Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Xatirə
Müharibə
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
14 iyul, 2001-ci il. Şənbə |#76(300)|Həftədə II, IV, VI günlər təzələnir
Duqlas Kouplend. X nesil
Müharibə
Əsirlər və sirlər

Xəbər verdiyimiz kimi, Əsir və İtkin Düşmüş Vətəndaşların İşi üzrə Dövlət Komissiyasının bu yaxınlarda iclası keçirilib. Həmin iclasda komissiyanın gördüyü işlər və gələcək fəaliyyət istiqaməti müzakirə olunub. Qeyd edək ki, sözügedən komissiya 783 nəfər azərbaycanlının erməni əsirliyində saxlanılması barədə bütün şahid ifadələri, həmin vətəndaşların şəxsiyyəti ilə bağlı mə`lumatlar, saxlanılması ehtimal olunan yerlər barədə informasiyalar toplayıb.

Buş 1972-ci ilə raket atır
Bu mərminin daşa dəyməsi raket planını dördqat bükə bilər
Aləm
120 pillənin sonunda bir göyərçin yuvası
Ölümündən heç vaxt qorxmayan Mirvarid Dilbazi yuvasını tərk etdi
Xatirə
Residivist e’lan edildi
Dükan-bazarda, nəqliyyat vasitələrində cibindən və ya əl çantasından pulu, qiymətli əşyaları yoxa çıxan adamlarla tez-tez rastlaşırıq
Kriminal
Firqələrdə
"AMİP-lə saziş imzalamağa ehtiyac yoxdur"

Qüdrət Həsənquliyev: "Artıq Azərbaycanın dövlətçilik, milli maraqları belə tələb edir"

İç siyasət
Deportasiya təhlükəsi yaranıb?

Zəlimxan Məmmədli: "Gürcüstanın müzakirəyə çıxardığı qanun azərbaycanlıları vətəndaşlıqdan məhrum edə bilər"

Aləm
Belfastda çıxışlar güclənir

Şimali İrlandiya sülhü təhlükə altındadır

Əyləncə
Ulduz falı
14 - 16 iyul

Firudin Qurbansoédan
ulduz falı
 

İdman
"Şəmkir" qisas almağa qadirdir

Çempionumuz ötən ilki nəticəsini təkrarlamalıdır

Şou xəbərlər
Telman Adıgözəlovu yeni rolda görəcəksiniz

İlk dəfə dəli rolunu oynayacaq aktyor sıxıntı keçirsə də, çox asanlıqla material yığır

Xəbərlər

Müharibə istəməyin...

İyulun 11-də ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını yayıb. Həmsədrlər son zamanlar səslənən "ritorik" ruhlu bəyanatlardan ciddi narahatlığını bildirib.
"Münaqişənin hərbi yolla həllinə çağırışlar səmərəsizdir. Biz bütün siyasətçiləri, siyasi partiya liderlərini, dini təşkilatları, mədəniyyət və elm xadimlərini, mətbuatı, xoşməramlı insanların hamısını məs`uliyyətli olmağa, sülh danışıqlarına zərbə vuran, vəziyyətin mürəkkəbləşməsinə xidmət edən hərəkət və bəyanatlardan çəkinməyə çağırırıq"-deyə sənəddə qeyd edilib. Həmsədrlər, həmçinin "hər iki ölkə xalqını sülhə, münaqişənin nizamlanması, sabitliyin yaranması və Cənubi Qafqazın çiçəklənməsi üçün ciddi kompromislərin zəruriliyini dərk etməyə çağırır. Maraqlıdır ki, həmsədrlər bu bəyanatı Ermənistan-Azərbaycan cəbhə xəttini keçdikdən dərhal sonra Füzuli rayonu ərazisində veriblər.

Qarabağ əlilləri müalicəyə göndərilir

Bu gün bir qrup Qarabağ əlili əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevlə görüşəcək. Bu barədə mə’lumatı nazirliyin tibbi-sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası şö’bəsindən veriblər.
Görüşə də’vət edilən 33 əlil sabah Krımdakı Saki kurort şəhərinə yola düşəcək. Onlar 45 gün ərzində buradakı sanatoriyada müalicə olunacaqlar. Ötən il də Qarabağ əlillərinin bir qrupu Saki şəhərində müalicə kursu keçib. Həmin vaxt onları öz yaxınları müşayiət ediblər. Bu il isə bu missiyanı nazirliyin əməkdaşları yerinə yetirəcəklər. Əlillərin yol xərcini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, müalicə xərcini isə Səhiyyə Nazirliyi ödəyəcək.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Xatirə | Müharibə | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd