Şou xəbərlər

Ana səhifə
Xəbərlər
Eksklüziv
İç siyasət
Firqələrdə
Pauza
Aləm
Mədəniyyət
Sosium
Kriminal
İdman
Şou xəbərlər
Əyləncə
Sabotage
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
3 iyul, 2001-ci il. Çərşənbə axşamı|#70(294)|Həftədə II, IV, VI günlər təzələnir
Mirzə Babayevin səhhəti yaxşıdır
Türkan Şoray yeni rol aldı
Ulduzlar ayrıldı
Aygün iki klip çəkdirir
Teatr təı’mirə dayandı


Mirzə Babayevin səhhəti yaxşıdır
Həkimi Bəhruz Paşayev bildirdi ki, o, bir nömrəli pəhrizlə qidalanmalı və idman etməməlidir

Ötən gün Bakı Dövlət Universitetinin mə`zunlarının buraxılış tədbirinə qatılan Mirzə Babayevin səhhəti birdən-birə pisləşib. Səhnədə gözünün qaraldığını görən müğənni əyləşsə də, oxuduğu mahnını sona çatdıra bilməyib.
Hal-hazırda Musa Nağıyev adına Tə`cili Tibbi Yardım Xəstəxanasında müalicə alan Mirzə Babayev özünü yaxşı hiss edir. Xüsusən də ona bəslənilən sevgidən və diqqətdən mütəəssirdir.
Xəstələnməsinin səbəbini həmin gün balıqla qidalanmasında və çoxlu günün altında dayanmağında görsə də, onu müalicə edən həkimin fikirlərini öyrənmək qərarına gəldik.
Mirzə Babayevin həkimi Bəhruz Paşayev bildirdi ki, onun ümumi vəziyyəti yaxşıdır. Ümumiyyətlə mə`də-bağırsaq qanaxması ilə xəstəxanaya daxil olan müğənninin səhhətini qısa vaxt ərzində yaxşılaşdıra biliblər.
Mirzə Babayevin nə zaman xəstəxanadan çıxacağına gəlincə, həkimin fikrincə, "İki gündən sonra da çıxa bilər, bir həftədən sonra da. Tələskənliyə yol verib indidən vaxt söyləmək istəmirəm".
Mirzə Babayevin nələrə riayət etməli olduğuna toxunan müsahibim birinci onu vurğuladı ki, o, yaşına uyğun hərəkət etməlidir. Belə ki, idman, fiziki hərəkətlər ona qəti qadağandır. Və tibb aləmində bir nömrəli pəhriz kimi dəyərləndirilən pəhrizin menyüsü ilə qidalanmalıdır.
Mirzə Babayevin səhhəti ilə bağlı yaranan narahatlıq isə onun səhnə fəaliyyətinə heç bir məhdudiyyət qoymur. Xəstəxanadan çıxan kimi, o, səhnəyə qayıda bilər. Yeri gəlmişkən, müğənni özü də bu fikirdədir. Pərəstişkarlarını çox gözlətməyəcək.

Türkan Şoray yeni rol aldı
Bu filmdə onun tərəfmüqabili nazir olacaq

Türkan Şoray Türkiyənin dövlət naziri Yılmaz Karakoyunlu ilə birgə filmə çəkilməyə razılıq verib. Özü də çox böyük məmnuniyyətlə:"Yılmaz Karakoyunlu ilə kamera qarşısına keçməkdən fəxr duyuram".
Dövlət adamı kimi xüsusi rəğbətlə yanaşdığı tərəfmüqabilini həm də "sənət aləminə çox bağlı bir insan" kimi dəyərləndirib. Üstəlik onları məslək birliyi bağlayır. Məhz bunun üçün də, Türkan hesab edir ki, filmə çəkildiyi təqdirdə, əqidəsi yolunda irəliyə doğru daha bir addım atmış olacaq.

Ulduzlar ayrıldı
Nə qədər sevgi ilə görüşmüşdülərsə, bir o qədər nifrətlə bir-birindən uzaqlaşdılar

Kino ulduzları Culiya Roberts və Bencamin Bratt 4 illik münasibətlərinə son qoyublar. İlk görüşləri onları nə qədər mütəəssir etmişdisə, hər ikisi "həyatım büsbütün dəyişdi"- deyə, geninə-boluna açıqlama verirdisə, ayrılıqları da ondan geri qalmadı.
Bencamin Bratt Hollivudun əvəzsiz qadını kimi dəyərləndirdiyi Culiya Robertsi ilk dəfə gördüyü anda keçirdiyi hissləri belə açıqlamışdı: "Alnıma sanki bir güllə dəydi, sarsıldım". Culiya Roberts isə Bencamin Brattı indiyə qədər tanış olduğu və sevdiyi bütün şəxslərdən üstün tutmuşdu. İndi isə, ayrıldıqlarını bəyanlayan cütlük nə qədər təəccüblü görünsə də, cəhənnəm əzabından yaxa qurtardıqlarını bildiriblər.

Aygün iki klip çəkdirir
Hansı mahnılara müraciət etdiyini sirr saxlayır

Aygün Kazımova iyul ayının əvvəli sənətsevərlərə eyni vaxtda iki klipini təqdim edəcək. İndi isə bütün günü çəkiliş meydanında keçən müğənni bu haqda tam açıqlama vermək fikrindən uzaqdır.
Bir onu bildirdi ki, hər iki klipin rejissoru Ülviyyə Könüldür. Kliplərdəki mahnılardan birini eşitmişik, birinin isə heç sorağını da almamışıq. Bu arada Aygün reklam roliklərinə də çəkiləcək. Nəyi reklam edəcək? Onu heç özü də bilmir.

Teatr təı’mirə dayandı

Azərbaycan Dövlət Opera və Balet Teatrından bildirdilər ki, gələn mövsümdən e`tibarən tamaşaçıları yüksək səviyyədə qəbul edəcəklər. Əlbəttə ki, şərait baxımından.
Ötən ildən teatrın istilik soyuducu sisteminin müasir tələblərə cavab vermədiyini, o cümlədən yararsız vəziyyətdə olduğunu nəzərə alan Nazirlər Kabinetinin sərəncamına əsasən tə`mir işlərinə başlanılıb. Elə bu səbəbdəndir ki, Opera və Balet Teatrı mövsümü bir qədər tez bağlayıb. Ancaq tamaşalar göstərilməsə də, yaradıcı hey`ət məşqləri dayandırmayıb. Teatrın balet truppası Tofiq Bakıxanovun "Xəzər balladası" baletini səhnələşdirir. 60-cı illərdə tamaşaya qoyulan "Xəzər balladası"nın bu dəfə quruluşçu baletmeysteri Tamilla Şirəliyevadır. Teatrın opera truppası isə xarici klassiklərə üz tutub. Bu dəfə tamaşaçılar Rassieinin "Sevilya bərbəri" operasını görəcəklər.

 Ana səhifə | Xəbərlər | Eksklüziv | İç siyasət | Firqələrdə | Pauza | Aləm | Mədəniyyət | Sosium | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə | Sabotage|

Copyright©by Media LTD,2001 E-mail:webmaster@media-az.com

©WEB Design Group Media Ltd