Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Paytaxt
Təhsil
Mədəniyyət
Sosium
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
28 iyun, 2001-ci il. Cümə axşamı|#69(293)|Həftədə II, IV, VI günlər təzələnir
Duqlas Kouplend. X nesil
Xəbərlər
Oğurlanmış əsərlər qaytarıldı

Dünən 193 rəsm əsəri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə qaytarılıb. Bunlar 1993-cü ilin iyununda oğurlanmış 275 əsərin bir hissəsidir. Xəbər verildiyi kimi, həmin əsərlər 1997-ci ildə ABŞ-da qanunsuz satışa çıxarılarkən müsadirə edilib. İyunun 22-də rəsmlər Nyu- Yorka gedən Azərbaycan nümayəndə hey`ətinə verilib. Dünən nümayəndə hey`ətinin üzvləri əsərləri muzeyin direktoru İbrahim Zeynalova təhvil verib.

Vaşinqton peyvəndi
ABŞ Mitçel və Tennet planlarını calaq edib
Aləm
ABŞ İranın danışıqlara qatılmasına icazə verdi
Keri Kavano: "İran tərəfinin danışıqlarda iştirakı münaqişənin həllinə müsbət tə`sir göstərəcək"
Xəbərlər
Meriyada islahatlar başa çatır
Hacıbala Abutalıbov yeni sərəncamlar imzalayıb
Paytaxt
Təhsil
Amerikalıların təhsil problemi

Bu zəngin və güclü dövlətin orta məktəblərini bitirənlər bə’zən adi hesablama aparmağı da bacarmırlar

İç siyasət
"Avropa Şurası Ermənistanı cəzalandıracaq"

Səməd Seyidov: "Ermənilər Strasburqda uğurlu fəaliyyət göstərə bilmirlər"

Sosium
Bakıda yenə vulkan püskürdü

Vulkan püskürməsi yeraltı təkanların baş verəcəyindən xəbər verir...

Əyləncə
Ulduz falı
28 - 29 iyun

Firudin Qurbansoédan
ulduz falı
 

İdman
"Futbolda mənim üçün sirr yoxdur"

Rumıniya milli yığma komandasına baş məşqçi tə`yin olunan 36 yaşlı Georgi Hacı belə deyib

Şou xəbərlər
Ankara, Afina...

Nahid Kabakçı Türkiyəyə getdi, növbəti gözəllik festivalını isə noyabr ayında keçirmək niyyətindədir

Xəbərlər

Əsasnamə hazırlanacaq

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dini İşlər İdarəsinin bazasında yaradılacaq". Bu sözləri "Olaylar"a verdiyi eksklüziv müsahibəsində Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin sədri Mustafa İbrahimov deyib.
M.İbrahimovun sözlərinə görə, komitənin yaradılması bu sahədə dövlət nəzarətinin effektliyini artıracaq. M.İbrahimovun fikrincə, bu qərara uzun illərin müzakirəsindən sonra gəlinib. Dİİ sədrinin bildirdiyinə görə, yaxın zamanlarda komitənin əsasnaməsi, strukturu, ştat vahidi, iş planı və yeri hazırlanacaq.

Qarayara xəstəliyinin qarşısı alınır

Şəkidə xırda buynuzlu heyvanlar arasında aşkarlanmış qarayara xəstəliyi başqa rayonlarda özünü büruzə verməyib. Lakin idarə bütün respublika üzrə qarayara xəstəliyinə qarşı vaksinasiya işləri görüldüyünü bildirib.
Baytarlıq Baş İdarəsindən bu barədə "Olaylar"a verilən mə`lumata görə, tədbirin reallaşması üçün Respublika Təchizat Mərkəzi 4 mln. 382 min vaksin əldə edib. Hazırda vaksinlər respublikanın 16 rayon və kəndlərindəki məntəqələrə çatdırılıb. Xatırladaq ki, Şəkinin Şorsu məntəqəsində qarayara xəstəliyinin əlamətlərini daşıyan heyvanlar aşkarlanıb. Nəticədə 80-dan çox tələf olmuş xırda buynuzlu heyvan yandırılaraq basdırılıb.

Metroda hadisə baş verib

Dünən səhər 9.39-da Bakı metropoliteninin "Əzizbəyov" stansiyasında dayanan qatarın qapıları açılmayıb və vaqondakı işıqlar sönüb. Nəticədə qatardakı sərnişinlər təşvişə düşüblər. Öz küclərinə qatardan çıxmağa çalışan insanlar vaqonların qapılarını aralamağa müvəffəq olublar. Daha sonra isə qapılar bütünlükdə açılıb. Metropolitendə xidmətdə olan polis işçiləri də sərnişinlərə kömək göstəriblər. Tezliklə qatarda işıqlanma sistemi bərpa olunub.
Polis işçiləri qatarın içərisində yoxlama aparıblar, nəticədə qatar depoya göndərilib. Hadisə ilə bağlı "Əzizbəyov" metro stansiyasından "Olaylar"a verilən mə`lumata görə, "Əhmədli" stansiyasından "Me`mar Əcəmi" istiqamətində hərəkət edən qatarda hidravlik sistem pozulub. Nəticədə qatarda qapılar kilidlənib və işıqlar sönüb. Hadisə zamanı 4 dəqiqə ərzində sərnişinlər vaqonlardan çıxarılıb. Avtomatlaşdırılmış işıqfor sisteminin işləməsi nəticəsində arxadan qatar üçün təhlükə olmayıb.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Paytaxt | Təhsil | Mədəniyyət | Sosium | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd