Ana səhifə
Xəbərlər
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Eksklüziv
Mədəniyyət
Sosium
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
26 iyun, 2001-ci il, cümə|#68(292)|Həftədə II, IV, VI günlər təzələnir
Duqlas Kouplend. X nesil
Eksklüziv
Qarabağ nəzarətsiz qalıb

"Mən Amerika-Azərbaycan münasibətlərinin indiki səviyyəsindən razıyam. Biz bir çox sahədə sıx əməkdaşlıq edirik və bu əməkdaşlıq ümumi maraqlarımızı əks etdirir",-deyə ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson bildirib. Diplomat qeyd edib ki, bir sıra ciddi iqtisadi layihələrdə, Azərbaycanda iqtisadi quruculuq və özəl sahibkarlığın inkişafının dəstəklənməsində də fəal əməkdaşlıq davam edir.

ABŞ Səudiyyə faciəsində İranı günahlandırır
Bu iddia Xatəmiyə ilk ciddi başağrısı gətirə bilər
Aləm
Rusiya "erməni kartı"nı işə salır
Bu dəfə qonşu Gürcüstana qarşı
Pauza
Ən’ənəvi erməni mövqeyidir
Rasim Musabəyov: "Ermənilər başa düşürlər ki, iqtisadi inkişafları Azərbaycanla münasibətlərin bərpasından asılıdır"
İç siyasət
Firqələrdə
"Demblok bərpa edilə bilməz"

İqbal Ağazadə deyir ki, bir millət vəkilinin iki fraksiyada iştirakı qanuna ziddir

Sosium
Özəl ali məktəblər ləğv edilməlidir...

Parlament sədri belə düşünür

Sosium
Qəbul imtahanlarının dəqiq vaxtı

Azərbaycanın ali təhsil məktəblərinə qəbul imtahanları iyulun sonunda, avqustun əvvəlində başlayacaq

Əyləncə
Ulduz falı
23 - 25 iyun

Firudin Qurbansoédan
ulduz falı
 

İdman
"Xəzər" qayıdır

Azərbaycan çempionatında iki dəfə gümüş medalların sahibi olmuş Sumqayıt klubu güclülər dəstəsinə çıxmaq üçün AFFA-dan cavab gözləyir

Şou xəbərlər
Tor Star Prodüsser mərkəzi yarandı

İlk proyektlərini "Lider" telekanalında görəcəksiniz

Xəbərlər

MSK-nın tərkibi təzələndi

Prezident Heydər Əliyev Validə Kazımova və Qabil Orucovun Mərkəzi Seçki Komissiyasının üzvləri tə’yin edilməsi barədə sərəncam imzalayıb.
Sözügedən şəxslər İlqar Abbasov və Saqi Məmmədovun yerinə tə’yin edilib. Prezidentin sərəncamı ilə İ.Abbasovla S.Məmmədov Göyçay və Yasamal rayonlarında məhkəmə sədri tə’yin ediliblər.

BP ölkəmizə 15 milyard dollar investisiya qoyacaq

Dünən prezident Heydər Əliyevin BP neft şirkətinin rəhbəri Con Braunla görüşündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri layihəsinin reallaşması məsələsi müzakirə edilib. Söhbət zamanı Braun layihəni dəstəklədiyini bildirib və BP-nin onun maliyyələşdirilməsində iştiraka hazır olduğunu deyib. Braunun fikrincə, indi tərəddüd edən şirkətlərin bir çoxu sonralar layihəyə qatılmadığı üçün peşman olacaqlar.
Braun Türkiyə və Gürcüstan prezidentləri arasında aparılan danışıqlar barədə H.Əliyevə mə’lumat verib. Ümumilikdə, BP-nin Azərbaycanda fəaliyyətinə toxunan qonaq bildirib ki, yaxın 5 ildə şirkət ölkənin neft sahəsinə 15 mlrd dollar. investisiya qoyacaq. Azərbaycanın dövlət başçısı BP-nin fəaliyyətindən razı qaldığını bildirib və bə’zi qüvvələrin Bakı-Ceyhan ƏİK layihəsinin reallaşmasına mane olmaq cəhdlərinin davam etdiyini deyib. Xüsusilə o, ermənipərəst konqresmenlərin prezident Corc Buşa müraciətini qeyd edib. Konqresmenlər prezidenti boru kəməri Ermənistan ərazisindən keçərsə, layihəni dəstəkləməyə çağırıb. Lakin H.Əliyev qeyd edib ki, bu, layihənin reallaşmasına mane ola bilməz. Öz növbəsində Braun qeyd edib ki, bu günlərdə ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə görüşüb. D.Çeyni Bakı-Ceyhan layihəsini və Bakı-Ərzurum qaz kəməri layihəsini dəstəklədiyini bir daha bildirib. Söhbət zamanı "Şahdəniz" qaz yatağının işlənməsinə dair məsələlər də müzakirə edilib. Dünən H.Əliyev və Braunun iştirakı ilə BP-nin Bakı ofisində "Üçölçülü vizual mühit" adlı otağın açılışı olub.

Naxçıvanda əsgər yaralanıb

N saylı hərbi hissənin əsgəri Fuad Babayev öz yoldaşının odlu silahdan açdığı atəşdən yaralanıb. İnsidentə səbəb Babayevin yenicə qayıtdığı posta getməkdən imtina etməsi olub. Mübahisə zamanı serjant atəş açıb və Babayevi qarın nahiyəsindən yaralayıb. Hazırda əsgər qarnizon qospitalında müalicə olunur.
Lakin hərbi qarnizon qospitalından "Turan"ın bölgə müxbirinə bildiriblər ki, son dörd gündə qospitala yaralı daxil olmayıb. Babayevin qohumları bildiriblər ki, atəş açan serjant briqada komandiri, general Kərəm Mustafayevin qohumudur və insident ört-basdır edilib. Hadisə Şərur rayonunun Yuxarı Yaylı kəndindəki hərbi hissələrdən birində baş verib. Naxçıvan qarnizonu Hərbi Prokurorluğu fakt üzrə cinayət işi qaldırıb. Digər versiyaya görə, F.Babayev özü özünü vurub.

 Ana səhifə | Xəbərlər | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Eksklüziv | Mədəniyyət | Sosium | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd