|
|
|
|
19 iyul, 2001-ci il. Cümə axşamı
|#78(302)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
 |
|
|
|
|
Rəsmi Bakının Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı son bəyanatları üçlüyün sabahkı görüşünə hesablanıb. Həmsədrlərin diplomatik təmənna və xahişinə rəğmən Azərbaycan rəhbərliyi "hərbi variantı" nəinki gündəmdən çıxarmayıb, əksinə, bu istiqamət daha sərt notları önə çəkir.Vasitəçilərin regiona səfərindən sonra özünü göstərən tendensiya Bakının siyasi "va-bank" etdiyini sübut edir. Azərbaycan indiyədək etdiyi prinsipial güzəştlərdən geri çəkilmək fikrində deyil.
|
| | |
|
Firqələrdə
|
Mehman Cavadoğlu: "O, partiya rəhbərliyinə
təzyiq yolu ilə müavin vəzifəsinə yüksəlib"
|
|
Kriminal
|
Bir neçə ağır cinayətlər törədən şəxslərin məhkəməsi bu gün 1 saylı Bayıl tədricxanasında başlayacaq.
|
|
İş günü
|
2005-ci ildə təqaüdçülərin sayı kəskin şəkildə artacaq
|
|
Əyləncə
|
Firudin Qurbansoydan ulduz falı |
|
İdman
|
Azarkeşlər ölkənin baş
arenasını pəjmürdə halda tərk etdilər.
|
|
Şou xəbərlər
|
Müğənni ən ağlasığmaz əməllərdən belə çəkinmir
|
|
| Xəbərlər |
Prezidentlərin
növbəti görüşü nə
vaxt olacaq?
Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə növbəti görüşünün keçirilməsi hələ mə`lum deyil.
Bu barədə mə`lumat verən xarici işlər naziri Vilayət Quliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar raundunun müddəti bəlli olmasa da, həmin görüş gündəlikdədir. ATƏT həmsədrlərinin regiona sonuncu səfərinə şərh verən Quliyev bildirib ki, "qeyri-adi heç nə baş verməyib, sülh prosesi davam edir". "Biz dərk edirik ki, hərbi əməliyyatların bərpa edilməsi Azərbaycan və erməni xalqları üçün hansı fəlakətli nəticələrə gətirib çıxara bilər", - deyə nazir bildirib.
|
|
MSK-nın
yığıncağı keçirilib
Mərkəzi Seçki Komissiyasının dünənki yığıncağında 52 saylı Ağcabədi və 87 saylı Tovuz (şəhər) seçki dairələri üzrə əlavə seçkilər keçirilməsi barədə qərar qəbul edilib. Bu, 52 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş Fəxrəddin Həsənovun rayon icra başçısı təyin olunması əlaqədardır.
87 saylı Tovuz seçki dairəsində isə seçkilər deputat Zakir Zeynalovun vəfatı ilə bağlıdır. Əlavə seçkilər bu il noyabrın 16-da keçiriləcək.
Eyni zamanda MSK sözügedən qurumun katibini seçib. Bu, Milli Məclisin bitərəf deputatı Qabil Orucovdur.
Qabil Orucov 1967-ci ildə Şərur rayonunun Axura kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. 1997-ci ildən Ədliyyə Nazirliyi kadrlar şö’bəsində çalışıb. Son dəfə prezident yanında Məhkəmə Hüquq Şurasının katibliyinin rəisi olub. Subaydır.
|
|
| | |
| |
|
| |
|
|