|
|
|
|
24 iyul, 2001-ci il. Çərşənbə axşamı
|#80(304)|Həftədə II, IV, VI günlər təzələnir |
 |
 |
|
|
|
|
İtaliyada "Böyük 8-li"yin zirvəsi gedişində bir araya gələn Rusiya və ABŞ liderləri Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı təfərrüatlı müzakirəni payıza saxlayıblar. Nəhənglərin "Qarabağ menyüsü" Vladimir Putinin Amerikaya rəsmi səfəri zamanı dəqiqləşəcək.
Genuyada keçirilən "Böyük 8-lik" (ABŞ, Rusiya, Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya) toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin öncül mövzu olmayacağı əvvəldən aydın idi.
|
| | |
|
Firqələrdə
|
AADP həmsədri Rəsul Quliyevin müxalifətin fəaliyyətini "yarıtmaz" adlandırması Müsavat funksionerlərinin ciddi narazılığına səbəb olub.
|
|
Sosium
|
İyulun 22-si Milli Mətbuat günüdür. Bakı RLS-in 3-5 illiyə icarəyə verilməsi
üzrə saziş imzalamağı təklif edir, Rusiya tərəfi isə...
|
|
İç siyasət
|
Müsavat Partiyasında başqanın müavinləri arasında münasibətlər günü-gündən sərtləşir
|
|
Əyləncə
|
Firudin Qurbansoydan ulduz falı |
|
İdman
|
İngiltərənin "The Sun" nəşri 20 yaşlı rusiyalı tennis ulduzu Anna Kurnikovanın bir ay bundan əvvəl "Detroyt Red Uinqz" xokkey komandasının mərkəz hücumçusu Sergey Fyodorovla evləndiyi haqqında mə’lumat yayıb
|
|
Şou xəbərlər
|
Tərcümeyi-hal səciyyəli bu filmdə bir çox
həqiqətlər öz əksini tapmır
|
|
| Xəbərlər |
TŞ-də qaçqınların
problemi müzakirə olunub
Rəsmi mənbələrin mə’lumatına görə, müşavirə iştirakçıları bu kateqoriyadan olan şəxslərin sosial problemlərini müzakirə ediblər. Yığıncaqda baş nazirin müavini, qaçqınlarla iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun mə’lumatı dinlənilib.
Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, DİN başçısı Ramil Usubov və başqaları müzakirə edilən məsələlərə dair təklif və mülahizələrini söyləyiblər.
H.Əliyev iclasa yekun vuraraq sözügedən məsələlərlə bağlı məs’ul orqanların vəzifələrini müəyyən edib, onlara müvafiq tapşırıqlar verib.
|
|
Təbii fəlakət insan
tələfatı ilə nəticələnib
Bu günlərdə İranın Şərqi və Qərbi Azərbaycan əyalətlərində sel insan tələfatına səbəb olub. Bu xəbər Bütöv Azərbaycan Birliyinin mətbuat xidmətindən verilib.
Təbii fəlakət nəticəsində 32 nəfər həlak olub, 37 nəfər yaralanıb, 24 nəfər isə itkin düşüb. Şərqi Azərbaycanın Mişkinşəhr və Çaldıran rayonları daha çox zərər çəkib. Sel yüzlərlə binaya ziyan vurub, əhaliyə milyardlar həcmində maddi ziyan dəyib.
|
|
Yenə monitorinq...
İyulun 24-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində ATƏT-in növbəti monitorinqi keçiriləcək.
Monitorinq Ağdam rayonu ərazisində olacaq. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən mə’lumat veriblər.
|
|
| | |
| |
|
| |
|
|