Ana sehife

ULDUZ FALI  
(1 Oktyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Bütün işlərdə ölçü həddini gözləyin. Həddindən artıq heç nəyi israf etməyin, nə vaxtınızı, nə gücünüzü, nə də pulunuzu. İşlərinizin yaxşı getməməsinin səbəbini düşünsəniz, özünüz taparsınız. İşləyəndə də, dincələndə də rejimi gözləyin.

Buğa
[21 aprel - 20 may]

Taurus Fiziki və əqli imkanlarınızdan eyni zamanda istifadə etməyiniz çox gözəl nəticə verəcək. Üzünüz güləcək, sevinəcəksiniz. Yamanlıqları bir müddət unudacaqsınız. Şəxsi həyatınız və uşaqlar sizin üçün bəzi problemlər yarada bilər, vaxt həsr edib onu həll etməyə gücünüz çatacaq.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Həyatdan nə istədiyinizi konkret bilin. Mücərrəd istək arxasınca gedib gücü tükətmək olmaz. Hər hansı bir nəticəni əldə etmək üçün ruhdan düşmədən qətiyyətli olmaq, axıracan eyni istəyə can atmaq lazımdır. Mənəmlik duyğularınız təmin ediləcək.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Ağlınıza çox maraqı fikirlər gələcək. Bu ideyaların heç birini unutmamaq şərtilə onların həyata keçirə bilcək adamları əhatənizə toplayın. Gündəlik qeydlər etməyiniz məsləhətdir, bəzən zəruri məsələləri belə unudursunuz.

Şir
[23 iyul - 23 abqust]

Leo Məxaricinizin çoxaldığı, işlərin qismən ləng getdiyi vaxtda qətiyyən ruhdan düşmək olmaz. Kimə nə qədər verilibsə, bir o qədər də hesab soruşulur. Görünüşünüz əzəmətlidir, bunu işlərinizlə də doğrultmağınız məsləhətdir. Nə qədər səxavətli olsanız, bir o qədər çox qazanacaqsınız.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ailə, iş, maddi durum sizi həmişə narahat edən üçbaşlı əjdahadır, hər başı sakitləşdirmək üçün vaxt və mənfəətinizi israf edirsiniz. Qayğı ilə insanlara yanaşmağınız bəhrəsini verəcək. Gələcək fəaliyyətiniz üçün geniş imkanlar açılacaq, fürsətdən istifadə etməyi bacarın.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra İmkanlarınıza qiymət verib müxtəlif işgüzar əməliyyatlarda iştirak edin. Böyük ürəkli olduğunuzu göstərin. Ətrafınızdakı adamlara münasibətinizdən çox məsələlər aydınlaşa bilər, sözlərinizə fikir verin. Xeyrinizə olmayan əsəbiliyə can atmayın.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Ailə işlərində, məişətdə uğurlar qazanacaqsınız. Hərəkətlərinizin doğruluğuna inanacaqsınız. Maliyyə işlərini həll etmək çətinləşəcək. Öz yolunuzdan dönməyin. Həyata keçməsi mümkün olmayan əvvəlki planlarınızı cəsarətlə yerinə yetirəcəksiniz.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Əmlak məsələlərinin həllini xeyrinizə həll edəcəksiniz. Çalışın ki, hadisələrin gedişini öz məntiqinizlə qiymətləndirəsiniz. Hətta ən yaxın adamın da məsləhəti çox vaxt ziyanınıza ola bilər. Hisslərinizi ağlınıza tabe edin.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Maliyyə əməliyyatlarında uğur qazanmanıza heç nə mane olmayacaq. Vaxtınızı səmərəsiz keçirməyin. Başladığınız işi sona çatdırmağı vacib sayın, işi yarımçıq saxlamaq olmaz. Səmimiyyətlə sözünüzü deməyi bacarın. Mehribançılıq yaradın.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Tənbəlliyi bir tərəfə atın, xaltura etməyin. Sizi başa düşmürlərsə də, öz bacarığınızı göstərməyə çalışın. Dolaşıq məsələlərə baş qoşmayın, özünüzü çox ağıllı göstərməyə də cəhd etməyin. Bu, müdiriyyətin xoşuna gəlmir.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Sözü qırmızı üzə deməyiniz şəxsiyyətinizi diqqət mərkəzində edəcək. Maliyyə gəlirləri, demək olar ki, yoxdur. Yəqin yenə də borc götürməli olacaqsınız. Ürəyinizi çox sıxmayın, tezliklə, maliyyə uğurları da olacaq. Nəfsinizlə bacarın.



 
Copyright © by Media LTD,2001 E-mail