Ana sehife

ULDUZ FALI  
(2 Oktyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Yeni münasibətlər uğurlu alınacaq. Elə bir xəbər eşidəcəksiniz ki, sonrakı fəaliyyətinizə, həm şəxsi, həm də vəzifə ilə bağlı işlərinizə yardımçı olacaq. Ünsiyyətlərinizdə səmimiliyə çalışın.

Buğa
[21 aprel - 20 may]

Taurus Gücünüz azalıb. Sizin üçün asan başa gələn işlər indi daşdan çıxır. Məsuliyyət tələb edən işləri boynunuza götürməyin. Zirəklik göstərməyin. İş yoldaşlarınızı əziyyətə salmayın. Yaxın adamlardan kömək gözləyin.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Gücünüz çoxdur. Onu vacib bildiyiniz sahəyə yönəldin. Vəzifə ilə bağlı problemlərinizi həll edəcəksiniz. Həyatınızda maraqlı və sevincək hadisələr, yaxşılığa doğru dəyişikliklər gözlənilir. Bizneslə bağlı planlarınızı həyata keçirəcəksiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer İş yoldaşlarınıza etibar etməyin. Yaxın adamlardan da yardım gözləməyin. Əgər kompromiss variantı tapa bilməsəniz, işləriniz daha da çətinləşəcək. Sizə elə gələcək ki, yaxın adamınızla bağlı faciə baş verir. Özünüzə nəzarəti itirməyin. Zaman hər dərdin dərmanıdır.

Şir
[23 iyul - 23 abqust]

Leo Maddi problemlərinizi çətin həll edəsiniz. Maliyyə itkilərilə üzləşəcəksiniz. İstəkli adamlara qarşı üzüyola olun. Əzazillik göstərməyin, onsuz da himayədar ancaq sizsiniz. Xoş dəyişikliklər işinizlə əlaqədardır.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo İşləriniz öz qaydası ilə gedəcək. Şansınızı əldən verməyin. Dəqiq hesablamalarınız sizi ciddi səhvlərdən mühafizə edəcək. Uşaqların problemlərinin həllinə çalışmalısınız. Şəxsi uğurlarınız olacaq. Uğur qazanacaqsınız.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Düşünmədən heç bir iş görməyin. Həlli vacib işləri də məntiqlə görün. Ətrafınızdakı adamların problemlərilə məşğul olmaq sizdən çoxlu vaxt və güc alacaq. Nəzərdə tutduğunuz planları sonraya saxlayacaqsınız. Maddi vəziyyətiniz yaxşılaşacaq.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Yeni peşə öyrənmək üçün yaxşı vaxtdır. Hörmətli adamlar sizi müdafiə və mühafizə edəcəklər. Maliyyə yardımı ilə bağlı müraciətləriniz müsbət qarşılanacaq. Yaradıcılıqla məşğul olanlar uğur qazanacaqlar. Bir qədər dözümlü olsanız, düşündüklərinizi asanlıqla həyata keçirərsiniz.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Məsul məsələləri həll etməyə hazır olun. Özünüzü işdə bacarıqlı və zirək işçi kimi göstərin. Hərəkətlərinizi nizamlayın, özünüz haqqında ancaq yaxşı təəssürat yaratmağa çalışın. Gələcək həyatınız bundan çox asılıdır. Yeni tanışlıqdan bəhrələnəcəksiniz.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Yarımçıq qoyduğunuz problemlərə yenidən fərqli yöndən yanaşsanız, onu mütləq həll edəcəksiniz. Yeni yaradıcılıq ideyalarını reallaşdırın. Sevgi sarıdan üzünüz güləcək. Gülərüz, şən olmağa çalışın. Çoxdankı arzunuz bu günlərdə həyata keçəcək.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Şübhələrlə dolu ovqat yaşayacaqsınız. Cəsarətsizliyiniz ucbatından əlinizdən buraxdığınızı qaytarmaq çətin olacaq. Amma heç arxasınca getməyəcəksiniz də... Risqlərinizdə, maliyyə əməliyyatlarında uğursuzluqla qarşılacaqsınız.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces İşgüzar əməliyyatlar, görüşlər keçirmək üçün uğurlu vaxtdır. Bəlkə də maraqlı təkliflər aldınız. İdeyaları qulaqardına vurmayın, fəaliyyətdə olun. Çoxdan itirdiyiniz nəyisə tapacaqsınız. Köhnə tanışınızla görüşəcəksiniz. Səhhətinizdən muğayat olun.ÿÿ



 
Copyright © by Media LTD,2001 E-mail