|
|
|
| 10 iyul, 2001-ci il. Çərşənbə axşamı|#74(298)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
 |
|
|
|
|
Xorvatiya hökuməti hərbi cinayətlər törətməkdə şübhəli bilinən iki nəfəri beynəlxalq Haaqa tribunalına təslim etmək haqqında qərar verməklə özünün axırına çıxıb. Hökumət kabinetin buraxılması kimi, ciddi problemdən yaxa qurtara bilməyib. Hökumətdə təmsil olunan dörd nazir (müdafiə, maliyyə, texnologiya, habelə baş nazirin birinci müavini Qoran Qraniç) dərhal iste’fa verib. Baş nazir İvitsa Raçan bəyan edib ki, ən yaxın günlərdə hökumətə e’timad göstərilib-göstərilməməsi məsələsi ölkə parlamentinin müzakirəsinə çıxarılacaq.
|
| | |
İnternetə elektrik şəbəkəsi ilə
Almaniyanın "Er-Ve-E" konserni elektrik şəbəkəsi vasitəsilə İnternetə qoşulma üzrə yeni proqramını həyata keçirməyə başlayıb
| Aləm |
|
|
|
|
|
|
|
|
İç siyasət
|
İlqar Məmmədovla Məhərrəm Zülfüqarlının sözü düz gəlmir
|
|
Firqələrdə
|
Şeyx Əbdül Hacı Əbdülün
ittihamlarından hiddətlənib
|
|
Eksklüziv
|
Robert Köçəryan Təbrizə quru yolu ilə gəlmək istəsə, Azərbaycan xalqı ona qarşı olan nifrətini, e`tirazını bildirəcək
|
|
Əyləncə
|
Firudin Qurbansoédan ulduz falı |
|
İdman
|
İyulun 6-9-dək Argentinanın paytaxtı Buenos-Ayresdə FİFA-nın növbəti konqresi keçirilib |
|
Şou xəbərlər
|
Həmkarı Robbi Ulyams ona ömrü
boyu minnətdar olacağını bildirib
|
|
| Xəbərlər |
MKİ-nin rəhbəri Tbilisidə olub?
Ötən həftə Amerikaya məxsus 200 tonluq "Akula" təyyarəsi Tbilisi aeroportuna enib. "Alia" qəzetinin mə`lumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Corc Tenet təyyarədə olub. MKİ rəhbərini görən bə`zi parlament deputatları bu xəbəri təsdiq ediblər. Hökumət evinin yerləşdiyi Çitadze küçəsinin hətta deputat maşınları üçün bağlı olması dolayı yolla mə`lumatın doğruluğunu subut edib.
Qəzetin yazdığına görə, qonaq iki qurumda-xüsusi mühafizə xidməti və Dövlət Təhlükəsizliyi Nazirliyində olub. Təsdiq edilməmiş mə`lumatlara görə, MKİ rəhbəri prezident Şevardnadzeyə təhlükəsizlik üçün xüsusi avadanlıq gətirib.
Lakin Gürcüstanın dövlət başçısı Milli radioaya bugünkü müsahibəsində Tenetin səfəri barədə mə`lumatları təkzib edib. Eyni zamanda o, sözügedən müddətdə Amerikanın xüsusi xidmət orqanlarının nümayəndələrilə görüşdüyünü e`tiraf edib, lakin görüş barədə ətraflı açıqlama verməyib.
|
|
Sabah da
sərinlik olacaq
İyulun 10-11-də sərin hava şəraiti davam edəcək. Hidrometeoroloji proqnozlar xidmətindən verilən mə`lumata görə, həmin günlərdə Bakıda və Abşeronda havanın temperaturu +27 - +31 dərəcə olacaq. Şimal küləklərinin gücü 9-14 m/s çatacaq, arabir 16 m/s-ədək güclənəcək.
Sonrakı günlərdən başlayaraq həftənin sonunadək temperatur +30- +35 dərəcəyədək artacaq, küləyin sür`əti 7-12 m/s-dək zəifləyəcək.
Ümumilikdə iyul ayında havanın temperaturu əvvəlki illərdə olduğundan aşağı olacaq. Sinoptiklərin mə`lumatına görə, sonuncu dəfə iyulda belə sərin hava şəraiti 1975-ci ildə olub.
|
|
Usta özünü
yandırmaq istəyib
Dünən Bakı metropoliteninin 42 yaşlı qaynaqçısı Ağasəlim Süleymanov benzindən alışaraq ağır yanıb. Faciə Bakı deposu ərazisində baş verib. Xəstənin yerləşdirildiyi 5 saylı şəhər xəstəxanası həkimlərinin verdiyi mə`lumata görə, Süleymanovun vəziyyəti ağırdır. Belə ki, bədəninin xeyli hissəsi yanıb. Zərərçəkənə tibbi yardım göstərilsə də, durumu təhlükəli olaraq qalır.
Metropoliten rəhbərləri baş verənləri şərh etməyiblər. Qurumun sıravi işçilərinin mə`lumatına görə, faciə ailə-münaqişə zəminində baş verib və nəticədə Süleymanov özünü yandırmağa cəhd göstərib.
|
|
| | |
©WEB Design Group Media Ltd |
|
| |
|
| |
|
|