Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Sənət
İş günü
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
21 iyul, 2001-ci il. Şənbə |#79(303)|Həftədə II, IV, VI günlər təzələnir
Duqlas Kouplend. X nesil
Xəbərlər
Mətbuat Şurası yaradıldı

Fərmana görə, Mətbuat şurası KİV sahəsində qanunvericilik aktlarının həyata keçirilməsinə ictimai nəzarət, dövlət orqanları ilə KİV və KİV-lə ictimaiyyət arasında münasibətlərin tənzimlənməsində yaranmış problemlərin məhkəməyə qədər aradan qaldırılması, söz, mətbuat, mə`lumat azadlığının tə`min edilməsi sahəsində mövcud problemlərin aradan qaldırılması ilə məşğul olacaq.

Avropada Amerikanı sevmirlər
İndoneziya prezidenti parlamenti buraxacağını bildirir
Aləm
Tehran sərhədlərin dəyişdirilməsi əleyhinədir
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi belə deyib
Eksklüziv
İqbal Ağazadə MTN-ə müraciət etdi
Millət vəkili icra başçısına sui-qəsddə ittiham olunur
Firqələrdə
İç siyasət
Mirəlioğlunun dairəsi niyə ləğv edilmədi?

Qüdrət Həsənquliyev: "O, hələ də millət vəkilidir"

Sənət
"Azərbaycan mətbuatı inkişaf yolundadır"

İyulun 22-si Milli Mətbuat günüdür. Cəmiyyətin bütün sahələrinə nüfuz edərək, onu mətbuat səhifələrində işıqlandıran media mənsublarının payına ilin bir günü düşür.

Xəbərlər
İqtisadi jurnalistikaya həsr olunmuş konfrans

Dünən "Qaradağsement" Səhmdar Cəmiyyəti jurnalistlərin peşə bayramı ərəfəsində "İqtisadi jurnalistika bu gün" adlı elmi-praktik konfrans təşkil etmişdi.

Əyləncə
Ulduz falı
21 - 23 iyun

Firudin Qurbansoydan
ulduz falı
 

İdman
"Şəmkir"də yenidənqurma!

Proses klubun baş məşqçisi Ağasəlim Mircavadovun iste`faya göndərilməsi ilə başladı

Şou xəbərlər
Zülfiyyə Xanbabayeva ikinci musiqi albomu üzərində işləyir

Bu günlərdə Zülfiyyə Xanbabayeva Vaqif Gərayzadənin "Hardasan", gənc bəstəkar İsa Məlikovun "Son görüş" mahnılarını lentə yazdırıb

Xəbərlər

Qəzetlər vergidən azad ediləcək

Dünən prezident Heydər Əliyev latın qrafikasına keçidlə bağlı yarana biləcək maddi çətinlikləri aradan qaldırmaq məqsədi ilə "Mətbuata dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb. Xəbəri Prezident Aparatı İctimai siyasi şö`bəsinin müdiri Əli Həsənov verib. Prezident Nazirlər Kabinetinə və Prezidentin İcra Aparatına tapşırıb ki, bir ay müddətində mətbuatın vəziyyətini aydanlaşdırıb ona dövlət qayğısı ilə bağlı təkliflər versin. Bundan başqa, fərmana görə, bütün mətbuat orqanları 3 il müddətinə mənfəət vergisindən azad olunur. Nazirlər Kabineti mənfəət vergisi məbləğini dövlət büdcəsindən kompensasiya edəcək. Nazirlər Kabinetinə tapşırılır ki, ölkəyə gətirilən qəzet kağızına tətbiq olunan gömrük rüsumları minimum həddə endirilsin. Prezident fərmanı ilə jurnalistlərin təkmilləşdirilməsi və ixtisasının artırılması üçün xüsusi mətbuat institutu yaradılacaq.

İstilər iyulun 25-dək davam edəcək

Son günlər müşahidə edilən küləksiz isti hava şəraiti iyulun 25-dək davam edəcək. Hidrometeoroloji xidmətdən verilən mə`lumata görə, iyulun 21-də Bakıda və Abşeronda +34 +36 dərəcə isti olacaq. Sonrakı günlər Bakıda +32 +37, ölkə rayonlarında +33 +38 dərəcə olacaq. Qeyd edək ki, Hidrometeoroloji xidmət yeni binaya- Moskva prospektindəki keçmiş Dövlət Ekologiya Komitəsinin binasına köçür. Xatırladaq ki, bu ilin mayında prezidentin fərmanı ilə Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilib və digər 4 idarə ilə birgə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində birləşib.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Sənət | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd