Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
...istiliyi artırmaq lazımdır

Milli istiqlalçıların müsavatçılarla yaxınlaşmaq istəyi mümkün hal sayılır. Lakin bu partiyanın sədr müavini Ə.Əliyev inandırmağa çalışır ki, AMİP üçün bu gün kiməsə yaxınlaşmaq vacib deyil. AMİP ilə "söhbət ideoloji cəhətdən bir-birinə yaxın olan təşkilatların mərhələ-mərhələ yaxınlaşmasından gedirdi. Biz bütün təşkilatlara inteqrasiya ilə bağlı müraciət etmişik. Bu gün AXCP ilə sazişin imzalanıb-imzalanmamasından asılı olmayaraq Müsavatla bizim münasibətlərimiz normaldır. İnanmıram ki, AXCP ilə sazişin bağlanıb-bağlanmaması AMİP-lə Müsavatın bu günkü və sabahkı münasibətlərinə təsir etsin".
Ə.Əliyev hazırda Müsavatla əməkdaşlıqla bağlı məsləhətləşmələrin getdiyini, sədrlərin bir neçə dəfə qeyri-rəsmi olaraq görüşdüyünü də dedi.
Müsavatın sədr müavini Arif Hacıyev 5 noyabr seçkilərindən sonra AMİP-lə Müsavatın münasibətlərində yaxınlaşmanın hiss olunduğunu deyir. "Son illərlə müqayisədə indi əməkdaşlıq üçün münbit şərait yaranıb. Münasibətlərdə istiləşmə var".
Bütün bunlara baxmayaraq AMİP-lə Müsavat arasında sazişin imzalanacağı haqda fikirlər səslənməsinin hələ tez olduğunu deyən A.Hacıyev heç bir tərəfdən belə təklifin irəli sürülmədiyini vurğuladı.

...hər şey dəyişə bilər

AXCP ("klassiklər") funksioneri F.Qəzənfəroğlunun fikrincə onların da daxil olduğu Demokratik Konqresdə sədr məsələsi ilə bağlı problem yaranmayacaq. Onun sözlərinə görə əgər DK-nın strukturunda dəyişiklik olmasa yanvar ayından sonra AXCP ("islahatçılar") sədri M.Mirəlioğlunun DK-ya sədr seçilməsinə baxılacaq.
"DK-nın əsasnaməsinə görə yanvar ayından sonra bir illik müddət tamam olur. Onda müəyyən dəyişiklik məsələsi müzakirəyə çıxarıla bilər".

...gözləri yaman qorxub

Demokratik Konqreslərdə arabir baş verən "qiyamlar" deyəsən hamının gözünü qorxudub. Yeni yaranan Liberal Demokrat Partiyası bu qurumda baş verənləri bir partiyanın digər təşkilatın daxili məsələlərinə müdaxiləsi kimi qiymətləndirir. ALDP-nin sədr müavini Emil Quliyev bloka getməyəcəklərini əminliklə bildirir. Çünki bloklar müstəqilliyi əminliklə məhdudlaşdırır. "AXCP AMİP-lə saziş bağlamaq istəyir. DK-da bir partiya buna mane olmağa çalışır. Demək, bloklar müstəqilliyi qismən də olsa, partiyaların əlindən alır. Burada olan bir partiya digərinin daxili işinə qarışır".

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd