Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Mədəniyyət
Sosium
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
30 iyun, 2001-ci il. Çərşənbə axşamı|#70(294)|Həftədə II, IV, VI günlər təzələnir
Duqlas Kouplend. X nesil
Pauza
Rusiya kimi hədələyir?

"Şimal" təhlükəsi barədəki çıxışlarda konkret mülahizə və arqumentlərdən daha çox emosiya və siyasi isteriya diqqət çəkir. Halbuki, Rusiyanın ümumən postsovet məkanındakı, o cümlədən Cənubi Qafqazdakı mövqe və tə`sir imkanlarını bir qədər soyuqqanlı dəyərləndirməyə ehtiyac var. Rusiya Dövlət Dumasının iki gün öncə qəbul etdiyi qanun bir sıra postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da rezonans doğurub.

Belarus prezident seçkiləri ərəfəsində
Siyasi dairələrin diqqəti indidən Minskə yönəlib
Aləm
12 kiloqram narkotika yandırıldı
Narkomanlıq - "ağ ölüm" yeni əsrin ən böyük bəlalarından biridir
Eksklüziv
Yardımı şərəfsizləşdirirlər
ADRA humanitar yardımla, yoxsa əhalini xristianlaşdırmaqla məşğul olur?
Sosium
İç siyasət
Rusiya özünə problem yaradacaq

Rusiya imperiya maraqlarını yenidən ön plana çıxarır

Firqələrdə
ABŞ səfirliyinin qapalı görüşü?

İlqar Məmmədov: "Bir nəfər amerikalı diplomat Azərbaycanı tərk edirdi"

Xəbərlər
"Qarabağ separatçıları da Haaqa tribunalına verilməlidir"

Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin Haaqa tribunalına verilməsinə Azərbaycan siyasətçiləri də öz münasibətlərini bildiriblər

Əyləncə
Ulduz falı
30 iyun - 2 iyun

Firudin Qurbansoédan
ulduz falı
 

İdman
Andrey Şevçenko top-model rolunda

İtaliyanın aparıcı klublarından olan "Milan"ın hücumçusu, ukraynalı Andrey Şevçenkonun demə, başqa bir maraqlı məşğuliyyəti də varmış

Şou xəbərlər
Ulduzlar ayrıldı

Nə qədər sevgi ilə görüşmüşdülərsə, bir o qədər nifrətlə bir-birindən uzaqlaşdılar

Xəbərlər

Beynəlxalq Xaç üzr istədi...

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) "Beynəlxalq humanitar hüquqa riayət olunması" dərgisində yol verilən "anlaşılmazlığa" görə üzrxahlıq edib. Sözügedən nəşrdə BQXK nümayəndəliklərinin ünvan siyahısında Dağlıq Qarabağ Ermənistana aid edilib.
BQXK Bakı ofisinin bununla bağlı mətbuat üçün xususi açıqlamasında bildirilir ki, yeni nəşrlərdə bu səhv aradan qaldırılacaq.
Mə’lumatda həmçinin deyilir ki, BQXK nümayəndəliklərinin ünvan siyahısı heç bir siyasi əhəmiyyətə malik deyil, BQXK ilə əlaqələri "asanlaşdırmaq" məqsədilə dərc edilib.

AŞPA-nın yay sessiyası başa çatıb

Dünən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işini başa vurub. Azərbaycan nümayəndə he’yətinin üzvü, deputat Səməd Seyidovun verdiyi mə’lumata görə, nümayəndə hey’əti mədəniyyət, ekologiya, həmçinin ermənilərin Azərbaycan xalqına qarşı soyqırımının tanınmasına dair 4 sənədi təqdim edib.
"Hazırda həmin sənədlərə AŞPA-nın 43 deputatı imza atıb. Yaxın zamanlarda sənəd üçüncü redaksiyada nəşr ediləcək",-deyə S.Seyidov qeyd edib.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı AŞ Nazirlər Kabinetinə deputat sorğusu təqdim edilib. Deputatın sözlərinə görə, bu demarş Ermənistan XİN başçısı Vardan Oskanyanın bəyanatına cavab olaraq qəbul edilib. Oskanyan bildirib ki, Ermənistan Qarabağ münaqişəsi nizamlanmayınca Azərbaycanın ərazi bütövlüyünü tanımır.

Naxçıvanda PKK-çıları mühakimə etdilər

Ötən həftə Naxçıvan Muxtar Respublikası məhkəməsi Türkiyənin üç vətəndaşını - Kadır Kartal, Aytac Cuma və Sönməz Sıxmazı (qadın) uzun müddətə azadlıqdan məhrum edib. Onlar sərhədi qanunsuz keçməkdə və PKK kürd terrorçu təşkilatı ilə əlbir olmaqda təqsirli bilinir. K.Kartal 11 il, A.Cuma 6,5, S.Sıxmaz isə 5,5 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, həmin şəxslər ötən il noyabrın 17-də Naxçıvanın Babək rayonunun Çalxanqala kəndində həbs edilib. İstintaq zamanı müəyyən olunub ki, A.Cuma və S.Sıxmaz Gürcüstan ərazisilə Rusiyadan Ermənistandakı kürd yaraqlılarının düşərgəsinə gəlib. Sonra onlar Naxçıvan ərazisinə keçiblər və İrandakı PKK bazalarından birinə getmək niyyətində olublar. Həmin şəxsləri evində gizlədən Azərbaycan vətəndaşı Eyvaz Məmmədov terrorçulara əlaqədə və onlara yardım göstərməkdə təqsirli bilinərək 5,5 il azadlıqdan məhrum edilib.
Yığıncaq zamanı müttəhimlər PKK-nın sıravi üzvləri olduqlarını və uzun müddət Ermənistanda terrorçu düşərgələrində tə’lim keçdiklərini e’tiraf ediblər. Onlar eyni zamanda törətdiklərindən peşman olmadıqlarını bildiriblər.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Mədəniyyət | Sosium | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd