayəndə hey’ətinin görüşündə müdafiə sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Görüş zamanı çinli general Çin-Azərbaycan hərbi əməkdaşlığının keyfiyyətli inkişaf yoluna qədəm qoyduğunu bildirib. O bu sahədə əməkdaşlığın "böyük perspektivlərini" də vurğulayıb.
Bu məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin başçısı da öz fikirlərini söyləyib. Qarabağ mövzusuna toxunan nazir deyib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, Çinə müəyyən ümidlər bəsləyir.
Çin nümayəndə hey’ətinin başçısı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və deyib ki, Pekin Ermənistan-Azərbaycan münaqişəsinin BMT TŞ çərçivəsində nizamlanması üçün sə’y göstərəcək.
|
|
Almaniyanın
mühacirlərə
ehtiyacı var
Almaniya hökumətinin hesabatına görə, ölkə hər il 50 min mühacirə ehtiyac duyur. Bunun əsas səbəbləri ölkədə doğum tempinin aşağı düşməsi, Almaniya əhalisinin qocalmasıdır. Doğumun tempi dəyişməz qalarsa, 2050-ci ildə Almaniya əhalisinin sayı (hazırda 82 min nəfərdir) dörddə bir hissə azalacaq.
Hesabatda göstərilən tövsiyələrə uyğun olaraq, xaricilərin alman cəmiyyətinə inteqrasiyası üzrə proqramların maliyyələşdirilməsi genişləndirilməlidir.
|
|
| | |
©WEB Design Group Media Ltd |
|
| |
|
| |
|
|